"Türk dünyası gənc yazarlar görüşü" öz işinə başladı

 

Avqustun 14-də Türkiyənin İstanbul şəhərində "Avrasiya Yazarlar Birliyi"nin təşkilatçılığı ilə "Türk dünyası gənc yazarlar görüşü" layihəsi start götürüb. 22 dövlət millətdən 58 gənc şair yazarın qatıldığı tədbirin dəstəkçisi Türkiyə Cümhuriyyəti Mədəniyyət Turizm Nazirliyidir.

 

14 avqustda iştirakçıların qonaqların bir-birini tanıması məqsədilə tanışma toplantısı keçirilib. Toplantıda Avrasiya Yazarlar Birliyinin rəhbəri Yakup Öməroğlu layihə haqqında geniş məlumat verib, bu layihənin bütün Türk dünyası ədəbiyyatı üçün önəmli bir addım olacağına ümid etdiyini deyib. Daha sonra müxtəlif ölkələrdən dəvət olunmuş ustad ədəbiyyatçılar çıxış edərək gənclərə uğurlar arzu ediblər. Tədbirin davamında gənc yazarlar öz ürək sözlərini deyib, şeirlərini səsləndiriblər. Ölkəmizi bu görüşdə gənc yazarlar Pərvin Nurəliyeva, Şahanə Müşfiq, Ramil Əhməd Müşfiq Şükürlü təmsil edirlər.

 

Dünən "Türk dünyası gənc yazarlar görüşü"nün açılış mərasimi keçirilib. Mərasimdə Mədəniyyət Turizm Nazirliyinin əməkdaşları, Avrasiya Yazarlar Birliyinin rəhbərliyi, Türkiyədən başqa ölkələrdən dəvət olunmuş söz adamları gənc yazarlar iştirak ediblər.

 

Birliyin rəhbəri Yakup Öməroğlu Avrasiya Yazarlar Birliyinin fəaliyyəti, eləcə layihə haqqında tədbir iştirakçılarına geniş məlumat verib: "Burada iştirak edən nəsil bizdən tamamilə fərqlənir. Onlar hürriyyətinə qovuşmuş Türk dünyasının nümayəndələridir, bizim kimi Sovetlər dövrünün çətinliklərini görməyiblər, ya da o dağılanda çox kiçik yaşda olublar. Mən deyərdim ki, Sovetlər Birliyinin dağılmasında ədəbiyyatda altmışıncılar adlandırdığımız nəslin çox böyük rolu oldu. Çünki onun qoyduğu qayda-qanun çərçivəsindən kənara çıxan ilk ədəbiyyat oldu. Bu nəslin hərəkəti, inkişafı ilə Sovet İmperiyasının dağıldığını elan etməkdən başqa çarəsi qalmadı. Həmin nəslin öndər yazarlarından biri, Azərbaycanın Xalq yazıçısı Anar bu gün öz təcrübələrini gənclərimizlə bölüşmək üçün aramızdadır. Ondan başqa, Mustafa Kurt, Hüseyn Özbay, Ali Akbaş, Taner Güçlütürk başqa ustad yazarlarımız layihə boyunca öz təcrübələrini gənc yazarlarla bölüşəcəklər.

 

Biz hər zaman Avrasiya Yazarlar Birliyi olaraq, gəncliyin yanındayıq, bundan sonra da olacağıq. Burada yer alan ya almayan yazarların yaradıcılıq nümunələri gələcəkdə birliyimizin dərgilərində yayımlanacaq".

 

Qırğızıstan Xalq şairi Koçakeldi Kuliyev layihənin təşkilatçılarına təşəkkür edib gənc yazarlara uğur arzulayıb: "Türk dünyası ruh dünyası, sənət dünyasıdır. Bu gün burada ruhların, sənətlərin dünyası görüşür. Gənclərə dəstək, onların gələcəyi üçün çalışmaq bütün dövlətlərin başlıca vəzifəsidir. Gənc yazarlar isə öz növbəsində birinci öz kəndini, məmləkətini sevməli, təbliğ etməlidir. Öz məmləkətini aid olduğu Türk dünyasını sevmək hər bir türk gəncinin borcudur".

 

Şair çıxışından sonra türk qırğız dillərində şeirlərini səsləndirib.

 

Türkcə Danışan Yazarlar Azərbaycan Yazarlar birliklərinin rəhbəri, Xalq yazıçısı Anar çıxışında ortaq türk dili probleminə toxunub: "Türk dünyası böyük bir coğrafiyanı əhatə edən ərazidir. Həmçinin, türk dünyası böyük Orxon-Yenisey abidələrindən başlamış Çingiz Aytmatova başqa müasir yazarlara qədər böyük ədəbiyyat yaradıb. Bu görüş böyük türk ədəbiyyatının, bu ədəbiyyatın gələcəyinin görüşüdür. Çünki gənclik - gələcəkdir.

 

Bütün türk xalqları arasında ortaq dil problemi təəssüf ki, hələ davam etməkdədir. Mən istərdim ki, buradakı gənclər çıxışları zaman öz dillərində danışsınlar, biz bu dilləri eşidək, müqayisə edək. Onsuz da hər birimiz müəyyən qədər bir-birimizi başa düşə bilirik. Ancaq mən istərdim ki, bir-birilə dialoqda ortaq türk dili kimi Türkiyə türkcəsindən istifadə olunsun. Bu, təkcə dildə deyil, əməldə sənətdə öz əksini tapsın".

 

Kipr savaşlarını ilk dəfə ədəbiyyata daşıyan şair İsmayıl Bozkurt bu layihənin növbəti görüşünün Şimali Kipr Türk Cümhuriyyətində keçirilməsi təklifi ilə çıxış edib: "Türk dünyasını bir yerə yığan hər layihə, hər görüş ayrıca önəm daşıyır. Bu xüsusda Avrasiya Yazarlar Birliyinin gördükləri işlər ayrıca vurğulanmalıdır. Birlik hər işi ilə bütün Türk dünyası onun gələcəyi üçün mühüm addımlar atır. Bu görüşün bu cür mühüm izlər qoyacağına əminəm. Yaddaşı təzələyən yeni yaddaş yaradan əsas ünsürlərdən biri ədəbiyyatdır. Bu baxımdan gənclərin burada bir araya gəlməsi faydalı olacaq. Bu gənclərin ikinci görüşünün Kuzey Kıbrıs Türk Cümhuriyyətində keçirilməsini çox arzulayardım. Bunun üçün mən əlimdən gələni edəcəyəm".

 

Şair Ali Akbaş bu görüşü türkcənin bayramı adlandırıb: "Modern incəsənətdə yazarlar, rəssamlar, musiqiçilər öz əsərlərində digər xalqların mədəniyyətlərindən istifadə edirlər. Bu, xalqlararası inteqrasiyadır. Behcət Necatigil klassik ədəbiyyatı, mədəniyyəti bumeranqa bənzədir. Biz ilk əvvəl özümüzə güvənməli, özümüzü sevməli, başqalarına heyranlıqdan vaz keçməliyik. Ədəbiyyatı olan topluluğa millət deyirlər. Biz ədəbiyyatımızı hər zaman canlı tutacağıq. Ona görə burada iştirak edən gənclərimizə səslənərək deyirəm ki, əziz gənclər, hər zaman yazın, dəyərli əsərlər yaradın. Bu gün bizim üçün türkcənin bayramıdır".

 

Keçmiş siyasətçi yazıçı Nabi Avcı çıxışında bildirib ki, bu cür görüşlər türk dünyası ədəbiyyatının inkişafı baxımından böyük önəm kəsb edir: "Müasir zamanımızda texnologiyanın sürətli inkişafı yazarların öz yazılarını qısa zamanda geniş oxucu auditoriyasına təqdim etməsini asanlaşdırır. Bu da yalnız öz ölkəsində deyil, həm digər ölkələrdə tanınması ilə nəticələnir. Burada iştirak edən gənc yazarların bir çoxu da ədəbiyyat saytlarının, portallarının rəhbərləri, aktiv yazarlarıdır. Bu cür görüşlər türk dünyası ədəbiyyatının inkişafı adından da böyük önəm kəsb edir".

 

Anadolu məktəbinin yaradıcısı, professor Sami Güçlü, Qazaxıstan Mədəniyyət müşaviri, yazar-tərcüməçi Malik Otarbayev və digərləri çıxış edərək gənc yazarlara uğurlar arzulayıblar. Gənc yazarlar öz təəssüratlarını bölüşüb, şeirlərini oxuyublar.

 

Azərbaycan təmsilçisi, yazar Pərvin Nurəliyeva gənc yazarlara ölkəmizdəki qayğıdan və Avrasiya Yazarlar Birliyinin türk ədəbiyyatının inkişafındakı önəmindən danışıb: "Azərbaycan hər zaman gənc istedadlar üçün şərait yaradıb. Xüsusən, biz gənc yazarlar hər zaman ölkəmizin dəstəyini hiss edirik. Bu bir neçə gündə görkəmli ədəbiyyatşünaslarımız bizə ustad dərsləri keçəcək. Azərbaycanda artıq 2009-cu ildən bu yana Yazıçılar Birliyinin nəzdində Gənc Ədiblər Məktəbi fəaliyyət göstərir. Hansı ki, orada da ölkəmizin tanınmış söz adamları gənc yazarlara ustad dərsləri keçirlər. Mən də birinci Gənc Ədiblər Məktəbinin məzunuyam.

 

Mən əvvəllər də bir neçə dəfə Avrasiya Yazarlar Birliyinin toplantılarında iştirak etmişəm. Həqiqətən də bu birlik türk dünyası ədəbiyyatının inkişafı adına çox mühüm işlər görür. Xüsusən, gənclərin tanınmasında rolu əvəzsizdir. "Kardeş kalemler" dərgisinin hər sayında ən az 2-3 gənc yazara yer verilməsi də buna sübutdur".

 

Daha sonra professor Ramazan Korkmaz "Türk dünyası ədəbiyyatının ortaq çağları", Kamil Akarsu "Türk ədəbiyyatının rəngləri: klassik ədəbiyyatımızdan yararlanma yolları" mövzularında mühazirələr oxuyublar.

 

"Türk dünyası gənc yazarlar görüşü" bu günsabah da öz işini davam etdirəcək.

 

Şahanə MÜŞFİQ

İstanbul

 

 

525-ci qəzet 2017.- 16 avqust.- S.4.