Mirbəhram Əzimbəyli: “Oksfordda Ermənistanın işğalçı dövlət olduğunu bilirlər”

 

BÖYÜK BRİTANİYANIN NÜFUZLU ALİ MƏKTƏBİNDƏ TƏHSİL ALAN AZƏRBAYCANLI TƏLƏBƏ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ İLƏ BAĞLI ÖLKƏMİZİN HAQLI MÖVQEYİNİ TƏBLİĞ EDİR

 

Müstəqillik dövrünün yetişdirdiyi gənc azərbaycanlılar bu gün dünyanın müxtəlif ölkələrində yerləşən nüfuzlu universitet, aparıcı ali məktəblərdə öz təhsillərini davam etdirir, peşəkar hazırlıqlı kadrlara çevrilirlər.

 

Onlardan biri Böyük Britaniyanın Oksford Universitetinin Rusiya Şərqi Avropa Elmləri fakültəsində təhsil alan Mirbəhram Əzimbəylidir. Onun elmi işi Dağlıq Qarabağ konflikti barəsindədir. Azərbaycanlı gənc bu mötəbər ali təhsil ocağında təşkil olunan konfranslarda dövlətimizin xarici siyasəti Qarabağ konflikti ilə bağlı tez-tez çıxışlar edir, britaniyalıları, eləcə fərqli ölkələrdən olan tələbə yoldaşlarını, müəllimlərini Ermənistan-Azərbaycan münaqişəsinə dair əsl həqiqətlər barədə məlumatlandırır.

 

M.Əzimbəyli həm dövrü mətbuatda şeir, hekayə, esse məqalələr ilə çıxış edir. Gənc olmasına baxmayaraq, artıq bir neçə kitabın müəllifidir. 2006-cı ildəBir çocuğun dünyasından səslər”, 2009-cu ildəSəssizliyin harayıkitabı işıq üzü görüb. Ədəbiyyat sahəsində fəaliyyətinə görə, bir sıra mükafatlar da alıb. 2010-cu ildə Rəsul Rza adına Ədəbiyyat FondununÜmid işığımükafatına, 2011-ci ildə ədəbi-ictimai fəaliyyətinə görə, prezident təqaüdünə layiq görülüb. İki il sonra isə Gənclər İdman Nazirliyininİlin gəncimükafatına layiq görülüb. 2014-cü ildə Dialoq Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun eləcə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təcrübə proqramlarında iştirak edib. 2015-ci ildə “Erasmus” proqramı çərçivəsində bir semester Niderlandın Leiden Universitetində təhsil alıb. 2016-cı ildə Türkiyənin Orta Şərq Texniki Universitetini fərqlənmə diplomu ilə bitirib.

 

M.Əzimbəylinin “525”ə müsahibəsini təqdim edirik.

 

- Oksford Universiteti sizin üçün hədəf idi, yoxsa elmə, təhsilə olan maraq sizi Azərbaycandan Türkiyəyə, oradan isə Böyük Britaniyaya apardı?

 

- 2011-ci ildə Bakı Atatürk Liseyini məktəb birincisi olaraq bitirmişəm. Elə həmin il Ankarada Türkiyənin Orta Doğu Teknik Universitetinin Beynəlxalq münasibətlər fakültəsinə daxil olmuşam. Keçən il fərqlənmə dərəcəsi ilə bu universitetin məzunu olmuşam. Hazırda Okford Universitetində Rusiya Şərqi Avropa Elmləri fakültəsində magistr pilləsi üzrə təhsil alıram. İkiillik təhsilimin birinci ilini uğurla baş vurmuşam. İndi tətildəyəm.

 

Araşdırmağa, oxumağa, öyrənməyə yeni yaranan suallara cavablar tapmağa olan marağıma görə bakalavr xüsusilə, magistr pilləri üzrə təhsil almağa qərar verdim. Oksford Universiteti isə elmi maraqlarımla əlaqədar olaraq, hər zaman yaxından izlədiyim bir neçə universitetdən biri olub. Bu universitetindəki müəllimlərim bizim regionu çox yaxşı bilirlər. Elmi rəhbərim Qərbdə Cənubi Qafqaz Dağlıq Qarabağ konflikti haqqında ən məlumatlı ekspertlərdən biridir. Fakültəmizin zəngin kitabxanası elmi baxımdan çox maraqlı tələbə mühiti mənim Oksfordu seçməyimdə önəmli rol oynayıb.

 

- Böyük Britaniyada təhsil almaqla yanaşı, ölkəmizin diaspor fəaliyyətinə dəstək verir, Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyət aparırsınız. Konkret olaraq bu istiqamətdə hansı işləri görmüsünüz?

 

- Oksfordda istər dərs prosesində, istərsə konfranslarda, tələbə görüşlərində Dağlıq Qarabağ məsələsini hər zaman gündəmə gətirirəm. Mənim burada elmi işim məhz Rusiyanın Dağlıq Qarabağ siyasəti ilə bağlıdır. İndiyədək Oksfordda dünyanın hər yerindən diplomatların, dövlət adamlarının professorların iştirak etdiyi dörd fərqli konfransda Azərbaycanın xarici siyasəti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxışlar etmişəm. Tətildə olduğum müddətdə Gürcüstanda Rusiyada universitetimizin adından qatıldığım beynəlxalq tələbə tədbirlərində Azərbaycanın haqlı mövqeyini dilə gətirmişəm.

 

- Ümumiyyətlə, britaniyalı gənclər münaqişə ilə bağlı kimi məlumatlara malikdirlər? Onların ermənilərin törətdiyi Xocalı soyqırımı digər vandalimz aktları ilə bağlı dolğun informasiyaları varmı?

 

- Təəssüflər olsun ki, bir çox britaniyalı gənc nəinki erməni vandalizmi ilə bağlı, ümumiyyətlə, Azərbaycan haqqında, Qarabağ həqiqətləri haqqında çox az məlumatlıdırlar. Ancaq söhbət Oksfordda təhsil alan gənclərdən gedirsə, bəli, mənim fakültəmdə təhsil alan gənc tələbələr Dağlıq Qarabağ konflikti ilə bağlı kifayət qədər informasiyaya sahibdirlər. Çox üzülərək deməliyəm ki, biz birgə təhsilə başlayanda, yəni, keçən ilin oktyabrında onların çoxu bu məsələdə neytral mövqe tuturdular. Bu məsələdə erməni propoqandası çox təsirli olub. Mən bir il boyunca tələbə yoldaşlarıma Xocalı soyqırımı ümumilikdə, Dağlıq Qarabağın işğalı ilə bağlı reallıqlardan danışdım, onlara elektron mənbələri göstərdim. Çox şükürlər olsun ki, onlar indi Ermənistanın işğalçı dövlət olduğunu bilirlər. Burada mənimlə birgə xarici ölkələrin vitse-prezidentlərinin, deputatlarının, nazirlərinin, yüksək elita nümayəndələrinin övladları da oxuyur. Mən yaxşı başa düşürəm ki, onlar sabah öz ölkələrində mühüm vəzifə tutacaqlar. Ona görə həmin dostlarıma hər fürsətdə Qarabağın işğalından danışıram. Mənim üçün çox maraqlı oldu ki, bu dostlarım ən son tədbirlərdə artıq erməni diplomatlardan Xocalını soruşur, Ermənistanın separatçı siyasətinin region üçün qədər təhlükəli olduğundan danışırdılar. Səmimi söyləyim, mən bunu vətən adına kiçik olsa, bir uğur kimi görürəm. Mən şadam ki, çox az bir müddətdə heç bir maliyyə xərci çəkmədən Azərbaycanın dövlət maraqlarını burada təbliğ edərək, Azərbaycan həqiqətlərini, Qarabağ reallıqlarını Qərbin düşünən gənc beyinlərinə transfer edə bilmişəm.

 

- Təhsilinizi başa vurduqdan sonra vətənə qayıdacaq, yoxsa fəaliyyətinizi elə Avropada davam etdirəcəksiniz?

 

- Magistraturadan sonra doktoranturanı oxumaq, Qarabağla bağlı elmi tədqiqatlarımı davam etdirmək niyyətindəyəm. Ancaq təhsilimi bitirdikdən sonra evə, məmləkətimə qayıdacağam.

 

 - Ədəbi mühitdə tez-tez yazılarınızla, şeirlərinizlə çıxış edirsiniz. Bir az yaradıcılığınızdan danışaq...

 

- Ədəbi yaradıcılığım “525-ci qəzet”lə çox bağlıdır. Sizin, daha doğrusu bizim qəzet şəxsən Rəşad Məcid gənc yazarları hər zaman dəstəkləyib. 8 yaşım olanda, 2001-ci ildə  Qarabağ harayıadlı yazım ilk dəfə “525-ci qəzet”də çap olunub. Ondan sonra şeir esselərimlə sizin qəzetdə çıxış etmişəm. 2006-cı ildəBir çocuğun dünyasından səsləradlı ilk kitabım işıq üzü görüb. 2009-cu il yanvarın 15-də Azərbaycan Yazıçılar Birliyinə qurumun ən gənc üzvü olaraq qəbul edilmişəm. Səssizliyin harayıadlı ikinci kitabım 2009-cu ildə nəşr olunub. 2008-2010-cu illərdə Mədəniyyət Turizm Nazirliyi tərəfindən yaradılan, Mirzə Fətəli Axundov adına Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Gənc Ədiblər Məktəbinin məzunuyam. 2010-cu il mayın 19-da yaradıcılıq uğurlarıma görə, Rəsul Rza adına Ədəbiyyat FondununÜmid işığımükafatına layiq görülmüşəm. 2011-ci ildə ədəbi-ictimai fəaliyyətimə görə, prezident təqaüdü ilə mükafatlandırılmışam. 2013-cü ildə isə ədəbiyyat sahəsindəki naliyyətlərimə görə, Gənclər İdman Nazirliyininİlin gəncimükafatına layiq görülmüşəm. Şeir, hekayə, esse və məqalələr yazıram.

 

 - Yeniliklər varmı?

 

- Bir neçə şeir və hekayələr var, ancaq hələ ki, çap etdirmək istəmirəm. Qarabağla bağlı siyasi-tarixi roman planı üzərində çalışıram.

 

- Şairlik sizin üçün məşğuliyyət, yoxsa peşədir?

 

- Şeiri, nəsri, ədəbiyyatı sevirəm, oxumağı da, yazmağı da. Ona görə də ədəbiyyat mənim üçün sevgidir. Hobbini də, məşğuliyyəti də, peşəni sevgi ilə görmək lazımdır.

 

- Gələcək planlarınız nədən ibarətdir? Hansısa layihələr üzərində işləyirsinizmi?

 

- Hazırda elmi işimlə bağlı Azərbaycanda millət vəkillərindən, dövlət adamlarından, müstəqil ekspertlərdən müsahibələr götürürəm. Bundan əlavə, Bakıdakı mənbələrdən, kitablardan istifadə edirəm. Bilirsiniz, mənim Oksfordda tanıdığım erməni tələbələr var ki, qatil Sarkisyanla görüşüb onun Qarabağla bağlı mövqeyini Oksfordda təbliğ edirlər. Mən də çalışıram ki, Ermənistanın yox, Azərbaycanın haqlı mövqeyi təbliğ edilsin. Fürsətdən istifadə edib mənə bu mövzuda köməklik göstərən dəyərli ziyalılarımıza çox təşəkkür edirəm. Ancaq bəzi insanlar mənə məsləhət görürlər ki, Qarabağ məsələsi ilə məşğul olmaqdansa, pul qazanım və ya xaricdən sığınacaq tapım. Bax, buna üzülürəm. Mən niyə xaricdə sığınacaq tapmalıyam? Bizim güclü dövlətimiz və gözəl millətimiz var. Bu dövlətə və millətə xidmət etmək mənim borcumdurbuna görə də qürur duyuram. Magistraturanı bitirdikdən sonra Azərbaycan-Rusiya münasibətləri və Dağlıq Qarabağ konflikti mövzusunda kitab çap etdirəcəyəm, artıq yazmağa başlamışam.

 

Qeyd edək ki, Mirbəhram Əzimbəyli Azərbaycan cəmiyyətinə yaxşı tanınan ictimai xadim, şərqşünas Seyid Camal Əzimbəylinin, “Yeni Üfiqictimai birliyinin sədri Sevinc Əzimbəylinin oğludur.

 

Ceyhun ABASOV

525-ci qəzet 2017.- 19 avqust.- S.14.