Türk dünyası gənc yazarlar görüşüöz işinə yekun vurdu

 

DünənTürk dünyası gənc yazarlargörüşü öz işinə yekun vurub.

 

Avqustun 14-də İstanbulda Avrasiya Yazarlar Birliyinin təşkilatçılığı ilə hazırlanan görüşdə 22 dövlət millətlərdən 58 gənc şair yazar iştirak edib.

 

Dörd gün boyunca gənc yazarlar hekayə, şeir, esse roman qrupları üzrə müvafiq olaraq, Azərbaycanın Xalq yazıçısı Anardan, şair Ali Akbaşdan, tanınmış yazıçılar Hüseyn Özbay, Mustafa Kurt İsmayıl Bozkurtdan ustad dərsləri alıblar. Dərslər zamanı hər bir gənc təmsil etdiyi ölkənin ədəbiyyatının son durumundan, gənclərin ədəbi fəaliyyətlərindən danışıb, yaradıcılıq nümunələrini oxuyublar. Görüşdə dünya ədəbiyyatının çağdaş problemləri mövzusunun müzakirəsinə zaman ayrılıb.

 

Bağlanış mərasimində Avrasiya Yazarlar Birliyinin rəhbəri Yakup Öməroğlu Türk dünyası gənc yazarlarının Türkiyədəki görüşündən məmnunluq duyduğunu, bu görüşün əsas məqsədinə çatdığını qeyd edib. Daha sonra Y.Öməroğlu bu layihənin ilk olduğunu, gələcəkdə isə silsilə şəklində təşkil olunmasını planladıqlarını deyib.

 

Əsas məqsədi türk dünyasından olan gənc yazarların bir araya toplanması, ustad yazarların dərsləri sayəsində onların təcrübələrindən yararlanmaq olan görüşün son günündə qonaqlar İstanbulu gəzib, şəhərin tarixi məkanları ilə tanış olublar.

 

Layihənin yekununda qonaqlara Avrasiya Yazarlar Birliyinin təşkiltaçılığı ilə çap olunan kitablar, “Kardeş Kalemlerdərgisinin son sayı hədiyyə olunub, iştirakçılar diplomlarla mükafatlandırılıblar.

 

Şahanə MÜŞFİQ

İstanbul

525-ci qəzet 2017.- 19 avqust.- S.13.