Məhəmməd Turanın şeirləri
Alışdı sinəmdə qoxun,
Tüstüsü başıma vurdu...
Həsrətin çəkdi yayını
Oxu düz tuşuma vurdu...
Gözlərim şeirlərimdə
Səni
gəzir sətir-sətir...
Saçlarındakı ətiri
Axtarıram ətir-ətir...
Necə
deyim indi sənə
Daha bitən tab kimiyəm...
Gözünün dərin yerində
Saralan məktub kimiyəm...
Tez küsər, tez barışar-
Könlün uyar qılığa...
Bir az göz
yaşı saxla
O biri ayrılığa...
lll
Bilirsənmi, ayrılığın
Dahası,
sonrası olmur...
Beş günlük acısı olur,
Bir ömürlük yası olmur...
ən müqəddəs
sevdalar da
Unudulur xəyal kimi...
...ən zülmlü ayrılıqlar
Bəzən çəkir xoşbəxtliyə
Bir iz kimi...bir
yol kimi...
saçlarında bir vaxt itən
Əllərim tək itirmişəm...
İtirmişəm səni, qadın,
Külək-külək itirmişəm...
Unutdum səni...
Bağışla....
İçimdəki dəli atəş
külə döndü
Bircə
anlıq yağışla...
lll
Addımlar asta-asta
Gəzər gecəni, gəzər...
Xəyalım ayaq açar
Sizin küçəni gəzər...
Ulduz qonar çiynimə
Təbəssümə bataram...
Bir röya uyduraram
Dizlərində yataram...
Gözlərimdə bitərsən...
Üstünə yüyürərəm...
Xəyalına sarılıb
Yoxluğunu görərəm...
Gecələri sayıram
Hər nəfəs dilək olur...
Kölgəmlə oynayıram-
Darıxmaq belə olur...
lll
Yoxluğuna çəkiləndən
Bir şeir yaza bilmirəm...
Yazıram, zəif yazıram,
Yazıram, poza bilmirəm...
Qəribsəyir baxışlar da...
Dəli
yağır yağışlar
da...
Mənə baxır naxışlar
da-
Ömrümə düzə bilmirəm...
Sən gedəndən itdi yönüm...
Yol dolayı, dönüm-dönüm...
Nə vaxt çıxar ayaz günüm
Bahara, yaza bilmirəm...
Həyat-adamı təng edən...
Ölmədim, eşqi tərgidəm...
Çatacammı o sən gedən
Cığıra-izə, bilmirəm...
lll
Məni
buralarda sevən olmadı,
Uzaqda, uzaqda gözləyənim var...
Gecələr yuxuma girən olmadı,
Gecələr yuxuda səsləyənim
var...
Bir qarış dünyadı
könlümü sıxan,
Hər şey gözlərimdə
qarma-qarışıq...
Sevgidi üzümdən gülüşü
yıxan,
Qəlbimin başından parlayan
işıq...
Qəriblik sarmaşıb dodaqlarıma...
Boy verir həsrətim hey saçaq-saçaq...
Bilirəm, azacam o yolda-izdə,
Məni
uzaqlara kim
aparacaq?
lll
Hansı
qəmdən üz döndərdim,
Sevincim yoxa çəkildi?
Muradım sola üz tutdu,
Yığvalım sağa çəkildi...
Əllərimə sığışmadı
Bir belə dərd, belə qəm...
Allahsa da görmürdümü
Mən uşağam, çox uşağam...
Gözlərimdə solan ümid
Tökür, tökür dözümünü...
Hələ təzə boy atmışdı-
Yanvarın on üçü günü....
Bir sevgilik vaxtım qalıb...
Bir ömürlük ölüyəm
mən...
Başıma dolanın, nolar,
Dəliyəm mən, dəliyəm
mən...
525-ci qəzet 2017.- 23 avqust.- S.8.