Fəxriyyə Xələfova: “Bu gözəlliyi dünya
ilə paylaşmaq istəyirəm”
Beynəlxalq Avrasia Mətbuat Fondu yeni layihəyə start verir.
“Mərkəzi Asiya" adlanan bu layihədə məhz Mərkəzi Asiya coğrafiyası, bu bölgə ilə bağlı maraqlı təşəbbüslər,
tanınmış şəxslər
ilə tanışlıq,
Azərbaycanın bu bölgə ölkələri
ilə birgə layihələri barədə
yaddaqalan videomüsahibələr,
sənədli filmlərin
təqdim olunması nəzərdə tutulur.
Bu layihənin ilk qonağı
isə tanınmış
azərbaycanlı modelyer-dizayner,
parfümer, əməkdar
incəsənət xadimi
Fəxriyyə Xələfova
oldu.
Fəxriyyə xanım, BAMF-ın
təsis etdiyi Eurasia
Diary analitik informasiya portalına müsahibəsində
Mərkəzi Asiya ölkəsi Özbəkistanın
milli parçalarından
hazırlanan kolleksiyası
və bu kolleksiyanın yaxın vaxtlarda Özbəkistanda təqdim olunacağı ilə bağlı məlumat verib.
Fəxriyyə xanımla müsahibəni
isə Eurasia Diary analitik
informasiya portalı adından tanınmış
özbək jurnalist Şöhrət Salamov edib.
Müsahibəni oxuculara təqdim edir.
- Fəxriyyə xanım, görürəm
ki, Özbək kolleksiyasının yaradılması
üzərində böyük
səylə çalışırsınız.
Bu barədə öz təəssüratlarınızı
bizimlə bölüşə
bilərsinizmi? Sizin barənizdə
çox oxumuşam, bütün dünya sizi tanıyır. Bilmək istərdim ki, azərbaycanlı Fəxriyyə Xələfova
özbək mədəniyyətini,
özbək ipəyini,
özbək parçalarını,
özbək rənglərini
və özbək ruh dünyasını necə qəbul edir?
- Bu cür xoş sözlərə görə
təşəkkür edirəm.
Mən özbək parçaları,
özbək naxışları
ilə həmişə
maraqlanmışam. Özbək ipəyi
məni hər zaman maraqlandırıb.
Mənim evimdə və ofisdə bir neçə nümunə var. Özbəkistandan
kim gəlirdisə
deyirdim özü ilə parça gətirsin. Buna görə
də bir az parça
toplaya bilmişəm,
amma artıq bu yay qarşıma
məqsəd qoymuşam
ki, özbək ipəklərindən ibarət
kolleksiya toplayım. Buna görə də
bu ideyanı həyata keçirmək üçün mənə
parça lazım idi. Şadam ki, dostlarım
istəyimi yerinə yetirib, mənim zövqümə uyğun
parçalar gətiriblər
və mən bu kolleksiya üzərində
işləməyə başlamışam.
Deyə bilərəm
ki, bu iş
məni başqa bir dünyaya aparıb. Mən özüm üçün
təmamilə yeni bir aləm, yeni rəng, rənglərin yeni kaloritini kəşf etmişəm. Hər zaman
özbək parçalarına
baxanda təəccüblənirdim
ki, bu rəngləri
necə sintez etmək olar? Bunun üçün əlbəttə
ki, böyük ustalıq, istedad və şübhəsiz, əsrlər boyu formalaşmış millilik
tələb olunur.
Onun Özbəkistanda öz ilkin formasında qorunub saxlanılması çox yaxşı haldır. Bu, əslində,
çox böyük ilham mənbəyi və iş üçün çox yaxşı materialdır.
- Özbəkistan
barədə təəssüratlarınız
necədir? Özbək xalqı haqqında
danışılanda, yazılanda
və ya televiziyada göstəriləndə
bu ölkə haqqında hansı təəssüratlarınız yaranır?
- Mən böyük məmnuniyyətlə bu gözəl ölkə barədə təəssüratlarım,
onların necə formalaşdığı və
hansı mərhələdən
formalaşmağa başladığı
barədə danışacağam.
Əlbəttə ki, ən parlaq təəssüratlar
uşaqlıq dövrü
və gənclik illəri ilə bağlıdır. Təəssüf ki, özüm hələ ki Özbəkistanda olmamışam.
Lakin evimizdə çoxlu şəkillər var və mən sizə bu şəkillərin
tarixçəsini danışacam.
Uzun müddət əvvəl mənim anam və bacım tətili Özbəkistanda
keçiriblər. Bu onların böyük arzusu idi. Mən məktəbdə oxuyurdum, bacım isə ali
məktəbdə təhsil
alırdı. Anam ali məktəbdə
dərs dediyi üçün məktəb
və universitet tətilləri üst-üstə
düşmürdü. Ona görə
də anam tətildə Özbəkistana
bacımla getdi. Onların səfərə necə hazırlaşdıqlarını, həmin vaxt yaşanan emosiyaları və gedə bilmədiyim üçün
necə pis olduğumu xatırlayıram.
Bir daha demək istəyirəm ki, Özbəkistana getmək
anamın böyük
arzusu idi. Onlar gəzməli görməli
yerlərdə olmuşdular
və şəkillər
çəkdirmişdilər. Anam foto sənətinin böyük həvəskarı
idi. O özü
şəkil çəkirdi,
fotoaparat həmişə
yanında olurdu. Bütün
o gözəlliklərin fonunda
öz şəkillərini
çəkdirmiş, təbii
ki, bədii şəkillər də çəkmişdi. Onlar Səmərqənddə
olmuşdular. Həmin şəkillərə
mən uzun müddət tamaşa edirdim, yəqin onlar mənim emosiyalarıma təsir edirdi. Buna görə
də mən həmişə Özbəkistana
getmək istəmişəm.
Belə alındı ki, anam bacımla orada oldu, mən
isə yox. Hələ ki, arzum həyata
keçməyib. Lakin artıq
anlayıram, hiss edirəm
ki, tezliklə Özbəkistana gedəcəm.
Özbəkistana təkcə turist
kimi yox, artıq yaradıcı insan kimi getmək
və öz sənətimlə bölüşməyə
şad olaram. Əlbəttə ki, moda sənəti ilə.
O dünyəvidir və
dili yoxdur. Podiumda biz sənətimizi sözsüz
nümayiş etdiririk,
modellər gözəl
musiqi sədaları altında sakit gəzirlər, lakin
15-20-30 dəqiqəlik qısa
zaman kəsiyində
biz teatr rejissorları
kimi susmaqla çox şey deyə bilirik. Modelyerlər
məhz belə işləyir. Buna görə düşünürəm
ki, tezliklə öz dilsiz sənətimi modanın dili ilə Özbəkistanda
göstərəcəm. Mənim üçün ən vacibi Özbəkistanda
olarkən, öz sənətimdə mütləq
uşaqlıq illərimdən
qalan ən gözəl xatirələri
əks etdirməkdir.
- Mən bilirəm ki, Azərbaycan və Özbəkistan qardaş və dost ölkələrdir. Lakin modelyer
kimi özbək ipəyini bütün dünyaya təqdim etmək hər insana nəsib olmur. Xahiş edirik, bu barədə də danışasınız.
- Karyeramın başlanğıcında
sənətimi Azərbaycanda,
xüsusilə Bakıda
nümayiş etdirməyə
çalışırdım. Bütün təqdimatlarım Bakıda
keçib. Ancaq mən
həmişə qarşıma
böyük məqsədlər
və hədəflər
qoymuşam. İstəmişəm elə bir səviyyəyə
çatam ki, öz kolleksiyamı Parisdə nümayiş etdirə bilim. Əlbəttə ki, Paris modanın
mərkəzidir və
bu hamıya bəllidir. Parisdə ilk nümayişim 1997-ci ildə Ethnical Fashion festivalı
yəni etnik tendensiyaların nümayişi
çərçivəsində baş tutub.
Əlbəttə ki, bütün etnik tendensiyalar müasir moda ilə sintez olunmalıdır. Parisdə moda nümayiş
etdirmək lazımdır
və bu aksiomadır. Mən özbək
parçaları və
ipəkləri üzərində
işləməyə başlamışam.
Elə hesab edirəm ki, bu kolleksiyanı
mütləq beynəlxalq
podiumlarda göstərəcəm.
İstəyirəm bu gözəlliyi
dünya ilə bölüşəm. Bunu mütləq
edəcəm, bu mənim hədəflərimdən
biridir. Lakin ona kimi Bakıda və Özbəkistanda mütləq
təqdimat edəcəm.
Düşünürəm ki, hər bir orijinal, milli
sənətdən istifadə
olunmalıdır. Onu dünya
ictimaiyyətinə göstərmək
lazımdır.
- Dizayner Fəxriyyə Xələfovadan
savayı parfümer Fəxriyyə Xələfova
da var. Siz bir çox qadın və kişi ətirlərinin
yaradıcısısınız. Xahiş edirəm deyəsiniz bu necə baş
verir?
- 2010-cu ildə mən “FX Beauty company” parfümeriya şirkətinin əsasını qoymuşam. Şirkəti yaratdıqdan sonra qadın və kişi ətirlərini istehsal etməyə başladım. Hazırda mən 5 qadın və bir kişi ətirini təqdim etmişəm. Şübhəsiz 5 ilik təcrübə və parfümer, eləcə də bu sahədə artıq biznes-ledi kimi mən öz ətirlərim və prinsipcə parfümeriya biznesi barədə təsəvvürə malikəm. Buna görə də bu istiqaməti inkişaf etdirməyə, yeni ətirlər yaratmağa və öz biznesimi formalaşdırmağa çalışıram. Həmçinin öz ətirlərimi digər ölkələrdə də nümayiş etdirmək üçün səy göstərirəm. Hər şeydən əvvəl mən dost və doğma, özümüzə yaxın bildiyimiz ölkələrə güvənirəm. Buna görə də Özbəkistan, ətirlərimi orada necə təqdim edəcəyim barədə ciddi düşünürəm. Mən özümü həm dizayner həm də parfümer kimi təqdim etmək istəyirəm.
Onun üçün də bu haqda çox ciddi düşünmüşəm. Mənə elə gəlir ki, parfümeriya sahəsində Özbəkistanda növbəti addımım mənə maddi və mənəvi məmnunluq bəxş edəcək. Çünki mən öz parfümeriya sənətimi gözəl özbək rəfiqələrimlə və özbək qadınlarla bölüşəcəm. Ümid edirəm ki, onlar mənim ətirlərimi bəyənəcəklər. Ən böyük arzum budur ki, bütün xalqlar sülh içində yaşasın, həmişə sülh və əminamanlıq olsun, bu çox önəmlidir. Dövlət inkişaf edəndə orada mədəniyyət və incəsənət də inkişaf edir. İrəliləyiş müşahidə edilir. İstedadlı və ağıllı insanlar öz imkanlarını göstərə bilir. Ona görə də bütün dünyaya xoşbəxtlik, əminamanlıq və tərəqqi arzulayıram. Müstəqillik əldə edən bütün dövlətlər müəyyən tarixi mərhələ keçiblər, böyük uğur əldə ediblər – bu mübahisə olunmaz və mühüm faktdır. Belə bir müasir müstəqil inkişaf mərhələsini keçmək və müəyyən nailiyyətlər əldə etmək xoş bir haldır. Mən Özbəkistanın vətəndaşlarına böyük uğur, müvəffəqiyyət, inkişaf və xoşbəxtlik arzu edirəm. Qadınlara qadın xoşbəxtliyi diləyirəm çünki bu çox vacibdir. Qadınlar bəşəriyyətin gözəllik yaradan, həyat bəxş edən gözəl yarısıdır. Buna görə özbəkistanlı rəfiqələrimə xoşbəxtlik, sağlamlıq, gözəllik arzulayıram. Əminəm ki, Özbəkistanda kifayət qədər gözəllik var. İstəyirəm ki, o gözəllik daha da parlasın. Yekunda hamıya belə bir gözəllik arzulayardım.
- Hörmətli Fəxriyyə xanım, müsahibəyə görə təşəkkür edirəm. Sizi Özbəkistanda gözləyirik, sizinlə sağollaşmırıq.
Şöhrət SALAMOV
"Eurasia Diary"
525-ci qəzet 2017.- 23 avqust.- S.4.