Dövlətin əzablı doğuluşu

 

Azərbaycan Cümhuriyyəti - 100

 

Vilayət QULİYEV

 

 

Qorxulu 1918-ci ildə əvvəlcə mart qırğını zamanı Stepan Şaumyanın daşnakları, sonra isə ermənipərəst Sentrokaspi diktaturası tərəfindən iki dəfə həbsə atılan, aylar boyu həyatı hər an tükdən asılı olan Əlimərdan bəy Topçubaşov yalnız həmin il avqustun əvvəllərində, müstəqillik elanının üçüncü ayında böyük təhlükələri adladaraq Azərbaycan Cümhuriyyətinin müvəqqəti paytaxtı Gəncəyə gələ bilmişdi.

 

Əqidə dostları onun taleyindən tam xəbərsiz qaldıqlarından (hətta sağ olub-olmadığı da bilinmirdi) 1918-ci il iyunun 17-də formalaşdırılan ikinci hökumət kabinəsində Əlimərdan bəyə sadəcə portfelsiz nazir vəzifəsi ayırmışdılar. Lakin mənəvi nüfuzu, biliyi, təcrübəsi, milli ideyaya tükənməz sədaqəti ilə daha yüksəkdə dayanması heç kimə sirr deyildi. Ona görə baş nazir Fətəli xan Xoyski 1918-ci ildə bir neçə günlüyə Gəncəni tərk  edib cəbhə xəttinə gedəndə baş nazir xarici işlər nazirinin səlahiyyətlərini həyata keçirmək bir başqasına deyil, məhz Əlimərdan bəy Topçubaşova həvalə edilmişdi.

 

Avqustun 23-də isə Nazirlər Şurasının qərarı ilə Azərbaycan Cümhuriyyətinin Fövqəladə Səlahiyyətli naziri kimibütün məsələlər üzrə danışıqlar aparmaqüçün İstanbula göndərilmişdi. Ona verilən səlahiyyətli nazir statusu mandatı bir sıra Mərkəzi Qərbi Avropa dövlətlərində, Osmanlı imperatorluğunda, Gürcüstanda Ermənistanda Azərbaycan Resublikasını təmsil etməyə tam hüquqi əsas yaradırdı.

 

Puşkin Lomonosov haqqında yazırdı ki, o, təkcə ilk rus universitetini qurmayıb, özü rus xalqı üçün bütöv bir universitet olub. Əlimərdan bəy yeni milli dövlətin xarici işlər naziri vəzifəsini cəmisi bir neçə günlüyünə tutsa da, özünün sonrakı fəliyyəti ilə ən müxtəlif istiqamətlərdə bütöv xarici işlər nazirliyinin funksiyalarını bacarıqla yerinə yetirib. 1918-1920-ci illərdə Azərbaycan Cümhuriyyətinin xarici siyasəti ilə bağlı bütün məsələlərdə açar-sima kimi çıxış edib, Versal sülh konfransında Azərbaycan nümayəndə heyətinin başçısı kimi gənc dövlətin de-fakto tanınmasına nail olub. Həyatının sonuna - 1934-cü ilə qədər bütün məhrumiyyətlərə, xəstmühacirət daxili çəkişmələrə baxmayaraq, millətinin sözçüsü  rolunda çıxış edib.

 

Aşağıda təqdim etdiyim sənədlər, təbii ki, Cümhuriyyət dövrünün tədqiqatçılarına yaxşı tanışdır. Azərbaycan diplomatiyasının, xarici siyasətinin tarixinə dair əsərlərdə, Ə.Topçubaşova dair tədqiqatlarda onlara dəfələrlə istinad edilib. Amma ana dilimizə ilk dəfədir ki, tərcümə olunurlar.

 

1918-ci ilin dekabrında baş nazir Fətəli xan Xoyski Azərbaycan Cümhuriyyəti Parlamentinin təntənəli açılış iclasında acı-acı şikayətlənirdi ki, Allah rus dövlətinin evini yıxsın, tifaqını dağıtsın, bizi ana dilimizdə təhsil almağa, ana dilində danışmağa qoymadı. Əlimərdan bəy gimnaziya universitet təhsilini rus dilində almışdı, fikirlərini rusca daha səlis dolğun ifadə edirdi. Ona görə istər İstanbuldan, istərsə Parisdən hökumətlə bütün məktub sənədləri bu dildə göndərmişdi.

 

Fikrimcə, müxtəlif kağız parçalarında, tələsik yazılmış  bu qeydlər təkcə görülən işlər haqqında hesabat, görülməli olanlar barədə xatırlatma deyil, həm dövlətin dövlətçiliyin əzablı doğuluş tarixinin bir parçasıdır. Təkcə bayrağı yox, dövlətlə bağlı bütün atributları yoxdan yaratmaq lazım gəlirdi. Heç bir təmənna güdmədən o günlərdə yəqin ki, çoxlarına Sizif əməyi kimi görünən son dərəcə ağır məsuliyyətli yükün altına girən adamların millət sevgisi, vətən məhəbbəti qarşısında baş əymək lazımdır.

 

Əlimərdan bəy Topçubaşovun baş nazir Fətəli xan Xoyskiyə göndərdiyi məktubları - XX əsr Azərbaycan diplomatiyasının ilk, amma mükəmməl sənədlərin rus dilindən tərcümədə oxuculara təqdim edirəm.

 

Budapeşt, iyul-avqust, 2017

 

525-ci qəzet  2017.- 26 avqust.- S.18.