Əjdər Ol - Oqtay Rzanın şeiri
Adını köksümə yazdım
onun da,
Həssas,
alicənab, uzaqgörəndir;
Hər il gül
qoxulu mayın sonunda
Sabir bayramına
rəvac verəndir.
Kimlik, vətəndaşlıq, el şərqisində
Diridir dahimiz, sağdır ulumuz;
Güclü şairlərin ön
cərgəsində
Əjdər Olumuz var, Əjdər Olumuz!
Deyir: “Saxlamayaq tənqidi qında,
Qəzet,
telegüzgü, salon, kürsü
var”;
Neçə yüz ustadın
siyahısında
İkicə hərfli təxəllüsü
var.
Kitab bağışlayıb gül
sərgisində
Nüfuzda dağ kimi uca boylumuz;
Güclü şairlərin ön
cərgəsində
Əjdər Olumuz var, Əjdər Olumuz!
Yorulmaq bilmədən hey çalışır
ki,
Çətinlik çəkənə dəysin köməyi;
Canlı
xəzinəymiş həmkarım
sanki,
Sevir az danışıb,
çox dinləməyi.
Bünövrə möhkəmdir söz
hörgüsündə,
Üzü işıqlımız, içi
dolumuz.
Güclü şairlərin ön
cərgəsində
Əjdər Olumuz var, Əjdər Olumuz!
Yazarlar Birliyi bəsləyir inam,
Böyük yığnaqların ən fəalıdır;
Alıb
millətindən qüvvət,
ruh, ilham,
Söhbəti elə bil beçə
balıdır.
Payız
xəzanında, yay bürküsündə
Misradan-misraya keçir yolumuz.
Güclü şairlərin ön cərgəsində
Əjdər Olumuz var, Əjdər Olumuz!
525-ci qəzet 2017.- 26 avqust .- S.13.