Milli şüur oyadan alim
Qəzənfər Paşayev adı, soyadı heç bir titulsuz, elmi
dərəcələri sadalamadan
da geniş oxucu auditoriyasına yaxşı tanışdır. Bu adı, soyadı çəkən kimi hamının gözü önünə müasir Azərbaycan humanitar elminin ən məşhur simalarından
biri gəlir.
Qəzənfər Paşayev Azərbaycan filologiyasında öz sözü, bənzərsiz
elmi yolu olan əvəzedilməz şəxsiyyət, tanınmış
alimdir. Belə bir mərtəbəyə
yüksəlmək üçün
fitri istedad sahibi olmaq, ağır
yaradıcılıq zəhmətinə
qatlaşmaq, şərəfli
həyat yolu keçmək lazımdır.
Məhz bu cəhətlər Qəzənfər Paşayev
şəxsiyyətində vəhdət
halında cəmləşib.
Filologiya elmləri doktoru, professor, uzun illər Azərbaycan Pedaqoji Dillər İnstitutunda (indiki Slavyan Universiteti) və Bakı Dövlət Universitetində
mühüm vəzifələrdə
çalışan, hazırda
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda bir çox elmi qurumların üzvü olan alimin cildlərə
sığmayan monoqrafiyalardan,
elmi-nəzəri, ədəbi-tənqidi,
bədii-publisistik məqalələrdən
ibarət yaradıcılıq
məhsulu onu elə bir yüksək
mərtəbəyə qaldırmış,
elə bir miqyasda tanıtmışdır
ki, Qəzənfər
müəllim hətta
dünyanın ən sayılıb-tanınan elmi
qurumlarının təşkil
etdiyi konfrans və simpoziumların da fəxri qonaqları
sırasına seçilib.
Elmi kadrların hazırlanmasında
böyük xidmətləri
olan Qəzənfər
Paşayevin rəhbərliyi
ilə onlarla namizədlik və doktorluq dissertasiyaları müdafiə edilib.
O, həmçinin bir
çox monoqrafiyaların
redaktoru və ya rəyçisi olub.
Qəzənfər Paşayev Azərbaycan Yazıçılar Birliyinin
və respublika Ağsaqqallar Şurasının
üzvüdür.
Bütün bu yaradıcı və insani keyfiyyətləri - istedadı,
işgüzarlığı, sadəliyi, təvazökarlığı,
qayğıkeşliklə yoğurulmuş
tələbkarlığı ona həm çalışdığı
kollektivlərdə, həm
də ədəbi ictimaiyyətdə böyük
hörmət, nüfuzla
yanaşı, çoxlarına
qismət olmayan, səmimiyyətlə yoğurulmuş
məhəbbət və
sevgi qazandırıb. Onu tanıyanlar üçün
Qəzənfər Paşayev
yaxşı İnsan və əsl Dostdur!
“Təhsil Nəşriyyat-Poliqrafiya”
müəssisəsinin kollektivi
üçün də
Qəzənfər Paşayev,
sözün həqiqi
mənasında, həm
yaxşı İnsan,
həm də əsl Dostdur. Nəsillərə ərməğan etdiyi dəyərli əsərlərinin
çoxu məhz “Təhsil”də işıq
üzü görən,
təkrarsız şəxsiyyəti
ilə hər kəsə örnək olan Qəzənfər müəllimi kollektivimizdə
böyükdən-kiçiyə hamı çox sevir. Biz onun
kimi ziyalını tanıdığımıza görə
çox şanslıyıq.
Bu kiçik yazını
ona ünvanlamaqla böyük Dostumuzu 80 illik yubileyi münasibətilə ürəkdən
təbrik edir, ona uzun ömür,
cansağlığı və
yeni-yeni yaradıcılıq
uğurları arzulayırıq.
İti qələmlə kəsərli
sözlər yazdığı
kitabları nəşr
etməklə bundan sonra da yüzlərlə
oxucunu sevindirmək istərdik.
Hörmətli Qəzənfər müəllim!
Azərbaycan humanitar elminin mogikan, patriarx varisliyinə halal haqqı çatan, milli şüur oyadan alim kimi
Sizi həmişə elmimizin ön cərgələrində görür
və inanırıq ki, 90-da, 100-də də belə olacaq!
“Təhsil Nəşriyyat-Poliqrafiya”
müəssisəsinin kollektivi
525-ci qəzet 2017.- 26 avqust.- S.23.