Bir mahnının həsrəti

 

Şahanə MÜŞFİQ

 

 

zamanı vardır darıxmağın, məkanı... Birdən ən gərəksiz zamanda düşər yadına birisi, elə darıxarsan, elə darıxarsan ki, darıxdığın adama özünün belə paxıllığın tutar, “görəsən mənimçün bu cür darıxan varmıdeyə. Bir andaca ətrafındakı hər şey yox olar gözündə, başlayarsan darıxmağına çarə gəzməyə. Darıxmağın ən gözəl dərmanı daha çox darıxmaqdır...

 

Bununçün mahnılar çatar köməyinə.

 

Ya da elə bircə mahnı səbəb olar darıxmağına. Ən gərəksiz zamanda, məsələn, yolda, avtobusda gedərkən fikirlərinin ən qarışıq anında bir musiqi alar başının üstünü. Başlayar yaddaşını döyəcləməyə, unutmağa çalışdığın, ya da artıq unutdum dediyin bütün xatirələri süfrə kimi açar tökər qarşına. Qalarsan baxa-baxa...

 

Sözümü ağzımdan alan mahnılar var, məndən daha çox yaşayacaqlar. Məsələn, vətənimdən uzaqda, qürub çağı, mavi suların üzərindəykən saçlarıma sığal çəkən küləyin qulağıma pıçıldadığıNazəndə sevgilimmahnısı kimi. Sözləri mərhum şair İslam Səfərliyə, musiqisi Andrey Babayevə aid olan bu həzin mahnı vətənimdən kilometrlərlə uzaqda- İstanbul boğazının düz ortasında hardansa yadıma saldı özünü. Darıxmağımmı bu mahnını dilimin ucuna qədər gətirmişdi, yoxsa mahnımı darıxmağı qovub salmışdı içimə, bilmirəm. Amma onu yaxşı bilirəm ki, o həzin suların üzərində Rəşid Behbudov darıxmağıma laylay çalırdı sanki...

 

Sənsiz dağ döşünə çıxdım bu səhər,

Ötdü qumru kimi gur şəlalələr.

De, niyə yalqızsan, sordu lalələr,

Qövr etdi nisgilim, yadıma düşdün,

Nazəndə sevgilim, yadıma düşdün.

 

Azərbaycan musiqi sənətində ilk estrada mahnılarının yaradıcısı ifaçısı olan dahi Rəşid Behbudovun ifasında bu mahnı bir başqa təsirə malikdir. Onun səsi mahnını sanki oxumur, ürəyə, yaddaşa həkk edir. O səsin izinə düşüb ot basmış, unudulmuş, insan ayağı dəyməyən yollarla gedirsən ta xatirələrindən qaçdığın yerə, həm özün özayağınla”...

 

Nazəndə sevgilimmahnısı yalnız sevgilisindən ayrı düşən, həsrət çəkən aşiqlərin deyil, incə duyumlu hər kəsin mahnısıdır. Kimdir sevgili? Sevgili vətənindən ayrı düşən insan üçün vətəndir, anasından ötrü darıxan bala üçün anadır, bir qəribə bəxş olunan xəfif təbəssümdəki doğmalıqdır. Sevgili ən gözəl darıxdıran, həm həsrətini ən gözəl ovudandır.

 

Bu mahnı həm yaradıcılarının nakam taleyi ilə diqqət çəkir. Belə ki, sözlərinin müəllifi mərhum şair İslam Səfərli cəmi 51, bəstəkarı Andrey Babayev isə 40 il ömür sürmələrinə baxmayaraq, bu xalqın incəsənəti, mədəniyyəti, ədəbiyyatı üçün əvəzsiz işlər görüblər.

 

Rəşid Behbudovdan sonra həm Azərbaycanda, həm digər ölkələrdə sənətçilər bu mahnıya müraciət ediblər. Məsələn, Yaşar Səfərov, Samir Cəfərov, Samir Piriyev, Abbas Bağırov, Nadir Qafarzadə, Əhməd Mustafayev, Lalə Məmmədova başqaları ifa ediblər.

 

Tarix boyu Azərbaycan musiqisi, mədəniyyəti hər zaman qonşu xalqların diqqət mərkəzində olub. Hətta bir çox dünya şöhrətli musiqiçilər belə Azərbaycan musiqisinin özünəməxsusluğunu etiraf ediblər. Bu, yalnız muğam, xalq mahnılarımıza deyil, həm bəstəkar mahnılarımıza da aiddir. Öz repertuarlarında Azərbaycan mahnılarına ən çox müraciət edən isə təbii ki, qardaş Türkiyənin sənətçiləridir. Bu, əlbəttə, sevindirici haldır. Mədəniyyətlərarası inteqrasiya hər zaman olub, indi var. Bizim sənətçilərimiz zaman-zaman digər xalqların mahnılarını ifa ediblər edirlər. Ancaq bütün dünyada müəlliflik hüququ deyilən bir anlayış var ki, çox təəssüf, buna hər zaman riayət olunmur.

 

Türkiyəli sənətçilərin Azərbaycan mahnılarını ifa edərkən çox zaman məlumatsızlıqdanmı, yetərincə araşdırmadıqlarındanmı mahnıların müəlliflərini ya yalnış, ya da ümumiyyətlə anonim olaraq göstərdiyi hallarla çox qarşılaşmışıq. Bu, mediada da yetəri qədər dilləndirilib. Növbəti dəfə belə bir halla isə “Nazəndə sevgilim” mahnısında qarşılaşdıq. Son üç-dörd ildə Türkiyədə bu mahnını ifa edənlərin sayı durmadan artır. Hətta vəziyyət o hala gəlib çıxıb ki, azərbaycanlılardan bir çoxu da bu mahnını məhz türklərin ifasında eşidib, sonradan özümüzün olduğunu öyrənsələr də, yenə sözlərini Türkiyə türkcəsində zümzümə edirlər. Müəllifləri bilindiyi halda, təəssüf ki, qardaş ölkənin sənətçiləri bu mahnını dəfələrlə “anonim” təqdimatıyla oxuyublar. Həmkarımız Orxan Bahadursoy bir neçə il öncə Türkiyədə ifa olunan mahnılarımızın taleyi ilə bağlı araşdırmasında bu mahnıya da yer ayırıb: “Ən dəhşətlisi isə odur ki, Türkiyənin “TED senfoni orkestra”sı “Türk Eğitim Derneğinin 85 illiyinə həsr olunmuş gecədə Murat Karahanın solistliyi ilə “Nazəndə sevgilim” mahnısını ifa edir və mahnının təqdimatı Türkiyə saytlarında sözləri anonim, bəstəsi isə “Azeri Bekirofolaraq göstərilir.

 

Bundan başqa Türkiyənin hansı müğənnisi bu mahnını ifa edibsə, əksəriyyəti mahnının bəstəkarı olaraqAzeri Bekirofu qeyd edir. Amma buAzeri Bekirofun kim olduğu nəinki, mənə, hətta tarixə də məlum deyil.

 

“O Ses Türkiye” yarışmasında isə Serkan Kıranlı adlı iştirakçı “Nazəndə sevgilim” mahnısını oxuyarkən müəlliflər titrda belə göstərilir:

 

Söz: İslam Seferli  Beste: Bekirof

 

Biz araşdırmanı daha da dərinləşdirib son illərdəki ifalara nəzər saldıq. Təəssüf ki, bu yazı 2014-cü ildə mətbuatda getsə , dəyişən bir şey yox idi. Hətta indiki vəziyyət daha da acınacaqlıdır. Məsələn, hazırda Türkiyənin ən məşhur müğənnisi bu mahnıya yeni nəfəs verən İrem Dericinin Soner Olqunun ifasındaNazəndə sevgilimmahnısının sözləri İslam Səfərliyə, musiqisi isə Cahangir Cahangirova aid edilir. Cahangir Cahangirov Azərbaycanın korifey bəstəkarı bir sıra dünyaca məşhur əsərlərin müəllifi olsa da, bu mahnının musiqisi ona aid deyilsə, onun adının qeyd edilməsi düzgün deyil, təbii ki. Bir sıra sənətçilər isə elə İslam Səfərlinin adını mahnının bəstəkarı kimi qeyd edirlər. Təəssüflər olsun ki, Andrey Babayevin adı bu ifaların heç birində çəkilmir. Sözlər isə qeyd etdiyim kimi, əksəriyyətində anonim olaraq göstərilir, bir-iki ifada isə İslam Səfərliyə məxsus olduğu yazılır.

 

Nazəndə sevgilimqulaqlarınla eşidib ürəyində duyduğun, hər notuyla damarlarında axdığını hiss etdiyin musiqilərdəndir. Son illər mahnıların aranjıman edilməsi dəb halını alıb. Ancaq bu mahnı yeganə mahnılardandır ki, sözlərlə musiqi birgə sanki bir bütün halını alıb. Onları bir-birindən ayırmaq mümkün deyil. ən qəribəsi odur ki, sözləri musiqidən kənar, yəni şeir kimi oxumaq mümkün deyil. Buna cəhd etsən belə içində, ürəyinin ən dərinində musiqi öz-özünü zümzümə edir sanki. Bu da şairlə bəstəkarın, şeirlə musiqinin bir-birini duyub, hiss etməsidir.

 

Ümid edirik ki, gələcəkdə qeyd etdiyimiz hallarla qarşılaşmayacağıq bizim üçün mühüm olan bəstələrə qardaş ölkənin sənətçiləri daha məsuliyyətli ciddi yanaşacaqlar. Bundan sonra insanları həsrətin qoynundan alıb darıxmağın ağuşuna atan bu bəstənin müəllifləri bizi izlədikləri o ucalıqlarda həsrət çəkməzlər.

 

525-ci qəzet  2017.- 26 avqust.- S.19.