Beynəlxalq akkreditasiya
qazanan UNEC-in Beynəlxalq
İqtisadiyyat Məktəbi
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbi nüfuzlu beynəlxalq akkreditasiya qazanıb.
Məktəbin Mühasibat Uçotu ixtisası ACCA (The Association of Chartered Certified
Accountants - İmtiyazlı Sertifikatlaşdırılmış
Mühasiblər Assosiyasiyası)
tərəfindən tam akkreditasiya
alıb. Fakültənin Mühasibat
Uçotu ixtisası fənləri, imtahan prosedurları və imtahan sualları ən yüksək beynəlxalq tələblərə
uyğun olması təsdiqlənərək tələbələrə
ACCA imtahanlarından azadolmalar
təqdim edilib. Belə ki, tələbələr
fakültədə fənləri
oxuyub, müvafiq sənədləri təqdim
edərək ACCA kvalifikasiyalarını
da əldə edəcəklər.
Qeyd edək ki, ACCA (The Association
of Chartered Certified Accountants - İmtiyazlı
Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyası)
- dünyada ən geniş yayılmış
beynəlxalq professional assosiyasiyadır.
Assosiyasiyada 170 ölkədən 404 000 tələbə və 140
000 üzv qeydiyyatdadır.
İNTERAKTİV
METODLARLA TƏŞKİL OLUNAN TƏDRİS SİSTEMİ
UNEC-in Beynəlxalq İqtisadiyyat
Məktəbi (ISE) 2015-ci ildə
yaradılıb. Məktəbdə
beş ixtisas - Dünya İqtisadiyyatı,
Maliyyə, Mühasibat
Uçotu, İqtisadiyyat
və Biznes İnzibatçılığı üzrə bakalavr pilləsində, iki ixtisas - Dünya İqtisadiyyatı və Maliyyə üzrə magistr pilləsində tədris aparılır.
Beynəlxalq İqtisadiyyat Məktəbi
UNEC-in intensiv beynəlmiləşmə
və eyni zamanda, tədrisin keyfiyyətinin artırılması
məqsədilə Azərbaycan
Dövlət İqtisad
Universitetinin rektoru,
professor Ədalət Muradov
tərəfindən yaradılıb.
Məktəbdə interaktiv metodlarla
təşkil olunan tədris bütövlükdə
ingilis dilindədir.
Yalnız Azərbaycan dili,
Mülki Müdafiə
və nitq mədəniyyəti fənləri
Azərbaycan dilində
tədris olunur.
İSE-də ingilis dili tədrisinin unikal metodikası yaradılıb və bu da tələbələrə
hazırlıq ili oxumadan 4 ilə universiteti bitirmək imkanı yaradır. Məktəbə qəbul Dövlət
İmtahan Mərkəzin
tərəfindən aparılır.
Ümumilikdə, 510 tələbənin təhsil aldığı
məktəbdə ABŞ, İngiltərə,
Almaniya, Fransa, İsveç və başqa ölkələrin
aparıcı universitetlərinin
məzunları olmuş
və eyni zamanda, geniş praktiki biliklərə malik müəllimlər dərs deyirlər.
MƏKTƏBİN
BÜTÜN FƏNN PROQRAMLARI QƏRB
UNİVERSİTETLƏRİNİN PROQRAMINA
UYĞUNLAŞDIRILIB
2016-17-ci tədris ilinin nəticələrinə əsasən,
İSE-də orta keçid balı
maksimum həddə çataraq, 635 olub. Bu göstərici 2014-cü ildə
560, 2015-ci ildə isə
539 bal idi. Qəbul imtahanlarında 600-dən yuxarı
nəticə göstərənlər
Beynəlxalq İqtisadiyyat
Məktəbini seçir.
Məktəbdə dərslər fərqli formada keçirilir. Mühazirələr diskusiyaya açıq olur. Məktəb ingilis dilinin
tədrisində yeni interaktiv metodun tətbiqinə başlayıb.
Tələbələr tədris edilən
mövzuların həyatla
əlaqəsini təcrübədən
keçirərək, xarici
dilin mənimsənilməsinin
əsas çətinliklərindən
olan “dil baryeri” problemini qısa müddət ərzində həll edə bilirlər. İSE-nin müəllimləri
çalışır ki,
tələbələr ingilis
dilini peşəkar səviyyədə bilsinlər.
Məktəbdə bütün fənn
proqramları qərb universitetlərinin proqramlarına
uyğunlaşdırılıb. Məktəbdə dərs deyən
müəllimlər qərb
universitetlərinin məzunlarıdır
və onlar fənn proqramlarının
hazırlanmasında yaxından
iştirak ediblər.
Müəllimlərin tədris
etdikləri fənlər
məzun olduğu universitetdə oxuduğu və ən yüksək bal göstərdiyi fənlərdir.
Beynəlxalq İqtisadiyyat Məktəbinin
əsas məqsədi
yüksək ixtisaslı
kadr hazırlamaqdır.
TEST
ÜSULUNDAN İMTİNA
Beynəlxalq İqtisadiyyat Məktəbinin
tələbələri semestr
imtahanlarını yalnız
yazılı şəkildə
verirlər. Məktəbdə
test üsulundan imtina edilib. Məktəbin müəllimləri hesab edir ki,
test tələbənin öz
fikrini geniş şəkildə izah etməsinə mane olur.
Tədris inglis dilində
olduğu üçün
imtahanlar da bu dildə keçirilir.
İmtahandan öncə müəllimlər
tərəfindən suallar
hazırlanır və
bu suallar əsasında da biletlər tərtib olunur. İmtahan zamanı tələbələrə
biliklərini nümayiş
etdirmək üçün
bütün şərait
yaradılır. İmtahan sualları
öncədən tələbələrə
təqdim edilir. Ancaq gələcəkdə suallar
öncədən tələbələrə
təqdim edilməyəcək.
İSE müəllimlərinin fikrincə, dərslərdə
iştirak edən, mühazirələri dinləyən,
bir sözlə, il ərzində
oxuyan tələbəyə
sualları öncədən
təqdim etməyə
ehtiyac yoxdur.
DÜNYANIN
NÜFUZLU UNİVERSİTETLƏRİNDƏ TƏHSİL
ALMIŞ YÜKSƏK İXTİSASLI MÜƏLLİMLƏR
Məktəbdə dərs deyən müəllimlərin böyük əksəriyyəti dünyanın nüfuzlu universitetlərində təhsil almış yüksək ixtisaslı kadrlardır. Onların hər biri dövlət idarələri və şirkətlərində, özəl sektorda bir çox hallarda yüksək vəzifə tutan peşəkarlardır. Onların arasında Mərkəzi Bank, BP, Ernst&Young, Deloitte və sair kimi nüfuzlu şirkət və qurumların əməkdaşları var. Tələbələr müəllimlərin vasitəsi ilə əmək bazarına çıxış əldə edirlər. Eyni zamanda, tələbələrin istehsalat təcrübəsini daha səmərəli təşkil etmək üçün sözügedən müəllimlər tərəfindən tanınmış şirkətlərlə danışıqlar aparırır və müsbət nəticə əldə edilir.
UNEC AZƏRBAYCANIN DÜNYADA TANIDILMASI İSTİQAMƏTİNDƏ XEYLİ İŞLƏR GÖRÜR
Əməkdar elm xadimi, professor Şahlar Əsgərov Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbi nüfuzlu beynəlxalq akkreditasiya qazanmasını müsbət hal kimi dəyərləndirib. Onun dediyinə görə, Məktəbin Mühasibat Uçotu ixtisasının-İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyası tərəfindən akkreditasiya alınması bu ixtisas fənninin, imtahan prosedurları və imtahan suallarının ən yüksək beynəlxalq tələblərə uyğun olmasını təsdiqləməsidir.
Ş.Əsgərov vurğulayıb ki, UNEC təhsil keyfiyyətinin artırılması, tədrisin düzgün idarə olunması istiqamətində ciddi addımlar atılır: “Professor Ədalət Muradovun sayəsində Azərbaycan Dövlət İqtisad Universiteti sürətli inkişaf yolunda addımlayır. Universitet yalnız yerli deyil, xarici təşkilatlarla da əlaqələrini genişləndirir. Bir müddət öncə Nobel mükafatı laureatı Aziz Sancarın UNEC-ə gəlməsi mühüm hadisələrdən biri idi. İqtisad Universiteti ölkədə savadlı kadrların yetişməsində müstəsna rol oynayır. Onun məzunları yalnız Azərbaycanda deyil, eyni zamanda, ölkə xaricində nailiyyətlərə imza atır, Azərbaycanın adını yüksəldir. Bu universitet Azərbaycanın dünyaya tanıdılması istiqamətində xeyli işlər görür. Və bu istiqamətdə işlər davam etdirilir. Ə.Muradov UNEC-i dünya səviyyəli bir universitet etməyi qarşısına məqsəd qoyub”.
Ş.Əsgərov bildirib ki, Azərbaycan Dövlət İqtisad Universitetində tələbələrin yüksək səviyyədə bilik mənimsəməsi üçün yeni vasitə və metodlardan istifadə edilir, dünyanın tanınmış universitetləri ilə tələbə mübadiləsi aparılır. Bütün bunlar ölkənin daim inkişafına səbəb olan addımlardır. Universitetin məzunu olan tələbələr Azərbaycan iqtisadiyyatının inkişaf etməsində öz töhfələrini verir.
Professorun sözlərinə əsasən, UNEC-də fəaliyyət göstərən Elmi Tədqiqat İnstitutu, Elmi İnnovasiya Mərkəzi, Texnologiya Transfer Mərkəzində yüksəkixtisaslı iqtisadçı kadrlar müasir innovativ metodlar tətbiq etməklə milli iqtisadiyyatın real sektorunda tələb olunan tədqiqatlar aparırlar. Bu təqdiqatlar UNEC-də təhsilin təkmilləşdirilməsinə də təkan verir.
S.QARAYEVA
525-ci qəzet 2017.- 26 avqust.- S.9.