Xalq artisti Mikayıl
Mirzənin anadan olmasının 70 illiyi qeyd edildi
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tanınmış aktyor, Xalq artisti Mikayıl
Mirzənin 70 illiyinə
həsr edilmiş tədbir keçirilib.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunan gecədə tədbirin aparıcısı,
akademik Rəfael Hüseynov çıxış
edərək sənətkarın
ömür yolundan danışıb, onunla bağlı xatirələrini
bölüşüb.
Bildirib ki, Azərbaycan Dövlət Teatr İnstitutuna (indiki Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universiteti)
daxil olan, Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov, Lütfi Məmmədbəyov
kimi görkəmli səhnə ustalarından
dərs alan Mikayıl Mirzə 1969-cu ildə institutu bitirərək dram və kino aktyoru ixtisasına
yiyələnib. İnstitutun səhnə
danışığı kafedrasında
müəllim, eyni zamanda, Tədris Teatrında çalışan
sənətkar bir qədər sonra Azərbaycan Dövlət Akademik Milli Teatrında işə qəbul olunub.
Oynadığı rolları təbii, inandırıcı şəkildə
tamaşaçılara çatdıran
sənətkar emosionallığı
ilə özünəməxsus
ifa üslubuna malik idi. O, "Azərbaycanfilm"
kinostudiyasında lentə
alınan bədii filmlərdə, onlarla dram
əsərində yaddaqalan
obrazlar yaradıb. Mikayıl Mirzə teatrda Kürd Musa ("Vaqif"), Fərhad ("Fərhad və Şirin"), Muratov
("Qəribə oğlan"),
Eyvaz ("Bizim qəribə taleyimiz"),
Aslan ("Kəndçi
qız"), Zahid
("Fəryad"), Elxan
("Od gəlini"),
Cinli Mustafa ("Dəli
yığıncağı"), İxtiyar ("İblis")
rollarını ustalıqla
oynayıb.
Mikayıl Mirzə Azərbaycan Dövlət Televiziyasının
ədəbi-dram verilişləri
baş redaksiyası ilə də sıx əlaqə saxlayırdı. Ötən əsrin 80-ci illərində
məhz onun təşəbbüsü ilə
Azərbaycan televiziya məkanında "Bir aktyorun teatrı" verilişi ekrana çıxıb. Onun
ifasında Aleksandr Puşkinin "Motsart və Solyer", "Qaraçılar", Hüseyn
Cavidin "Azər",
Rəsul Rzanın
"Qızıl gül
olmayaydı", Xəlil
Rzanın "Məhəbbət
dastanı", Cabir Novruzun "Qərbi
Berlin" ekran əsərləri
"Qızıl fond"da
dəyərli sənət
əsərləri kimi
saxlanılır. O, Mehdi
Məmmədov, Əli
Zeynalov, Səməndər
Rzayev kimi sevilən, tanınan bədii qiraət ustaları ilə bir sırada dayanırdı. Əli Kərimin, Səməd
Vurğunun, Məmməd
Arazın, Xəlil Rza Ulutürkün əsərlərini əzbər
bilirdi.
Tədbirdə Milli Məclisin
deputatı, Respublika Ağsaqqallar Şurasının
sədri Fəttah Heydərov, Xalq artisti Nurəddin Mehdixanlı, Əməkdar
rəssam Rais Rəsulzadə və başqaları çıxış
edərək, görkəmli
sənətkarın həyat və yaradıcılığından, onunla bağlı xatirələrindən söz
açıblar.
Tanınmış elm, mədəniyyət və
incəsənət xadimlərinin
iştirak etdiyi gecədə Mikayıl Mirzəyə həsr olunmuş videoçarx nümayiş olunub, müxtəlif bədii kompozisiyalar təqdim edilib.
Mərasimdə mərhumun ailəsi adından çıxış
edən oğlu Mətin Mirzə atasının xatirəsinin
əziz tutulduğuna görə təşkilatçılara
minnətdarlığını bildirib.
Xədicə
RƏHMAN
525-ci qəzet.-2017.-1 dekabr.-S.7.