Tahir Salahovun doğum günü qeyd edildi
Noyabrın 29-da "İçərişəhər" Dövlət Tarix-Memarlıq
Qoruğunda yerləşən
Tahir Salahovun ev-muzeyində rəssamın
doğum günü münasibətilə İncəsənət
Gimnaziyasının şagirdlərinin
əsərlərindən ibarət
sərgi açılıb
və şagirdlərin
konsert proqramı təşkil olunub.
Tədbirdə muzeyin direktoru
Səadət Mirzəyeva
çıxış edərək
ev-muzeyin yaradılmasından
və qarşıda duran vəzifələrdən
danışıb. Bildirib ki,
muzeydə Tahir Salahovun Azərbaycan dövlətinə bağışladığı
rəsm əsərlərindən
və şəxsi arxivindən ibarət kolleksiya nümayiş olunub.
Bildirilib ki, Tahir Salahov
milli sənət xəzinəsinin qızıl
fonduna daxil olan əsərləri ilə Azərbaycan mədəniyyəti tarixində
yeni parlaq səhifə açıb. Onun dünyanın
mötəbər muzeylərində
və qalereyalarında
saxlanılan, müxtəlif
sərgilərdə nümayiş
etdirilən tabloları
çoxəsrlik ənənələrə
malik Azərbaycan incəsənətinin şöhrətini
yüksəklərə qaldırıb.
Belə
tədbirlərin ənənəvi
olaraq hər il keçirildiyini bildirən Səadət Mirzəyeva qeyd edib ki, bu
gün gənc rəssamların əsərlərinin
görkəmli rəssam
Tahir Salahovun əsərləri qarşısında
nümayiş olunması
simvolikdir, gələcəkdə
onlar arasında da belə sənətkarların
olmasına inam yaradır.
Sonra Azərbaycan
Milli Konservatoriyası
nəzdində İncəsənət
Gimnaziyasının direktoru
Aytən Əhmədova
dünya şöhrətli
sənətkar Tahir Salahovun ad günü münasibətilə bu cür tədbirin keçirilməsini yüksək
qiymətləndirib. Şagirdlərin bu konsertə çox böyük həvəslə hazırlaşdığını
deyən A.Əhmədova
tədbirdə milli musiqilərimizlə yanaşı,
dünya bəstəkarlarının
da əsərlərinin
səsləndiriləcəyini söyləyib.
Tədbir konsert proqramı ilə davam edib.
Xədicə RƏHMAN
525-ci qəzet.-2017.-1 dekabr.-S.8.