Fikrət Qoca
Laçın məktəblilərinin qonağı oldu
Laçın rayon 6 saylı tam orta məktəbdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi, Xalq şairi Fikrət Qoca ilə görüş keçirilib.
Məktəbin dil və ədəbiyyat
müəllimi, şair
Azər Xanların təşkilatçılığı ilə keçirilən görüşdə məktəbin
müəllim və şagird kollektivi, valideynlər, poeziyasevərlər
iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azər Xanlar Fikrət Qocanın həyat və yaradıcılığı haqqında
geniş məlumat verib, onu milli
ədəbiyyatımızda öz dəsti-xətti ilə seçilən, hər zaman yaradıcılığında vətənpərvərlik mövzularına
geniş yer verən Azərbaycan sevdalı şair kimi dəyərləndirib.
Məktəbin direktoru Kəmalə
Hüseynova, müəllimlərdən
Afaq Mərdanova, Nazilə Əliyeva, Mərziyyə Alıyeva, Aybəniz Axundzadə şairin poeziyası haqqında öz fikirlərini bölüşüblər.
Daha sonra qonaq, şagirdləri maraqlandıran suallara cavab verib, görüş
diskusiya şəklində
davam edib.
Müəllimliyi bütün peşələrdən
daha uca peşə kimi dəyərləndirən Xalq
şairi F.Qoca şagirdlərə mütaliənin,
ədəbiyyatın, kitabın
önəmindən danışıb,
onlara yaşlarına uyğun əsərləri,
nağıl, təmsil,
şeir kitablarını
oxumağı məsləhət
görüb. Bir qrup ziyalı
ilə Cocuq Mərcanlıya səfərindən
söz açan şair orada şahid olduğu quruculuq işlərindən,
kənd camaatının
yüksək əhval-ruhiyyəsindən
məmnunluqla bəhs edib, işğal olunmuş Qarabağ torpaqlarının düşmən
tapdağından tezliklə
azad olunacağına inandığını vurğulayıb.
Görüşdə şagirdlərdən
Əliyeva Zəhra, Xıdırova Aynur, Mahmudova Ayxan, Yusifzadə Nəzrin, Qəhrəmanova Jalə, Şəfiyev Rəvan, Fətəliyeva Tükəzban,
Məmmədova Günay,
Əhədov Amin və başqaları şairin "Analar",
"Biz Cocuqmərcanlıyıq",
"Lələtəpə", "Aprel döyüşçüləri",
"Şəhidlər ölümsüzdür",
"Şuşanın məscidi",
"Səhərə bax,
səhərə", "Şuşa" kimi müxtəlif illərdə
qələmə aldığı
şeirlərini səsləndiriblər.
Sonda F.Qoca görüşdən və
şagirdlərin ədəbiyyat
sevgisindən məmnunluğunu
dilə gətirib, məktəbin rəhbərliyinə
və görüşün
təşkilatçısına təşəkkürünü bildirib.
ŞAHANƏ
525-ci qəzet.-2017.-5 dekabr.-S.7.