"Ədəbiyyatsız dünya"nın təqdimatı keçirildi

 

Dekabrın 2-də Gənc Tamaşaçılar Teatrında şair və ədəbiyyatşünas Qismət Rüstəmovun tərcüməsində işıq üzü görmüşdəbiyyatsız dünya" kitabının təqdimat və imza mərasimi olub.

 

Mərasimdə Bədii Tərcümə Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair Səlim Babullaoğlu, "Dünya ədəbiyyatı" jurnalının baş redaktoru, ədəbiyyatşünas Seyfəddin Hüseynli, tənqidçi Cavanşir Yusifli, yazıçılar Fəxri Uğurlu, Şərif Ağayar, Mirmehdi Ağaoğlu, şair Cəlil Cavanşir başqaları iştirak ediblər.

 

Bildirilib ki, "Alatoran" nəşriyyatında çapdan çıxan kitaba məşhur dünya yazarlarının müxtəlif zamanlarda qələmə aldığı ədəbiyyat sənət məsələləri haqqında esselər toplanıb.

 

Kitabda ümumilikdə "Dünya ədəbiyyatsız necə olardı" sualına cavablar öz əksini tapıb. Nəşrdə Mario Varqas Lyosanın, Orxan Pamukun, Vladimir Nabokovun, Susan Sontaqın, Rolan Bartın, Odenin digər məşhur söz ustalarının ən vacib esseləri toplanıb.

 

Təqdimatda oxucular, "Ədəbiyyatsız dünya" daxil olmaqla, "Alatoran" yayınlarının "Azərbaycan Yaradıcılıq Fondu"nun nəşr etdiyi digər kitabları da endirimlərlə əldə etmək imkanı qazanıblar.

 

ŞAHANƏ

 

525-ci qəzet.-2017.-5 dekabr.-S.7.