Elçin Hüseynbəyli "Yenə iki od arasında"nı imzaladı

 

Dekabrın 13-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda yazıçı-dramaturq Elçin Hüseynbəylinin "Yenə iki od arasında" romanının təqdimatı "İmza günü" keçirilib.

 

AYB-nin "Qələm" nəşriyyatının təşkilatçılığı ilə baş tutan tədbirdə ziyalılar, ədəbiyyat xadimləri, yazıçılar, oxucular media nümayəndələri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan AYB katibi Rəşad Məcid Elçin Hüseynbəyli yaradıcılığı yeni romanı haqqında məlumat verib.

 

Bədii Tərcümə Ədəbi Əlaqələr mərkəzinin sədri Səlim Babullaoğlu, professorlar Vaqif Yusifli, Nizami Tağısoy, "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə başqaları çıxış edərək kitabın məziyyətlərindən danışıblar. Bildirilib ki, müstəqillik dövr Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan Elçin Hüseynbəylinin yaradıcılığı çoxşaxəlidir. Onun müxtəlif mövzularda qələmə aldığı əsərləri içərisində roman janrı xüsusi yer tutur. Müəllifin Qarabağ tarixinin maraqlı məqamları ilə zəngin olan əsəri Qarabağ tədricən kimə nəyə görə itirildi ideyasına söykənir XVIII əsrin sonlarından bu günümüzə kimi olan dövrü əhatə edir. Roman yazıçının digər əsərləri kimi çoxqatlıdır dinamik təhkiyə ilə seçilir. Romanda hadisələrə çox fərqli, orijinal yanaşan müəllifin təhkiyəsi axıcı, üslubu fərdidir.

 

Diqqətə çatdırılıb ki, bu il 130 illiyi qeyd edilən böyük söz adamı Yusif Vəzir Çəmənzəminlinin xatirəsinə həsr edilmiş, Qarabağ tarixi üstündə köklənən kitaba "Ön söz"ü Xalq yazıçısı Anar, "Son söz"ü isə akademik Nizami Cəfərov yazıb.

 

Sonda Yusif Vəzir Çəmənzəminlinin nəvəsi, filologiya elmləri doktoru Leyla Vəzirova ailəsi adından çıxış edərək müəllifə, tədbir iştirakçılarına öz təşəkkürünü bildirib.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet 2017.- 15 dekabr.- S.4.