Görkəmli tarzən Əhməd
Bakıxanov anılıb
Dekabrın 14-də Beynəlxalq Muğam Mərkəzində görkəmli
tarzən Əhməd
Bakıxanovun 125 illiyinə
həsr edilmiş tədbir keçirilib.
Mədəniyyət və Turizm Nazirliyi və Muğam Mərkəzinin birgə təşkilatçılığı
ilə reallaşan tədbirdə respublikanın
tanınmış mədəniyyət
və incəsənət
xadimləri iştirak
ediblər.
Əvvəlcə qonaqlar sənətkarın
həyat və yaradıcılığından bəhs edən fotosərgiyə baxıblar.
Tədbirdə Milli Məclisin mədəniyyət komitəsinin
sədri, akademik Rafael
Hüseynov çıxış
edərək unudulmaz sənətkarın həyat
və yaradıcılığından
söz açıb. O deyib ki, Əhməd Bakıxanov bizə zaman baxımından həm yaxındır, həm də uzaq. Ondan bizə çox
şeylər yadigar qalıb. Onun yaradıcılığını
Azərbaycan mədəniyyətinin
bütöv mənzərəsi
ilə tutuşduranda əlbəttə ki, Ə.Bakıxanov bizə çox uzaq insan kimi görünür.
Amma onunla ünsiyyətdə olmuş, ondan dərs almış və onun yolunu
gedən insanların bir neçəsi bu gün sağdır.
Onun yadigarı Xalq Çalğı Alətləri
Ansamblıdır. Əsərləri bu gün də
səslənir, xatirəsi
ürəklərdə yaşayır.
Ona görə də sənətkarın özü
bizə nəfəs çatacaq qədər yaxındır. Neçə-neçə
illər ərzində
milli alətimiz olan tar enişli-yoxuşlu
yollar keçib. Əhməd Bakıxanov və onun kimi
milli mədəniyyətimizin
keşiyində duran şəxslər tara qarşı yönəlmiş qərəzli
həmlələrlə mübarizə
aparıblar. O insanlara
minnətdar olmalıyıq
ki, çətin zamanların içərisində
kökslərini irəli
veriblər, bu sənəti yaşadıblar.
Rafael Hüseynov deyib
ki, təhsilini İranda almış Əhməd Bakıxanov burada ustad tarzənlərdən
tar ifaçılığının və muğamatın sirlərinə dərindən
yiyələndikdən sonra
1920-ci ildən Bakıda
musiqi məclislərində
və konsertlərdə
iştirak edib. 1930-cu illərdən Üzeyir Hacıbəyovun dəvəti
ilə ovaxtkı Azərbaycan Dövlət Konservatoriyasında muğamdan
dərs deyib. Ə.Bakıxanov ömrünün çox hissəsini musiqi kadrlarının hazırlanmasına həsr
edib.
Tədbir konsert proqramı ilə davam edib.
Şahanə MÜŞFİQ
525-ci qəzet.-2017.-16 dekabr.-S.12.