Əli Nino” filmi Xorvatiyada nümayiş olundu

 

Xorvatiyanın Zaqreb şəhərində Azərbaycanın bu ölkədəki səfirliyinin Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Qurban Səidin müəllifi olduğu dünya bestsellerinin eyniadlı romanı əsasında ekranlaşdırılanƏli Nino” filminin nümayişi keçirilib.

 

Tədbirdə Xorvatiyanın dövlət ictimai xadimləri, Zaqrebdə fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri, QHT-lərin ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 

Tədbiri giriş nitqi ilə açan səfir Fəxrəddin Qurbanov sevgi hekayəsindən bəhs edən bu möhtəşəm filmin ekranlaşdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın işini yüksək qiymətləndirib tədbirin Azərbaycan ilə Xorvatiya arasında mədəniyyət sahəsində münasibətlərin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

 

Filmin süjet xəttindən bəhs edən səfir F.Qurbanov coğrafi baxımdan Avropa ilə Asiyanın kəsişməsində yerləşən Qafqaz regionunun müxtəlif sivilizasiyalar mədəniyyətlər arasında ixtilafların aradan qaldırılmasında körpü rolu oynadığını qeyd edib, əsrlərboyu bu coğrafiyada müxtəlif etnik mədəni qrupların sülh əmin-amanlıq şəraitində birgə yaşadığını diqqətə çatdırıb.

 

Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədr müavini Nataliya Oştariyaş iki ölkə arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə inkişafından məmnunluğunu ifadə edib, nümayiş olunan filmin yalnız iki gəncin məhəbbət hekayəsindən deyil, eləcə Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizə Azərbaycanda tarixən mövcud olan tolerantlıq multikulturalizm ənənələrindən bəhs etdiyini vurğulayıb.

 

Filmin nümayişi ilə yanaşı, tədbir iştirakçılarınaƏli Nino” əsərinin xorvat dilində dərc olunmuş nüsxəsi təqdim edilib.

 

XƏDİCƏ

 

525-ci qəzet 2017.- 16 dekabr.- S.5.