Qəzəlxan şair Həkim Qəni yad edildi

 

Noyabrın 30-da C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında qəzəlxan şair Həkim Qəninin anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib.

 

 Tədbirdə ziyalılar, tanınmış mədəniyyət ədəbiyyat xadimləri, oxucular, şairin ailə üzvləri media nümayəndələri iştirak ediblər.

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri akademik Rafael Hüseynov Həkim Qəninin yaradıcılığından söhbət açıb. Bildirib ki, qəzəl janrının mahir bilicilərindən olan şairinQənimətdir keçən hər günadlı ilk qəzəllər kitabı 1992-ci ildəİşıqnəşriyyatında çapdan çıxıb. O, bütün yaradıcılığı boyu Məhəmməd Füzuli, Əliağa Vahid yaradıcılığının tərənnümçülərindən biri kimi tanınıb bu janrı təbliğ edib. Yaradıcılığının ilk günlərindən Füzuli poeziyasına daha artıq maraq göstərib füzulişünas şair kimi püxtələşib. Sələfi Füzulini nəinki Şərqə, bütün dünyaya tanıtmaq üçün onun yüz qəzəlini rus dilinə tərcümə edərək bu qəzəlləri orijinal əruz vəznində işləyib.

 

Tədbirdə Xalq artisti Əlibaba Məmmədov, Hacı Rafiq Əliyev, şairlər Azər Buzovnalı, Tahir Şirvanlı başqaları Həkim Qəninin yaradıcılığını yüksək qiymətləndiriblər. Onun Füzulinin 124 qəzəlinə yazdığı təxmislərini yüksək dəyərləndiriblər. Şairin 1992-ci ildə Türkiyədə keçirilmişMinacatmüsabiqəsində iştirak etdiyini birinci yeri qazandığını diqqətə çatdırıblar. Natiqlər H.Qəninin bir insan olaraq müasirlərinə yetirmələrinə göstərdiyi xoş rəftarından, yüksək insani keyfiyyətlərindən söhbət açıblar.

 

Tədbirdə qiraətçilər xanəndələr Həkim Qəninin qəzəllərini oxuyublar.

 

Tədbir çərçivəsində qəzəlxan şairin “Dram əsərləri”nin Qəlbimizdə yaşayan Həkim Qəniadlı məqalə oçerklərdən ibarət kitabın da təqdimatı keçirilib. “Qəlbimizdə yaşayan Həkim Qənikitabının redaktoru Ön sözmüəllifi Rauf İlyasoğlu, “Dram əsərlərikitabının redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Yusif Günaydındır.

 

Sonda şairin oğlu Cavid Qənioğlu atası ilə bağlı xatirələrini danışıb, tədbirin təşkilatçılarına iştirakçılarına minnətdarlığını bildirib.

 

ŞAHANƏ

 

525-ci qəzet.-2017.-2 dekabr.-S.9.