Xətainin 530 illiyinə həsr olunmuş sərgi açıldı
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyində Şah İsmayıl Səfəvinin anadan olmasının 530 illiyinə həsr olunmuş “Xətainin qılıncı və qələmi” mövzusunda Respublika Konfransının təşkil etdiyi fərdi sərginin təqdimatı olub.
Sərgidə əməkdar rəssam Mübariz Əkbərovun əl işləri nümayiş etdirilib.
Tədbirdə Milli Məclisin
Mədəniyyət komitəsinin
sədri akademik Rafael Hüseynov, Gənclər və idman komitəsinin
sədri Fuad Muradov, digər deputat Rövşən Rzayev, əməkdar rəssam Rais Rəsulzadə, sənətşünas,
professor Kübra Əliyeva,
bir sıra tanınmış aktyorlar,
ictimai xadimlər və media nümayəndələri
iştirak ediblər.
Çıxışçılar fərdi sərgi münasibətilə Mübariz
Əkbərovu təbrik
ediblər.
Deputat Rafael Hüseynov
çıxışı zamanı
bədii metalişləmə-silahdüzəltmə
sənətinin Azərbaycan
tarixindəki yerindən,
sənətin gələcək
nəsillər üçün
önəmindən və
əməkdar rəssam
Mübariz Əkbərovun
yaradıcılıq fəaliyyətindən
söz açıb.
O bildirib ki, Mübariz
Əkbərov Azərbaycanda
bədii metalişləmə
sənət nümunələri
yaratmaq nöqteyi-nəzərindən
öndə olan sənətçilərdən biridir. Və bu baxımdan
yaxın zamanlarda əməkdar rəssamın
yaradıcılığını əks etdirən albom nəşr ediləcək.
Tədbirin sonunda iştirakçılar
sərgi ilə tanış olublar.
ŞAHANƏ
525-ci qəzet 2017.- 2 dekabr.- S.18.