Yarpaq tökümüyaxud düşüncələrim...

 

İmamverdi İSMAYILOV

 

 

Ağıl istedad həm sənin düşmənindir...

 

Səni yandıran dərd - başqasına uzaqdan görünər

 

Elə ölüm var ki, nəsil yaşadar...

 

Uca tullanmaqdansa, uca olmağa çalış...

 

Hər dərdi bölüşməzlər

 

Yalanın qalanı olmur

 

QamƏtini əymə, görünürsən

 

Ədan təbii gəlirsə - bəzəyindir, özündən qondarsan, təzəyindir

 

Bibim deyərdi ki, yığnaqda sözün var, divanda dilin

 

ŞübhƏlƏr bütün bəlalara yol açar

 

Hamını eyni dillə anlatmaq olmaz

 

ÜmidlƏr yaz kimidir, gözlərində gün çıxar, çiçək açar

 

İsti əlin, soyuq ürəyin kimə lazım?!

 

HünƏrini vaxtında yerində göstər

 

Nəfis adam həmişə bəd gətirər

 

Gözdən yayınsan da, sözdən yayınma!

 

Dilin  - haçalığı rəzalətdir,

ürəyin - haçalığı rəşadət

 

Dövranın gərdişi - sənin taleyin...

 

Dərdini kimə deyəsən - dərdindən alver eləyənə?!

 

Elə əməllər var ki,  başına qaxanc edəcəklər, xəbərin varmı?!

 

Bu gün olmasa da, sabah soracaqlar...

 

Vəlinən gələn, əlinən gedər

 

SevgilƏr fəsillər kimidir...

 

Hər quşun öz uçuşu, öz niyyəti var

 

Ölüm - göz yaşı quruyana kimidir...

 

Haya getmək ayrıdır, vaya getmək ayrı...

 

Dərd səni götürüb aparır, sən dərdi yox

 

Qazanmaq xəyalı, var - dövlət yığmaq vərdişi - geri, dönməz bəladır, gözü yığılmaz...

 

Araya girmək, ara vurdurmaq - ayrı-ayrı şeylərdir...

 

SƏbr - insanın əyləcidir, vaxtında, vədəsində...

 

Dayandığın yerdən boylanmasan yaxşıdır

 

Qul əməyin - gül əməyin

 

Qoltuqda böyüməyən övladını da qoltuq altına vermə

 

Vədənin vədəsi gələcək!..

 

Gələn sənindirsə, gedən sənin olacaq!

 

Dişlərin sədəfi hələ sözlərin sədəfi demək deyil!

 

Yerişin, duruşun - həm görünüşündür - kənardan göz qoyurlar

 

Ümid bir dərmandır, söz bir dərman

 

Yaxanı əllərə vermə!

 

Ürəyinin içi - gözünün çölündədir

 

Pis vərdişlər  addımlardan yaranır, geriyə addımlaya bilmirsən.

 

Sözünü ayrı götür, ayrı görünəcəksən

 

Gör səni kimlər soruşacaq!..

 

NiyyƏtini gətirən ürəkdir, göstərən gözlərin...

 

Yeri, yeri, diri yeri!..

 

Qıyıq gözlər, bic sözlər - ikisi bir mənbədəndir...

 

MƏrdlik - sənə qazanc deyil, sənin qazancındır

 

Bir ürəklə yaşamaq olmaz...

 

Duyğulardan coşub, tez atlanma, sürüşüb yıxılarsan...

 

Hər uduş şərəf gətirmir

 

Yaz - doğuş fəslidir

 

Ətrafın sənin kimi ola bilmədi, sənin kimi görünmədi - paxıllıq sel kimi axacaq...

 

Var sənindir, sən varın deyilsən...

 

Sallanma, yallanma, aldanma!

 

Ağlını-zikrini emosiyalara qurban vermə

 

Qazandığını dilinə xərcləsən, kasıb qalacaqsan!..

 

Hər dövrün öz təamı var

 

Qazana yığılmaq üçün deyil, bölünmək üçündür...

 

SƏdaqƏt  - sədəqə deyil, onu qazanarlar

 

Xofu, şübhəni gizlədəndə o, səni gizlətməyəcək

 

Hətta əkizlərin üzü eyni olsa, içi başqadır...

 

Əlin əsirsə, ürəyin titrəyir

 

PƏrdƏ asılmaq üçündür, deşilmək üçün yox

 

Qəlbini ovcunda saxla, tez-tez gərəyin olacaq

 

Əməlinin sonrası olacaq - bax, əsas sual bundadır!?

 

Bu dərdi tək çəkmək olmur...

 

Canıyanımlıq canını yandırmayacaq, əksinə...

 

Ümidini üz, özünü üzmə!..

 

Ölçülü-biçili münasibət - hər iki tərəfin xeyrinədir...

 

Sənətin sərhədləri var, dəqiq qorumalısan

 

ŞÖHRƏT - Qazanc - sabun köpüyü kimidir, baxır necə yanaşırsan

 

Əllərinin uzunluğu arzularının böyüklüyü demək deyil

 

Qalxdığın pilləkən həm səni endirəcək...

 

Əkdiyin ağac tək sənə gərək olmayacaq...

 

Möhtaclıq - kəsiklik əlamətidir

 

Yaratmaq çətindir, qorumaq ondan da çətin...

 

Münasibətlərin boy cərgəsi var - qorumağı bacarmalısan.

 

Ağaclar kökün üstündə, budaqlar ağacın üstündə...

 

Çörəyin tamı əlinin tamından asılıdır.

 

Qazananda qədərini bilmirsən, itirəndə oturub hesablayırsan

 

Dil gətirəni Əl gətirməz...

 

Uzun ipin yığılması da bir dərddir...

 

Köç xatirələrlə dolu olar...

 

Gecənin tənhalığında çaqqallar ulaşar...

 

Qışın ayazı da ürəyi kimidir - soyuq müəmmalı...

 

Sən gedəndə onsuz da yerin boş qalacaq - bunun fərqindəsənmi?!

 

Taleyinin pultu sənin əlində deyil ki!?.

 

Yaddaşın zəifliyi bəzən xeyir gətirə bilər...

 

Çölün için kimi şirindisə, yaşamağa dəyər, əzizim!..

 

Sənin işin tərsinədi, vallah: gözünlə eşidib, qulağınla görürsən...

 

Özünüdərk - hər zaman gərək!..

 

Bilmədiyini biləndən soruş...

 

525-ci qəzet  2017.- 5 dekabr.- S.7.