İmir Məmmədlinin 60
yaşı...
... AZƏRBAYCAN
YAZIÇILAR BİRLİYİNDƏ QEYD EDİLİB
Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" zalında şair, yazıçı, dramaturq İmir Məmmədlinin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Mərasimdə tanınmış ziyalılar,
mədəniyyət və
ədəbiyyat xadimləri,
oxucular, yubilyarın ailə üzvləri və media nümayəndələri
iştirak ediblər.
Yubiley tədbirini
giriş sözü ilə açan AYB-nin katibi İlqar
Fəhmi İ.Məmmədlinin
həyat və yaradıcılığı haqqında
geniş məlumat verib. Deyib ki, yubilyarın yaradıcılığı
hər zaman gənclik nikbinliyi, pozitivliyi ilə seçilib: "Onun nəsrində qaranlığın
içərisində işıq
tapmaq cəhdləri
var. İmir müəllimin
hekayələrində viziuallıq
var ki, bu
da kino sənəti
üçün çox
vacibdir. Artıq rejissorların ayrıca
ssenariyə, dramaturji əsərə ehtiyacı
yoxdur".
Bədii
Tərcümə və
Ədəbi Əlaqələr
Mərkəzinin sədri,
şair Səlim Babullaoğlu yubilyarın tərcümə fəaliyyətindən
söz açıb:
"İmir Məmmədli
həm Azərbaycan, həm Gürcüstan ədəbiyyatı, həm
də iki ölkənin əlaqələri
kontekstində mühüm
işlər görüb.
Rustavelinin "Pələng dərisi geyinmiş pəhləvan" kimi nəhəng əsərini,
bir sıra gürcü şairlərinin
əsərlərini dilimizə,
Yunus Əmrə, Aşıq Ələsgər
kimi şairlərimizi
gürcü dilinə
tərcümə edib".
S.Babullaoğlu İ.Məmmədlinin
poeziyasından da danışıb, onu istedadlı şair adlandırıb: "Onun poeziyasının alt qatı
ikidilli olduğu üçün onu kimsə ilə müqayisə etmək olmur. Hər iki xalqın
poetik stixiyasını
öz yaradıcılığında
əks etdirir".
Xalq şairi
Nəriman Həsənzadə
yubilyarla tanışlığından,
onun Azərbaycan ədəbiyyatındakı yerindən
söz açaraq deyib ki, İmir
Məmmədli anadan şair doğulan insandır. O, iki xalqın ədəbiyyatına
canını, qanını,
həyatını sərf
edir, fədakarcasına
çalışır. İmir
Məmmədlini özündən
öncə əsərləri
ilə tanıyıb sevdiyini bildirən millət vəkili Aydın Mirzəzadə deyib: "Yaradıcılığında
klassiklərimizin izləri
olsa da, o, bəhrələndiyi insanları
təqlid etmədi, özünü yarada bildi".
"Borçalı" cəmiyyətinin sədri
Zəlimxan Məmmədli
çıxışında İmir Məmmədlinin şəxsi bütövlüyünün,
mənəvi zənginliyinin
yaradıcılığı ilə vəhdət təşkil etdiyini vurğulayıb.
Şair Musa Ələkbərli yubilyarı
sözə qənaət
edən, hisslərini pıçıltı ilə
deyən, səmimi söz adamı adlandırıb.
İctimai Radionun əməkdaşları
Kamil Nehrəmli, Samir Bağıroğlu, Xalq artistləri Səidə Quliyeva, Amaliya Pənahova, şair Oqtay Rza, Azərbaycanın Gürcüstandakı keçmiş
səfiri Hacan Hacıyev və başqaları İmir Məmmədlini yubiley münasibəti ilə təbrik edib, onun yaradıcılığı
və şəxsiyyəti
haqqında öz düşüncələrini bölüşüblər.
S.Bağıroğlu şairin "Günora"
kitabından bir neçə şeirini, Oqtay Rza isə
şairə həsr etdiyi şeirini oxuyub.
Sonda yubilyar ona göstərilən diqqət və qayğıya görə,
başda AYB-nin rəhbərliyi olmaqla, təşkilatçılara, çıxışçılara
təşəkkürünü bildirib.
Şahanə MÜŞFİQ
525-ci qəzet 2017.- 5 dekabr.- S.7.