Akademik Tofiq
Hacıyevin "Seçilmiş əsərləri"
işıq üzü gördü
Türk Dil və Tarix Qurumunun fəxri üzvü, Əməkdar elm xadimi, akademik Tofiq Hacıyevin ikicildlik "Seçilmiş əsərləri" çap olunub.
"Elm"
nəşriyyatında işıq
üzü görmüş
"Seçilmiş əsərlər"in
redaktoru dosent Qızılgül Abdullayeva,
rəyçilər professorlar
Məhərrəm Məmmədli,
Eldar Piriyev, filologiya üzrə elmlər doktoru Sərdar Zeynal, filologiya üzrə fəlsəfə
doktoru Sevda Sadıqova və Afaq Məmmədovadır.
İkicildliyin birinci cildində Azərbaycan ədəbi dilinin tarixi dövrlər üzrə təhlil olunur. Dövrlərin müəyyənləşdirilməsində dilxarici hadisələr də nəzərə alınmaqla, dildaxili faktlara, üslubların yaranma və inkişafına, normanın
tarixi təkamülünə
xüsusi diqqət yetirilir.
İkinci cild isə akademikin
Türkologiya sahəsindəki
irihəcmli araşdırmalarını
özündə cəmləşdirir.
Kitaba
"Orxon dastanlarının
şeir sənətkarlığı",
Mikayıl Baştunun
"Şan qızı
dastanı", Cəmaləddin
İbn Mühənnanın
"Hilyətül-insan və
həlbətül-lisan" əsərləri haqqındakı
yazılar, habelə müəllifin ən son monoqrafiyalarından olan
"Türklər üçün
ortaq ünsiyyət dili" daxil edilib.
ŞAHANƏ
525-ci qəzet.-2017.-5 dekabr.-S.7.