"Cəngi"
etno-caz qrupu Fransada konsert verdi
Dekabrın 2-də Fransanın Uaz departamentinin Silly-Thillard şəhərində "Cəngi"
etno-caz qrupunun iştirakı ilə Azərbaycan etno-caz musiqisindən ibarət konsert keçirilib.
Azərbaycanın Fransadakı səfirliyinin
dəstəyi, Azərbaycanın
Dostları Assosiasiyası
(ADA) və Xərçəngə
qarşı Liqanın
Uaz bürosunun təşkilatçılığı ilə
keçirilən konsert
xərçəng xəstəliyinə
qarşı mübarizə
edən liqaya yardım üçün
xeyriyyə məqsədilə
həyata keçirilib.
Tədbiri giriş sözü ilə açan Silly-Thillard şəhərinin
meri Jan Vertadye konsertin təşkilatçılarına,
xüsusən də,
ADA-ya belə gözəl təşəbbüs
üçün təşəkkürünü
bildirib.
ADA-nın prezidenti
Jan Fransua Mansel söz alaraq ilk öncə assosiasiyanın
fəaliyyəti və
həyata keçirilən
layihələri haqqında
danışıb. O, ölkəmiz
barədə tamaşaçılara
məlumat verərək
onun qədim tarixə və mədəniyyətə malik
olduğunu deyib. J.F.Marsel, həmçinin,
Azərbaycanın Ermənistanla
uzun illər davam edib, həllini
tapa bilməyən Qarabağ münaqişəsi,
ölkənin 20 faiz torpaqlarının işğal
altında olması barədə tamaşaçıları
məlumatlandırıb, qeyd
edib ki, bu kimi layihələr
Azərbaycan musiqisini Fransada təbliğ etməklə yanaşı,
azərbaycanlıların qədim
və zəngin mədəni irsə malik olduqlarını sübut edir. O, Azərbaycan musiqisini Avropada təbliğ etmək üçün etno-caz layihəsinin maraqlı seçim olduğunu bildirib.
Daha sonra ADA-nın
baş katibi Mirvari Fətəliyeva Azərbaycan musiqisi və Cəngi qrupu haqqında məlumat verib. O, Muğam sənətinin çox qədim köklərə malik olduğunu, muğamın
UNESCO-nun qeyri-maddi mədəni
İrs üzrə Reprezentativ siyahısına
daxil edildiyini bildirib.
1992-ci ildə məşhur
caz ustası və bəstəkar Rafiq Babayevin yaratdığı "Cəngi"
qrupu, 2002-ci ildən etibarən Əməkdar
artist Mircavad Cəfərovun
rəhbərliyi ilə
fəaliyyət göstərir. Mircavad Cəfərov
(ud), Mircavid Cəfərov (tar), İsgəndər
Ələsgərov (zərb
alətləri) Vasif Hüseynzadə (piano), Ruslan
Hüseynov (bas gitara) kimi istedadlı musiqiçilərdən ibarət
olan "Cəngi"
qrupu, geniş kolorotli repertuarları ilə tamaşaçıların
böyük rəğbətini
qazanıblar.
Qrup müxtəlif
beynəlxalq festivallarda
iştirakı ilə
Azərbaycanın milli
sərvəti olan Muğam və caz janrını sintez edərək onu yeni çalarlarla,
özünəməxsus impovizasiyalarla
musiqisevərlərə çatdırır.
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2017.- 7 dekabr.- S.7.