Vaqifin 300 illik yubileyi Milli Dram Teatrında qeyd olundu
Molla Pənah
Vaqifin 300 illiyi münasibətilə dekabrın
7-də Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrında yubiley tədbiri keçirilib.
Mədəniyyət və Turizm, Təhsil nazirlikləri, eləcə
də Azərbaycan Milli Elmlər Akademiyası və Yazıçılar Birliyinin
birgə təşkilatçılığı
ilə gerçəkləşən
tədbirdə respublikanın
tanınmış elm, mədəniyyət
və incəsənət
xadimləri, habelə
dövlət rəsmiləri
iştirak ediblər.
Əvvəlcə qonaqlar M.P.Vaqifin
əsərlərindən, habelə
şairin həyat və yaradıcılığına
həsr olunmuş kitablardan ibarət sərgi ilə tanış olublar.
Mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev yubiley mərasimində çıxış
edərək M.P.Vaqifin
ədəbiyyatımıza verdiyi töhfələrdən
söz açıb:
“Dövlətimiz tərəfindən,
tanınmış şəxsiyyətlərin
yubileylərinin yüksək
səviyyədə qeyd
edilməsi, əsərlərinin
nəşri və təbliği uzun illərdir ki, ənənə halını
alıb. Molla Pənah Vaqifin
də yubileyinin qeyd edilməsi təkcə ölkəmizlə
məhdudlaşmır, demək
olar ki, bütün türk dünyasında bununla bağlı silsilə tədbirlər keçirilib.
Akademik Nizami Cəfərovun şairin həyat və yaradıcılığından bəhs edən “Molla Pənah Vaqif”, Milli Kitabxananın
hazırladığı “Molla
Pənah Vaqif” biblioqrafiyası Nazirliyin,
“Molla Pənah Vaqif dünya dillərində” kitabı
isə TÜRKSOY-un dəstəyi
ilə nəşr edilib. Ulu Öndər Heydər
Əliyevin zəngin Azərbaycan ədəbiyyatının
inkişafına və
onun görkəmli nümayəndələrinin dünyada
tanınmasına göstərdiyi
diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilir. Molla Pənah Vaqifin 300 illik yubileyinin qeyd olunması da bu siyasətin
bariz nümunəsidir”.
TÜRKSOY-un baş katibi
Düsen Kaseinov rəhbəri olduğu qurumun görkəmli şairə həsr etdiyi tədbirlərdən
söz açaraq deyib ki, TÜRKSOY “Molla Pənah Vaqif İli” çərçivəsində çoxsaylı tədbirlər
keçirib, elmi-konfranslar
təşkil edib. Dekabrın 22-də isə Şimali Kiprdə Vaqiflə bağlı tədbirin təşkili nəzərdə
tutulur.
Kabardin-Balkar Respublikasının Yazıçılar
İttifaqının sədri
Mütəllib Behbayev
Vaqif şeirlərinin
fəlsəfi məzmunu,
yazı dilindəki rəvanlıq, onun siyasi və dövlət işlərindəki
tarixi fəaliyyətini
yüksək qiymətləndirib.
Tədbir tanınmış ifaçılar
tərəfindən təqdim
olunan konsert proqramı ilə davam edib.
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2017.- 9 dekabr.- S.7.