Misir Mərdanovun yeni kitabı

 

264 SƏHİFƏDƏN İBARƏT KİTAB GÖRKƏMLİ ALİM, PROFESSOR QOŞQAR ƏHMƏDOVUN HƏYAT VƏ YARADICILIĞINA HƏSR OLUNUB

 

Bugünlərdə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat Mexanika İnstitutunun direktoru, professor Misir MərdanovunMüəllimim Qoşqar Əhmədovadlı kitabı çap olunub.

 

264 səhifədən ibarət kitab görkəmli alim, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Qoşqar Əhmədovun həyat elmi yaradıcılığına həsr edilib.

 

Kitabdan elm təhsil tarixi, xüsusən Azərbaycanın ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin ölkədə riyaziyyatın tarixi ilə məşğul olan mütəxəssislər istifadə edə bilərlər.

 

Kitabın ön sözündə Misir Mərdanov bildirib ki, hər bir xalqın yaddaşında o xalqın tarixini, elmini, ədəbiyyatını, mənəviyyatını təmsil edən görkəmli şəxslər olmuşdur. Azərbaycan xalqı da məhz belə bir xalqdır. Zaman-zaman öz milli məfkurəsini, amalını xalqının rifahına, onun elminin, təhsilinin, mədəniyyətinin inkişafına həsr edən, millət, vətən sevgisi ilə alışıb-yanan vətəndaşlar yetirən əzəmətli bir xalq: “Əgər xalqımızın tarixini vərəqləsək, müxtəlif vaxtlarda belə mütəfəkkirlərin yetişdiyinin ardıcıllarını yetirdiklərinin şahidi olarıq. Belə insanlarla yaşanan dəqiqələr sənə bir ömür boyu bəs edir, onların şəxsiyyəti, mənəviyyatı, əməlləri sənə örnək olur. Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, sözün əsl mənasında, böyük müəllim, alicənab, humanist, müdrik xeyirxah insan Qoşqar Əhmədov xalqımızın yetirdiyi belə şəxslərdən biridir. Dəyərli oxucularıma təqdim olunan bu kitab Qoşqar Əhmədovun qısa, lakin dərin məzmunlu həyat yoluna həsr olunub”.

 

M.Mərdanovun sözlərinə görə, kitab ön söz, Qoşqar Əhmədovun həyat fəaliyyətinə həsr olmuş 17 bölmədən, ad göstəricisindən, istifadə olunan ədəbiyyatdan ibarətdir. Bölmədən-bölməyə adladıqca oxucu Qoşqar müəllimin həyat yoluna nəzər salacaq, sanki onunla birgə addımlayaraq riyaziyyat elminin inkişafında məhsuldar fəaliyyətinin, gərgin zəhmətinin, irəliləyişlərinin şahidi olacaq: “Düşünürəm ki, kitab həyatda istər elm sahəsində, istərsə uğur pilləsində özünəməxsus yer tutmaq istəyənlər üçün bir həyat dərsi olacaq. Birinci bölmə Qoşqar Əhmədovun doğulub böyüdüyü Gədəbəy rayonu, onu yetirən mühit şərait, səkkiz uşaq boya-başa çatdırmış valideynləri - atası, dövrünün tanınmış ziyalısı, əməkdar müəllm, Qırmızı Əmək bayrağı ordenli Teymur Əhmədli, anası Yetər xanım, onların müxtəlif ixtisaslar üzrə elmin zirvələrini fəth etmiş alim övladları haqqında oxucuya ətraflı məlumat verir. Hesab edirəm ki, ucqar dağ rayonunda yaşayan bir ailənin altı övladının alim olması, yiyələndikləri elm sahəsinə töhfələr verməsi hamıya örnək ola bilər. İkinci bölmə Qoşqar Əhmədovun təhsil illəri haqqında zəngin məlumat verir. Burada onun ilk natamam orta təhsili, Bakı İnternasional Pedaqoji Texnikumunda Azərbaycan Dövlət Universitetində aldığı ali təhsil, layiq görüldüyü təqaüd, elmi-tədqiqat işlərinə marağının oyanmasında əvəzsiz xidmətləri olmuş müəllimi, fizika-riyaziyyat fakültəsinin dekanı Mikayıl Xıdırzadə haqqında məlumat verir. Üçüncü bölmə Qoşqar Əhmədovu təkcə tələbə kimi deyil, eyni zamanda, Vətənini odlu məhəbbətlə sevən, onun yad tapdağından azad olunması uğrunda canını əsirgəməyən alovlu vətənpərvər kimi təqdim edir. Dördüncü bölmədə oxucu Qoşqar müəllimin elmi-pedaqoji fəaliyyəti, namizədlik dissertasiyasının qısa məzmunu, Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin dekanı kimi fəaliyyəti haqqında faktlara əsaslanmış məlumatlarla tanış ola bilər”.

 

Professor qeyd edib ki, beşinci bölmə Qoşqar Əhmədovun doktorluq dissertasiyası, onun 1955-ci ildə Moskva Dövlət Universitetinə doktoranturaya göndərilməsi haqqında arxiv sənədləri, doktorluq dissertasiyasının məzmunu, elmi məsləhətçiləri haqqında geniş məlumatı özündə əks etdirir. Bölmədə dissertasiyanın avtoreferatının surəti də verilib.

 

Altıncı bölmə Qoşqar Əhmədovun Azərbaycan Dövlət Universitetindəki elmi-təşkilati fəaliyyətinə həsr olunub. Bu bölmədə onunDiferensialinteqral tənliklər” kafedrasının müdiri kimi fəaliyyəti, ilk yetirmələri, ikinci dəfə mexanika-riyaziyyat fakültəsinin dekanı vəzifəsində çalışması haqqında ətraflı məlumat verilir. Yeddinci bölmə Qoşqar Əhmədovun ailə həyatına həsr olunub. Səkkizinci bölmə Qoşqar Əhmədovun Orta Asiya və Qazaxıstan Respublikalarında elmi-pedoqoji fəaliyyətinə həsr edilib. Bu bölmədə Qoşqar müəllimin 1960-cı ildən başlayaraq ömrünün sonuna qədər Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistanın ali məktəblərində silsilə mühazirələr oxuması, həmin ölkələrdə keçirilmiş beynəlxalq konfranslarda məruzələrlə çıxış etməsi, bu ölkələrdə onun yetirmələrinin 20 nəfərinin namizədlik (riyaziyyat üzrə fəlsəfə doktorluğu) dissertasiyası müdafiə etməsi barədə ətraflı məlumat verilir. Doqquzuncu bölmə Qoşqar Əhmədovun anadan olmasının 50 illik yubileyinə həsr edilib. Həmin bölmədə bu böyük alimin 50 illik yubileyinin böyük təntənə ilə keçirilməsi arxiv materiallarında da öz əksini tapır. Onuncu bölmə Qoşqar Əhmədov Azərbaycanda - “Optimal idarəetmə” məktəbinin banisi olduğunu faktlarla sübuta yetirir. On birinci bölmə Qoşqar Əhmədovu təkcə alim, müəllim, riyaziyyatçı kimi deyil, eyni zamanda, yüksək insani keyfiyyətlərini, zəngin daxili mənəviyyatını bariz şəkildə əks etdirir. On ikinci bölmə bu böyük insanın dəfn mərasiminə, on üçüncü bölmə Qoşqar Əhmədovun 80, 90, 95 illik yubiley tədbirlərinə, on dördüncü bölmə onun elmi-pedaqoji irsinin davamına həsr edilib. On beşinci bölmədə isə elmi əsərlərinin, on altıncı bölmədə yetirmələrinin, on yeddinci bölmədə opponenti olduğu dissertasiyaların adlı siyahısı verilib: “Kitabın sonunda ad göstəricisi verilib. Burada Qoşqar müəllimin buya digər formada əlaqədə olduğu 300-dən çox şəxsin adları əks olunub. Oxuculara təqdim olunan bu kitabda professor Qoşqar Əhmədovla əlaqədar 112 tarixi foto-şəkil öz əksini tapıb”.

 

S.QARAYEVA

 

525-ci qəzet  2017.- 9 dekabr.- S.6.