Heydər Əliyev AMEA-nın Rəyasət
Heyətində anıldı
Dünən Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) Rəyasət Heyətində
Ümummilli lider Heydər Əliyevin vəfatının 14-cü ildönümü
münasibətilə tədbir
keçirilib.
Tədbirdə Ulu öndərin Azərbaycan dövləti
və xalqı qarşısında xidmətlərindən,
ölkənin inkişafına
göstərdiyi diqqət
və qayğıdan danışılıb.
Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açıb. AMEA rəhbəri
tarixə ekskurs edərək ulu öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
1969-cu ilin avqust plenumundakı çıxışını
xatırlayıb: "Heydər
Əliyevin plenumda qaldırdığı məsələlər,
çıxışı zamanı
söylədiyi fikirlər
onun strategiyasını,
uzaqgörənliyini o vaxtdan
müəyyənləşdirdi, həmin plenumda Azərbaycanın bugünkü
inkişafının təməli
qoyuldu".
Neftlə bağlı, Ümummilli lider Heydər Əliyevin iştirak etdiyi iclaslara Geologiya İnstitutunun direktoru kimi qatıldığını xatırladan
A.Əlizadə hələ
o zamanlar Ulu öndər tərəfindən
Azərbaycan neftinin idarəedilməsinə dair
səsləndirilən fikirlərin
düşünülmüş addım olduğunu bildirib. Alimlərimizin zəhmətini yüksək
qiymətləndirən mərhum
liderimizin elmə göstərdiyi diqqət və qayğıdan danışan akademik Azərbaycan Milli Elmlər Akademiyası və elmin inkişafında
Ulu öndərin xidmətlərindən söz
açıb.
Anım
tədbirində AMEA-nın
vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək
azərbaycançılıq ideologiyasının, bu konseptual vəzifənin məhz Ümummilli lider Heydər Əliyevin adıyla bağlı olduğunu qeyd edib, azərbaycançılığın
milli ideyadan dövlət ideologiyası
səviyyəsinə qaldırılmasının
onun əvəzsiz xidmətlərindən olduğunu
bildirib.
AMEA-nın vitse-prezidenti mərhum liderin xidmətləri və qayğısı sayəsində
xalq tarixinə, milli adət-ənənələrimizə
sadiq nümunələrin
meydana gəldiyini, yeni məktəblərin formalaşdığını, dünya azərbaycanlıları
anlayışının yarandığını
və eyniadlı qurultayın keçirildiyini,
Azərbaycan dilinin qorunması və təkmilləşdirilməsinə başlanıldığını, milli dövlətçiliyimizə
göstərilən qayğının
bariz nümunəsi olaraq Azərbaycan ədiblərinə verilən
qiymətin dəyişdiyini
vurğulayıb.
Sonra Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin
sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov "Heydər Əliyev və Yeni Azərbaycan Partiyası", Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Heydər Əliyev və İslam həmrəyliyi" mövzusunda
məruzəylə çıxış
ediblər. Görkəmli dövlət xadimimizin
dünyanın hər
yerində anılan bir şəxsiyyət olduğunu deyən M.Qurbanlı Ulu öndərin anım gününün bir çox ölkədə qeyd edildiyini bildirib.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.-2017.-12 dekabr.-S.5.