Yarpaq tökümüyaxud düşüncələrim...

 

İmamverdi İSMAYILOV

 

Hər dua sənin xilasın üçün deyil...

 

Hər yaş hər baş ağsaqqallıq deyil

 

Yel bərəkətdir, yelin ...

 

Bada verənin özü bada gedəcək...

 

Başqasının qazanını öz qaşığınla qarışdırma

 

Qisas - zaman bilmir, fürsƏt gözləyir

 

Dostluqda hər nöqtəyə atəş açmaq zərərlidir...

 

Bütün sərvətin Ağlındadır...

 

Yalın dalı gəlməyəndə qudurğanlıq gəlir...

 

Ruzi çıxanda şükranlıq et!..

 

Yolçunun da qibləsi var, yolun da...

 

Narahat adam yatanda da ayıq yatar

 

Əkdiyin nədisə - barı da o olacaq...

 

Sənətin varsa heç, bəs dəyəri nədir?!

 

Hər ətəkdən tutmazlar...

 

Biçənəyin yoxdursa, iti kərənti nəyinə lazım?!

 

Əlindəki silah - təkcə qorunmağın üçün deyil...

 

Ölüm var ki, nəslin sonun gətirir...

 

Ucalanın kiçilməyi böyüklük əlamətidir

 

Varın qüdrəti var, zərbəsi ...

 

Yuxular haradan qaynaqlanır görəsən?!

 

Allah yolunu aşmış bəndəsinə hər dəfə bir cür xəbərdarlıq edir

 

Əlindən çıxıb uçan quş daha sənin deyil...

 

Ərkin çatırsa, qədərini bil...

 

Sevgi qanadlarında hər insan öz ağlına yiyəlik edə bilmir

 

HünƏrin şəraiti olmasa - ziyan gətirər

 

QƏlbin   sulanmasa, quruyar

 

Bilməyin hələ gec deyil...

 

Bəlanı balaya verməzlər, ya Rəbb!..

 

Ürək yanğısını hansı məlhəm sağalda bilər?!

 

Qulağının dalını qaşımaq ayrı şeydir, qulağının dalını görmək ayrı bir şey...

 

Adamın adamı himayəsi üçündür, qudurması üçün yox

 

Hər alqış, hər dua sənin ömür evinə bir kərpicdir

 

SƏrvƏt - barmaq hesabına çıxdısa, sayın da itirir, sanın da...

 

DilindƏ "yox" kəlməsi bitənin evində quraqlıq olacaq

 

Ya qısılmış əl, ya kəsilmiş!..

 

Qudurğanlıq zatdan gəlir, sonradan qazanılmır...

 

Dualı qəlb açıqdır

 

SƏrvƏtin çoxaldıqca, bölüşdüklərin çoxalacaq, didişdirənlərin ...

 

Hər qazanın öz çömçəsi var...

 

Yuxularda səfalı təzadlı həyat yaşayıb qəflətən ayılırsan ... bu əzablı, məşəqqətli taleyin köhnə qaydada olduğunu görüb, təzədən o yuxulara qayıda bilmirsən...

 

QƏddarlıq - bütün cinayətlərə yol açar

 

Ölümü gözləməklə o, gələn deyil

 

Evin özülü çat versə, əlac tapılar, ailənin içi çat versə, bünövrə çökəcək...

 

Əlini göyə qaldırmaqla dua hasil olmur, özünü əməlini qaldır

 

Dünyanın bütün canlıları bir-birini didir, hegemonluq edir, qidalandırır, yeyir, öldürür - insanlar da bax eləcə...

 

Ölüm ayağında insanın bütün əzaları dayanır, təkcə gözlər açıq qalır, onu da yanındakılar bağlayacaq...

 

Həyatın fəsilləri qarşısında hər insan tab gətirə bilmir

 

Yerişin   duruşundan asılıdıraBöyründən ötüb keçdiyin gün - sabah sənin arxivin tarixindir

 

Vərdişli ağız boş qalan kimi əyiləcək

 

Əldən tutmaq ayrı işdir, ayaqdan tutmaq ayrı

 

Bir an ayaq saxla: bu işi, bu yükü, bu adı qaldırmağa dəyərmi?!

 

Elə yaz ki, pozmayasan elə yaz ki, poza da biləsən!

 

Geriyə gələn yolun hanı?!

 

Həyat tərzin - yaşam düsturunu sən müəyyənləşdirmirsən.

 

Üzün nuru, gözün işığı-ürəkdən qidalanır

 

Əsas qəlbinin saflığı olsun, tez-tez gərəyin olacaq

 

Bu yağış sularını göydən nura döndərib göndərən kimdir, bu bulaq sularını yerdən təmizləyib torpağın üzünə çıxaran kim?

 

Səni götürüb aparan da qəlbindəki istəklərdir...

 

Fikrini yarımçıq saxlayan, özünü ac saxlayacaq

 

İnsanın bütün kəşfləri təbiətin üzərində qurulub

 

Fikri qarışıq, dağınıq adamın işləri sabun köpüyü kimi olur...

 

Yaradılan hər bir şeyin yaradanı var

 

Oturub yeyirlər, uzanıb yatırlar, qalxıb gedirlər - bunlar yaşam ritmləridir, qarışdırma...

 

Nədənsə, mənə elə gəlir ki, fəsillərin ən yetimi payızdır...

 

Ayıbı gedəndə gör, qayıdanda yox...

 

Məhvərindən çıxan təbiət qəzəbə gəlib dünyanı məhvərindən çıxarar...

 

MeyvƏlƏr - sanki fəsillərin "mənzil növbəsinə" durublar...

 

Atını cilovu əlində olanda coşdur...

 

Bir qismət çörək bəzən insanın başına çox bəlalar açar...

 

Ölüm ayağında ayağının altında kimdir duran - bax, budur son qazancın...

 

Nazını çəksələr yaxşıdır...

 

Ürəkdən gəlmirsə - çörəyi olmayacaq, xeyri ...

 

Hər bir hərəkətində "dayanacaqlar" da olmalıdır

 

BƏdbƏxtlik bir qapını tanıdısa - birə kimi daraşacaq

 

Ağacları əsdirən küləklərdir, bəs səni əsdirən nədir - içindəki qorxu küləkləri?!

 

Bütün münasibətlər rənglər kimidir - seçib dəyərləndirmək lazımdır

 

Hər əməl bir vərdiş yaradar ... geriyə qayıtmağı çox çətin olar...

 

Sənin kimi ola bilməyən səni "həzm" edə bilməyəcək...

 

Pislik yalnız bir rəngdə olur

 

Südü olan bütün canlılar hörmətə layiqdir

 

İntizar üzücü olar

 

Hər Xalda bir sirr yatır...

 

Qonşuluq - həm sənin hesabatın, məsuliyyətindir, bilirsənmi?!

 

Ömür daim irəliyə gedir, arxaya qayıtmır, arxada yalnız əməllərin qalır

 

Şan-şöhrƏtİ qazanmaq çox çətindir, itirmək isə çox asan

 

İçindəki səsləri dinlə, sonra səsləndir

 

Hər qazanın qapağın açmazlar...

 

İçin korluğu rəzalətdir...

 

Allaha dualar tək dilinlə yetişməz...

 

525-ci qəzet.-2017.-13 dekabr.-S.6.