Mübarək!
Oqtay Rzanın şeiri
Yazıçı-dramaturq İmir
Məmmədliyə
Efirdən yayılan xəbər
xoş, yeni,
Sıxır məngənə tək
yadı, xaini!
Gəlin,
alqışlayaq İctimaini
İmir
Məmmədlinin yubileyində!
Nə yersiz kükrəyək, nə vaxtsız coşaq,
Haqq sözü
söyləyək, qəlbən
danışaq.
Xəyalən keçilməz sərhədlər
aşaq
İmir
Məmmədlinin yubileyində!
Qabaqda yaşının hələ
yüzü var,
Gürcü dilində də
ürək sözü
var;
Ay ellər, nə yaxşı özü. Özü var,
İmir
Məmmədlinin yubileyində!
Kaş ki, üzümüzə dövran güləydi-
Ərdəbil, Borçalı, Dərbənd
gələydi,
Üçü də "mübarək!"
deyə biləydi
İmir
Məmmədlinin yubileyində!
Layiqli övladdır Azərbaycana,
Adı əks etdirir dəyərli məna!
Bütövlük yazarı söyləyək
ona-
İmir
Məmmədlinin yubileyində!
525-ci qəzet.-2017.-13
dekabr.-S.8.