Milli Kitabxanada Hindistan səfiri ilə görüş olub
Dünən Hindistanın ölkəmizdəki
səfiri Sancay Rana Azərbaycan Milli Kitabxanasını ziyarət edib. Milli Kitabxananın
direktoru Kərim Tahirov qonağı salamlayaraq, bu sahə üzrə əməkdaşlıq haqqında
fikirlərini bölüşmüş,
Hindistan Milli Kitabxanası ilə əlaqələrin vacibliyindən
danışıb.
Səfir Milli Kitabxanada olmaqdan məmnunluğunu bildirib, Azərbaycan və Hindistan arasındakı əlaqələrdən
danışıb və
Atəşgah məbədinin
ortaq mədəniyyətə
sahib olduğumuzu göstərdiyini
qeyd edib. Qonaq öz
ölkəsinin tarixi,
coğrafiyası, mədəniyyəti
ilə bağlı nəşrlərdən Milli
Kitabxanaya hədiyyə
edəcəyini və
Milli Kitabxanada Hindistana dair ədəbiyyatın daha da zənginləşdirilməsinə
çalışacağını bildirib. O, Hindistanda fəaliyyət göstərən
Müəllimlərin Tədris
və Araşdırma
Milli Texniki İnstitutu barəsində
məlumat verib, Milli Kitabxananın işçilərini də
həmin kurslarda iştiraka dəvət edib. Səfir böyük hind ədibi
Rabindranat Taqorun 150 illiyilə əlaqədar nəşr olunmuş kitabı Milli Kitabxanaya hədiyyə verib. K.Tahirov isə "Milli
Kitabxana. Fotoalbom" (Azərbaycan, rus və ingilis dillərində), "Azərbaycan
musiqi alətləri"
(Azərbaycan və ingilis dillərində) kitablarını və Azərbaycan xəritəsini
qonağa bağışlayıb.
Daha sonra səfir Milli Kitabxananın nəzdində fəaliyyət
göstərən "Açıq
kitabxana" ilə tanış olub, bu təcrübənin çox kreativ bir layihə olduğunu xüsusi vurğulayaraq, "Xatirə
kitabı"na ürək
sözlərini yazıb.
ŞAHANƏ
525-ci qəzet 2017.- 14 dekabr.- S.2.