"Heydər Əliyev: Şəxsiyyət
və zaman" Moskvada
təqdim olundu
ELMİRA AXUNDOVA:
"ƏSƏRDƏ HEYDƏR ƏLİYEV HAQQINDA BU
GÜNƏ QƏDƏR MƏLUM OLMAYAN FAKTLAR TOPLANIB"
Moskvada,
Azərbaycanın Rusiyadakı
səfirliyinin binasında Əməkdar
jurnalist, deputat Elmira Axundovanın "Heydər
Əliyev: Şəxsiyyət
və zaman" üçcildlik roman-tədqiqatının
təqdimatı keçirilib.
Azərbaycanın Rusiyadakı səfiri
Polad Bülbüloğlu
tədbiri açaraq qeyd edib ki,
ənənəyə görə
Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin anım günündə dostları və məsləkdaşları onun
dəfələrlə olduğu
bu səfirliyin binasında toplaşırlar:
"Bu dəfə görkəmli
dövlət xadimi Heydər Əliyevin xatirə günündə
yazıçı-publisist, mərhum dövlət başçısının irsinin
tədqiqinə illərlə
vaxt sərf etmiş Elmira Axundovanın
yeni üçcildliyi
təqdim olunacaq".
P.Bülbüloğlu daha
sonra deyib: "Biz deyəndə ki, Heydər Əliyev müasir Azərbaycanın
memarıdır, bu, həqiqətən belədir.
Ona görə ki, SSRİ dağılandan
sonra insanlar hədsiz təşviş
keçirdiyi, özlərini
çıxılmaz vəziyyətdə
hiss etdiyi bir vaxtda iş elə gətirdi ki, Azərbaycanda hakimiyyətə gələn
insanlar bu hakimiyyətlə necə rəftar etməyi əsla bilmirdilər. Qısa müddətdə ölkə
vətəndaş müharibəsi
həddinə, uçurum
həddinə çatmışdı.
Belə bir vaxtda xalqımız
Heydər Əliyevə
müraciət edərək
onun Bakıya qayıtmasını xahiş
etdi. Müasir Azərbaycanın təşəkkülü Heydər
Əliyevin respublika rəhbərliyinə qayıtdığı
andan başlanır".
Diplomat qeyd edib ki, onun özünün
də bir şəxsiyyət və bəstəkar kimi formalaşmasında H.Əliyev
böyük rol oynayıb: "Mən Heydər Əliyevin hökumətində on il mədəniyyət naziri vəzifəsində işləmişəm.
Bu, böyük məktəbdir, bu məktəb ömrümün
sonuna qədər mənimlə qalacaq.
Heydər Əliyevin sayəsində
Azərbaycanda mədəniyyət
və incəsənət
xadimlərinin bütöv
bir pleyadası yetişib".
Sonra söz alan Elmira Axundova bu genişmiqyaslı
layihənin həyata keçirilməsində göstərilən
dəstəyə görə
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, Heydər Əliyev Fondunun icraçı direktoru, Azərbaycanın
Birinci vitse-prezidentinin
köməkçisi Anar
Ələkbərova təşəkkürünü
bildirib. O qeyd edib ki, "Heydər Əliyev: Şəxsiyyət və zaman" altıcildliyinin bu yeni variantı
xarici ölkələrdəki
oxucular, o cümlədən,
rusiyalı oxucular üçün nəzərdə
tutulub: "Kitabda Heydər Əliyev haqqında bu günə qədər məlum olmayan faktlar toplanıb. Roman arxiv sənədləri və rəsmi sənədlər, Əliyevin
dostları, doğmaları
və məsləkdaşları
ilə yüzlərlə
söhbətin lent yazıları
əsasında qələmə
alınıb. 1991-ci ilin yanvar ayını
xatırlayıram. Naxçıvanda darısqal bir mənzildə əyləşmişdik.
O mənə öz keçmişi barədə,
Mixail Qorbaçov ilə qarşılıqlı
münasibətləri barədə,
SSRİ-nin məhvə
məhkum olması, Azərbaycanın tezliklə
müstəqil olacağı
və bunun üçün bizim hamımızın çalışmalı
olmağımız barədə
danışırdı. Mən Heydər
Əliyevə baxır,
onun dediklərini tam anlaya bilmirdim. O vaxt bəlkə heç kəs güman edə bilməzdi ki, Azərbaycanın sabiq kommunist lideri, Siyasi Büronun üzvü tezliklə bütün dünyanı
heyrətləndirəcək. O, birincilərdən biri olaraq Naxçıvanda sovet hakimiyyətini ləğv edəcək, birinci Azərbaycan Xalq Cümhuriyyətinin himnini və bayrağını qaytaracaq,
Naxçıvanı soyuqdan,
aclıqdan, parçalanmaqdan
və işğaldan xilas edəcək. Üç ildən sonra isə o, xalqın iradəsi ilə Azərbaycanda hakimiyyətə qayıdacaq,
vətəndaş müharibəsinin
qarşısını alacaq,
ölkənin parçalanmasını
dayandıracaq, döyüş
qabiliyyətli ordu yaradacaq, neft kontraktları imzalayacaq və keçmiş İttifaqda birinci olaraq torpaq üzərində
xüsusi mülkiyyət
elan edəcək..."
Rusiya Federasiyası Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski üçcildliyin müəllifi E.Axundovaya bu kitabın ərsəyə gəlməsi üçün çəkdiyi böyük zəhmətə görə təşəkkürünü bildirib. L.Slutski deyib: "Bu, gözəl kitabdır. Bu zaldakı adamların çoxu yəqin ki, "Görkəmli adamların həyatı" seriyasından olan kitabları oxuyublar. Lakin öz dərinliyi ilə fərqlənən bu kitab müasir Azərbaycanın yaradıcısı olan insanın həyatından bəhs edir. Bu gün firavanlaşan, müstəqil, uğurlu Azərbaycanı onun banisi olmuş insandan ayrı təsəvvür etmək mümkün deyil. Azərbaycan məhz bu insanın sayəsində müstəqil dövlət kimi formalaşıb. Belə kitabları oxuyanda başa düşürsən ki, bu sətirlərin müəllifi incə qəlbli bir insan, öz qəhrəmanını çox sevən bir qadındır. Bu, çox sanballı əsərdir. Onu vərəqləmək yox, oxumaq və təsirini Azərbaycanın hüdudlarından uzaqlarda da hiss etdiyimiz böyük şəxsiyyətlə təmasda olmaq lazımdır. İndi onun işini Prezident İlham Əliyev uğurla davam etdirir və Azərbaycan məhz Heydər Əliyevin nəzərdə tutduğu kimi böyük sıçrayış edib. Azərbaycan həm iqtisadiyyatda, həm sosial siyasətdə, həm də başqa ölkələrlə, o cümlədən, Rusiya ilə əməkdaşlıqda mütəmadi inkişaf yolu ilə inamla irəliləyir".
Xatırladaq ki, yazıçı-publisist E. Axundova "Heydər Əliyev: Şəxsiyyət və zaman" altıcildliyinə görə Azərbaycan dövlət mükafatına layiq görülüb.
Kamil HƏMZƏOĞLU
525-ci qəzet 2017.-
14 dekabr.- S.2.