"Hüseyn Cavid yaradıcılığında ideallarmüasir dövr"

 

AMEA RƏYASƏT HEYƏTİNDƏ BÖYÜK ƏDİBİN 135 İLLİYİLƏ BAĞLI BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLİB

 

Dekabrın 13-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətində Humanitar Elmlər Bölməsi, İctimai Elmlər Bölməsi Hüseyn Cavidin Ev Muzeyinin birgə təşkilatçılığı ilə görkəmli şair-dramaturq Hüseyn Cavidin 135 illik yubileyinə həsr edilmiş "Hüseyn Cavid yaradıcılığında ideallar müasir dövr" mövzusunda beynəlxalq elmi konfrans olub.

 

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Rəyasət Heyətinin üzvləri, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, müvafiq elmi müəssisələrin rəhbərləri digər qonaqlar iştirak ediblər.

 

Konfransdan öncə qonaqlar görkəmli şair Hüseyn Cavidin həyat yaradıcılığına həsr olunmuş sərgi ilə tanış olublar.

 

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə Prezident İlham Əliyevin "Böyük Azərbaycan şairi dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamına əsasən təşkil olunduğunu bildirib. Qeyd edib ki, H.Cavidin yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan ibarət olub. Akademik yeni nəslin düşüncəsində, dünyagörüşündə Cavid obrazının canlanmasında, onun müasirimizə çevrilməsində ulu öndər Heydər Əliyevin böyük xidmətləri olduğunu xatırladıb. Ümummilli liderin təşəbbüsü ilə 1982-ci ildə dramaturqun nəşinin Azərbaycana gətirilərək, doğulduğu Naxçıvan torpağında dəfn edilməsinin ədəbiyyatımız, mədəniyyətimiz, xalqımız üçün əlamətdar hadisə olduğunu söyləyib. Ulu öndər Heydər Əliyevin ədibin irsinə daim yüksək dəyər verdiyini deyən akademik bu diqqətin ölkə başçısı İlham Əliyev tərəfindən davam etdirildiyini, görkəmli alimin 135 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsinə dair Sərəncamın H.Cavid irsinə diqqətin göstəricisi olduğunu bildirib.

 

Konfransda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli 

 

"Böyük mütəfəkkir şair Hüseyn Cavid haqqında söz" 

 

mövzusunda məruzə ilə çıxış edib. Dramaturqun həyat yaradıcılığından danışan akademik onun fəaliyyətə şeirlə başladığını, ilk pyesi "Ana" 1910-cu ildə yazdığını bildirib. Qeyd edib ki, 1937-ci ilə kimi 20-dən çox pyes yazan Cavid Azərbaycan ədəbiyyatında mənzum dramın əsasını qoyub. Onun yaradıcılığındakı fəlsəfi tarixi faciələri Azərbaycan dramaturgiyasında yeni mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da təsir göstərib. Akademik sənətkarın ədəbiyyatımızda mühüm rolundan, şair, dramaturq istedadlı pedaqoq kimi yaradıcılığından söz açıb, "İblis", "Peyğəmbər", "Şeyx Sənan" digər əsərləri ilə Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutduğunu vurğulayıb.

 

Akademik qeyd edib ki, Cavid XX əsrdə Azərbaycanda türkçülük məfkurəsini daha yüksək zirvəyə qaldıran böyük ideoloq bu ideyaları ədəbiyyata gətirən dahi şəxsiyyət olub. Hüseyn Cavid irsinin müxtəlif dilə, dini etiqada mədəniyyətə malik insanların çoxmədəniyyətlilik, çoxdillilik, çoxetiqadlılıq şəraitində ahəngdar, birgəyaşayışını bir-birinə münasibətdə xoşrəftarlılığı təlqin etdiyini söyləyən İ.Həbibbəyli vurğulayıb ki, onun yaradıcılığının milli coğrafi hüdudları, məkan zaman çərçivəsi yoxdur.

 

"Fikirdən hazır misrayadək olan yol: düşüncəni bədiiləşdirmək şeirə çevirmənin Cavid tərzi" 

 

mövzusunda məruzə ilə çıxış edən AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov ədibin əsərləri üzərində özünəməxsus xüsusiyyətlərindən danışıb. Qeyd edib ki, böyük Azərbaycan şairi dramaturqunun yaradıcılıq prosesi son dərəcə fərdi, təkrarsız olmaqla yanaşı, həm müəyyən məchulluğa malikdir.

 

R.Hüseynov Cavidin indiyədək araşdırılmamış və nəşr edilməmiş qeyd dəftərləri, qaralamaları əsasında onun fikirlərini şeirə çevirməsi texnologiyasından bəhs edib. Vurğulayıb ki, Hüseyn Cavidin yazacağı şeirin yalnız ideyaca, mənaca deyil, hətta ifadə baxımından necə olacağını əvvəlcədən müəyyənləşdirdiyini həmin əlyazma materialları aşkar nümayiş etdirir. Şeirə keçməzdən əvvəl o, hiss və düşüncələrini nəsrlə yazır, daha sonra isə bu dəqiq cızılmış "yol xəritəsi" əsasında şeirini qurub.

 

Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli 

 

"Hüseyn Cavid klassik irs"

 

mövzusunda məruzə ilə çıxış edib. H.Cavidin Azərbaycan ədəbiyyatının yetişdirdiyi görkəmli şəxsiyyətlərdən biri olduğunu deyən natiq bildirib ki, böyük dramaturqun sənətinin unikallığı Şərq-Qərb ədəbi-mədəni kontekstinin sintezindən ibarət olmasıdır. T.Kərimli vurğulayıb ki, mükəmməl Şərq təhsili alan, Məhəmmədtağı Sidqi kimi böyük bir pedaqoqun təhsil ocağında yetişən, fars dilinə mükəmməl bələd olan, hətta bu dildə bənzərsiz şeirlər yaradan Cavid Qərb mədəniyyətini ədəbiyyatını da kifayət dərəcədə mənimsəyib, çağdaş səviyyəli bir mütəfəkkir-şair-dramaturq kimi formalaşıb.

 

O bildirib ki, Cavidin müraciət etdiyi klassik əsərlər arasında İran şairləri - Əbülqasım Firdovsi, Ömər Xəyyam Fəridəddin Əttar daha çox üstünlük təşkil etsə , bütün bu qaynaqlar ona ancaq forma materialı kimi lazım olub: "Cavidin məzmunca ən çox iki qaynağa - Nizami humanizminə Füzuli məhəbbətinə söykəndiyini görürük. Xüsusən yaradıcılığının ilk dövrlərində məhəbbət mövzusunda yazılmış əsərlərə üstünlük verən ədib böyük Füzulinin layiqli xələfi kimi çıxış edir. Lakin onu da göstərmək lazımdır ki, Füzuli məhəbbətindən fərqli olaraq, Cavid məhəbbəti daha çox vüsala can atan, ayrılıqdan əzab çəkən bir özəlliyə malikdir. Bu da şairin məhəbbətindəki irfani çaları hədsiz dərəcədə azaldır, onu dünyəvi məhəbbətin tərənnümçüsünə çevirir".

 

Elmi konfransda Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu "Hüseyn Cavidin poetik dili", Memarlıq İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə "Hüseyn Cavid obrazı Azərbaycan incəsənətində", filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva "Hüseyn Cavid yaradıcılığında multikulturalizm: Şeyx Sənan Xumar", AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya  üzrə  elmlər doktoru Gülbəniz Babaxanlı "Hüseyn Cavid yaradıcılığında Şərq-Qərb məsələsi", Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Eynulla Mədətli "Heydər Əliyev Hüseyn Cavidin fəlsəfi irsi" mövzulu məruzələrlə çıxış ediblər.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet 2017.- 15 dekabr.- S.4.