Füzuli məktəbliləri Hüseyn Cavidi yad etdilər
Dekabrın 14-də Bakı şəhərində
yerləşən Füzuli
rayonu 56 nömrəli
məktəbdə böyük
Azərbaycan şair və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə məktəbin şagird və müəllim kollektivi, ziyalılar, Cavidsevərlər və
media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü
ilə açan məktəbin direktoru, filologiya üzrə fəlsəfə doktoru Ehtiram Səfərov Hüseyn Cavidin həyat və yaradıcılığından danışıb, onu Azərbaycan ədəbiyyatının
çoxəsrlik tarixinin
ən parlaq simalarından biri kimi xarakterizə edib.
Hüseyn
Cavidin nəşinin Sibirdən Azərbaycana gətirilməsində böyük
xidməti olan, ömrünün 40 ilini Cavid irsinin öyrənilməsinə
sərf etmiş daxili xidmət polkovniki Həmid Cəfərov Cavidin həyatının sürgünlük
dövründən, dünyasını
dəyişməsi səbəbindən
və tarixindən, 35
il öncə şairin nəşinin Uzaq Sibirdən Azərbaycana necə gətirilməsindən ətraflı
söz açıb. Şairin nəşinin Sibirdən Azərbaycana gətirilməsi
prosesinin çətinliyindən
bəhs edən H.Cəfərov Ümummilli
lider Heydər Əliyevin dəstəyi ilə bu çətin
işin öhdəsindən
gəldiklərini vurğulayıb.
Tədbir məktəblilərin ifasında
“İblis” tamaşası
ilə yekunlaşıb.
ŞAHANƏ
525-ci qəzet.-2017.-16 dekabr.-S.12.