Həyatın qədrini bilən insan
Tahir Bünyadov
respublikamızın təcrübəli
mütəxəssislərindən, nüfuzlu ziyalılarındandır. O, 1947-ci ildə
Ağcabədidə dünyaya
göz açıb. Atası Əlaslan Bünyadov adıçəkilən bölgədə,
Qarabağda böyük
hörmət sahibi olan ağsaqqalardan sayılıb.
Əlaslan müəllim kiçik qardaşı Əlinağı
ilə birlikdə İkinci Cahan savaşında 416-cı Taqanroq
diviziyasında alman faşistlərinə qarşı
igidliklə vuruşub. Əlaslan müharibəyə
tək getməsin deyə, anası Əlinağını da ona qoşmaq qərarına gəlib.
Həmin
vaxt Əlinağının
18 yaşı tamam olmayıb. Buna baxmayaraq, ananın istəyi baş tutub. Onlar qanlı döyüşlədə
birlikdə düşmənə
ağır zərbələr
vurublar. Lakin həmin
döyüşlərin birində
Əlinağı qəhrəmancasına
həlak olub. Komandanlıq tərəfindən
o, Sovet İttifaqı
Qəhrəman adına layiq görülsə də, bu barədə SSRİ Ali
Sovetinin fərmanını
nədənsə əldə
etnək mümkün
olmayıb. İgid döyüşçünün
qəbri hazırda Taqanroq şəhərindədir.
Müharibədən sonra
Hüsülü kəndindəki
kolxoz onun adını daşıyıb.
Qəhrəmanın şərəfinə kolxozun həyətində
ucaldılan abidə müstəqillik ikllərində
doğulduğu Salmanbəyli
kəndinə köçürülüb.
Müharibə qurtardıqdan sonra Ağcabədiyə dönən
Əlaslan Bünyadov burada rəhbər vəzifələrdə çalışıb,
məktəb direktoru işləyib. O, böyüdüb,
boya-başa çatdırdığı
5 övladının hamısına
ali təhsil
verib. Ailənin böyük oğlu
Tahir orta məktəbi müvəffəqiyyətlə
bitirərək Azərbaycan
Politexnik İnstitutunun
mexanika fakültəsinə
daxil olub. 1970-ci ildə ali
təhsilini başa vurub, mühəndis-mexanik
ixtisasına yiyələnən
gənc mütəxəssis
təyinatla Bakı Təcrübə-Sınaq Zavoduna
göndərilib. O vaxtlar
keçmiş ittifaq tabeliyində fəaliyyət
göstərən sözügedən
müəssisə SSRİ-nin
ən məşhur elmi-tədqiqat mərkəzlərindən
hesab olunub. İstedadlı gənc burada əvvəlcə mühəndis-texniloq, sonralar
isə birinci kateqoriyalı konstruktor vəzifəsində
çalışıb. Zavodda yaradılmış
hərtərəfli şərait
onun elmi-tədqiqat işlərinə marağını
artırıb. Gənc mühəndis
həmin dövrdə
müəssisədə istehsal
edilən avadanlıq hissələrinin, detalların,
kəsici qurğuların
hazırlanması və
sınaqdan keçirilməsinə
rəhbərlik edib.
Bu sahədə ona zavodda fəaliyyət
göstərən zəngin
kitabxananın böyük
köməyi dəyib.
Kitablardan son mütərəqqi
elmi-texniki yeniliklər
barədə ətraflı
məlumatlar əldə
edən mütəxəssis
istehsalın bütün
sahələrində texnoloji
nasazlıqların aradan
qaldırılması,yüksək keyfiyyətli məhsul buraxılışı ilə
əlaqədar müxtəlif
səmərələşdirici təkliflər irəli sürüb.Yekdilliklə qəbul
edilən həmin təkliflər istehsalın həcminin artmasına, əmək tutumunun azalmasına, maya dəyərinin xeyli aşağı düşməsinə səbəb
olub və zavoda böyük mənfəətlər gətirib.
T.Bünyadovun dediyinə görə, onun təklif etdiyi yenilklər, keçmiş SSRİ-nin digər istehsal müəssisələrində də geniş tətbiq olunub. Bu səmərələşdirici təkliflər zavod rəhbərliyi tərəfindən yüksək dəyərləndirilib, böyük dəstək alıb. Zavodun direktoru E.Prokovets, baş mühəndis Y.Rüstəmov və baş texnoloq N.Neymətov mütəxəssisə bu sahədə lazımı köməkliklər göstəribər. Təsadüfi deyildir ki, Tahir Bünyadovun səmərəliləşdirci təklifləri Moskva şəhərində gənc mütəxəssislərin iştirakı ilə keçiriləcək elmi-praktik konfransa təqdim olunub. Moskva yaxınlığındakı İstra şəhərində fəaliyyət göstərən tədqiqat institutunun elmi şurası tərəfindən həmin materiallar bəyənilib. Beləliklə, gənc azərbaycanlı mütəxəssis 20-25 may 1975-ci il tarixdə keçirilən konfransa dəvət alıb. Sözügedən konfransda SSRİ-nin ayrı-ayrı yerlərindən olan gənc mütəxəssislərin 37 mövzudan ibarət çıxışlarınn tezisləri kitabça şəklində dərc edilib. Tahirin məruzəsinnin tezisləri də həmin kitabçada yer alıb.Tədbirin ikinci günü onun "Texnoloji proseslərin hazırlanması və tətbiqinin əsas prinsipləri" mövzusunda məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb. T.Bünyadov xüsusi diplom və pul mükafatına layiq görülüb.
Bakıya qayıdıb, çalışdığı müəssisədə bir müddət işini davam etdirən gənc, atasının təkidli tələbləri ilə Ağcabədiyə dönmək məcburiyyəti ilə üzləşib. O, rayon avtomobil təmiri zavodunda mühəndis kimi işə başlayıb. Mütəxəssis sözügedən zavodda da bacarıq və qabiliyyətini nümayiş etdirib, bir çox səmərələşdirici təkliflərini həyat keçirməyə nail olub.Tahir müəllim 1977-1995-ci illərdə rayon avtobazasında baş mühəndis, partiya təşkilatı katibi vəzifələrində işləyib. Həmin dövrdə səmərəli fəaliyyəti, xeyirxah xidmətləri sayəsində kollektivdə, eləcə də rayon əhalisi arasında hörmət və nüfuz qazanıb. 1995-ci ildə rayon avtobazarının özəlləşdirilməsi səbəbindən tutduğu vəzifədən azad olunan T.Bünyadov həmin vaxtdan taleyini pedaqoji fəaliyyətlə bağlayıb. Hərtərəfli bilik və qabiliyyətə malik olan ziyalı Odlar Yurdu Universitetində, Ağdam Kənd Təsərrüfatı Texnikumunda, Ağcabədi rayon şahmat uşaq-gənclər məktəbində öz bilik və təcrübəsini gənclərə həvəslə öyrədib. Hazırda təqaüddə olan bu fədakkar insan elmi araşdırılmalarını,tədqiqat işlərini davam etdirir. O, çox sevdiyi həyatın qədrini yaxşı bilir,yaşadığı bir anın belə,hədər getməsini istəmir.Belə olmağı başqalarına da tövsiyə edir. Boş vaxtlarında bədii kitab oxumağı, şahmat oynamağı xoşlayan ziyalı, dövri mətbuatı izləməyi də unutmur. Qəzet və jurnallardan, internetdən müntəzəm yararlanır. Bu cəhətdən onun keçdiyi elm, texnika və təhsillə bağlı mənalı ömr yolu bugünkü gənc nəsil üçün əsil örnək hesab oluna bilər.
Tahir müəllim ədəbiyyata, söz sənətinə bağlı bir insan kimi də tanınır. Klassik və çağdaş ədəbiyyatı geniş mütaliyə edən ziyalı həm də söz xiridarıdır. Ara-sıra bədii yaradıcılığla da məşğul olur. Özünün dediyi kimi, bildiklərini, eşitdiklərini qələmə almaq, müdrikliyi ilə köklənən hiss və duyğularını misralara köçürmək ona zövq verir, könül rahatlığına səbəb olur, həyatını daha da zənginləşdirir.
Yəhya
PAŞAZADƏ
525-ci qəzet $2017.- 19 dekabr.- S.8.