Əjdər Olun oxucuları ilə daha bir görüşü oldu

 

“Azərkitab” Təbliğatı Mərkəzinin təşəbbüsü ilə, tanınmışşair və nasir Əjdər Olun oxucularla görüşü təşkil olunub.

 

“Azərkitab” Kitab Təbliğatı Mərkəzinin layihə rəhbəri Sabir Həsənov tədbirdə çıxış edərək belə görüşlərin keçirilməsinin gənclərimizin maariflənməsi, onların kitaba, mütaliəyə marağının artırılması məqsədi daşıdığını vurğulayıb.S.Həsənov şairin yaradıcılığındakı nailiyyətlərindən danışıb, onun əsərlərinin müasir dövrümüzün tələbləri səviyyəsində olduğunu bildirib.

 

Sonra Əjdər Ol ədəbiyyat və bədii yaradıcılıq haqqında çıxış edib, tədbir iştirakçılarının suallarını cavablandırıb. Ədib xüsusən gənclərin həyatda və yaradıcılıqda qarşılarına qoyduqları məqsədə çatmalarında mütaliənin rolunu ayrıca qeyd edib.

 

ŞAHANƏ

525-ci qəzet  2017.- 19 dekabr .- S.7.