"Türkologiya"
jurnalının növbəti seminarı keçirildi
Dekabrın 15-də "Türkologiya"
jurnalının nəzdində
növbəti beynəlxalq
seminar keçirilib.
Budəfəki seminarın qonağı Rusiya Federasiyası Ural
Federal Universitetinin professoru
leksandr Nesterov idi. Professor A.Nesterov "Türk dünyası və Avropa Birliyi: Qlobollaşan dünyada elmi əlaqələr" mövsuzunda
məruzə ilə çıxış edib.
Seminarda AMEA Dilçilik
İnstitutunun direktoru,
AMEA-nın həqiqi üzvü akademik Möhsün Nağısoylu,
professor Aydın Ələkbərov,
Məsud Mahmudov, institutun kompüter dilçiliyi şöbəsinin
müdiri professor Kamilə
Vəliyeva, direktor müavini Baba Məhərrəmli,
elmi katib Aynel Məşədiyeva, institutun əməkdaşları
Aytəkin Ələkbərova,
Aytən Bəylərova,
Nəzakət Qazıyeva,
Rasim Heydərov, Bakı Dövlət Universiteti Tarix fakültəsinin müəllimləri
Arzu Məmmədova,
Elvira Lətifova,"Türkologiya" jurnalının məsul katibi Elçin İbrahimov və jurnalın əməkdaşları
iştirak ediblər.
Əvvəlcə jurnalın baş redaktor müavini, Dilçilik İnstitutunun
direktoru, AMEA-nın həqiqi üzvü Möhsün Nağısoylu
professor A.Nesterovun elmi
fəaliyyəti və
jurnalın nəzdində
keçirilən seminarın
əhəmiyyəti haqqında
danışıb.
"Türkologiya" jurnalının məsul katibi Elçin İbrahimov çıxışında
seminar haqqında geniş
məlumat verərək
qeyd edib ki, "Türkologiya" jurnalının nəzdində
seminarların keçirilməsi
ideyası jurnalın baş redaktoru, akademik Kamal Abdullayevə məxsusdur. Jurnalın ilk seminarı məhz akademik K.Abdullayevin təşəbbüsü ilə
beynəlxalq məsləhətçilərin
iştirakı ilə
keçirilib və bu ilk addım artıq ənənəyə
çevrilib".
Daha sonra
seminar öz işini
professor A.Nesterovun məruzəsi
ilə davam etdirib. Professor A.Nesterovun siyasət, iqtisadiyyat, tarix və elmlə
bağlı irəli sürdüyü orijinal fikirlər və Avropa Birliyinin türk dünyası ilə münasibətlərinin
bütün aspektlərdə
təhlili iştirakçılarda
böyük maraq oyadıb və mövzu ilə bağlı sualların yaranmasına yol açıb. Professor A.Nesterov
Avropa Birliyinin Azərbaycan, Türkiyə,
Özbəkistan, Qazaxstan,
Türkmənistan və
digər türkdilli ölkələrə münasibəti,
qloballaşma dövrünün
türk dünyasının
mənəvi dəyərlərinə
təsirləri və
bu məsələlərdə
Rusiyanın mövqeyi
ilə bağlı suallara xüsusilə ətraflı cavab verib. Məruzənin sonunda professor A.Nesterov
seminar iştirakçılarına təşəkkürünü bildirərək ölkəmizi
çox sevdiyini və Azərbaycana olan marağının onun tarixini araşdırmağa
sövq etdiyini vurğulayıb.
Seminarın sonunda mövzu ilə əlaqədar müzakirələr aparılıb,
seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək
ki, A. Nesterov həm də "Türkologiya" jurnalı
beynəlxalq redaksiya heyətinin tarix üzrə üzvüdür.
ŞAHANƏ
525-ci qəzet 2017.- 19 dekabr .- S.7.