Yarpaq tökümü
və yaxud düşüncələrim...
İmamverdi İSMAYILOV
"Ya Allah! deməyin
elə ən böyük Duadır...
Ağıl - ətrafın ağıllı
olanda görünər
Acdın
yaralama, yedin paralama
Zərif
güllər dərilmək
üçündür, başı
kəsilmək üçün
yox...
Fərqindəsənmi, gör, sənin gəlişin nəyi dəyişəcək?!
İçindəki azarını səni ağrıdanda tanıyırsan
HƏssaslıq - ömrə bir
baltadır
ÖyünmƏk - layiq olanda yaxşıdır
Atı,
iti və xoruzu Allah-tƏala sahibinə həm də "əcəl zəngi" kimi bəxş edib
Var bölünəndə ar yaddan çıxar
Altındakı atını ürkütmə
Ərinmək, öyünmək, dilənmək,
bölünmək - heç
vaxt şərəf gətirməz
Hər dƏrdin və hər azarın öz sƏsi var
Ailədə də, dostluqda da, cəmiyyətdə də - münasibətləri
eyni kökdə, bir notda saxlamaq
çətindir və
heç mümkün
də deyil...
Adı olmayan əməlin dalınca getməzlər...
İnilti
- təkcə xəstəlikdən
qaynaqlanmır
Ayıq insan "antenası" görəsən, hansı
"sputnikdən" qaynaqlanır?!
"Ver!" deyən, "Vur!" deyən o işin içində deyil...
Hər göz eyni görmür,
hər beyin eyni düşünmür,
hər dil də eyni cür
səslənmir...
Əldən buraxıb, ayaqla
axtarmazlar
Əzablar öz-özünə yaranmır və hər insan da onu çəkə
bilmir
İnsanın "pultu" öz
əlində olmayanda
"dalğalar" qarışar...
Yoxun dili də yoxdur,
sözü də, özü də...
Əlini
uzatsan da, ömrü uzatmayacaqsan
Sakit yatan diriykən ölümə yatır
Torpaq davası, qarın davası və qadın davası - bütün tarixlərdə
əbədi bəladır...
Savaşların məqsədi müxtəlifdir,
rəngi bir...
Gözü açılmayan su
bulaq suyu olsa belə, çirklənəcək və
iylənəcək...
ŞƏlalƏlƏr - dağların
və dünyanın ən təmiz hörükləridir
Ağac
quruyur ki, yana bilsin
və səni də isidə bilsin...
Hər daşdan boylanan bir çiçək bir məlhəmdir
Eləsi
var ki, içinə
girsən, iylənəcəksən,
çölündən baxsan
yaxşıdır
Külək bir səmtinən əyən budağı o
biri səmtinən də düzəldəcək.
Savab işin qapısını
dualar döyər...
Yer var ƏlinlƏ, yer var dilinlƏ!..
Yelinli inəyi
axıracan sağmazlar. Bəs balasına
nə qalsın?!
Canına
qıyana can niyə vermişdin, ya Rəbb?!
Əldən çıxan quyruq heç öz quyruqluğunu boynuna alarmı?!
QƏzƏblƏr müxtəlif mənbədən
qaynaqlanar və hamısı da qorxulu fəsadlar törədər
Yorğunluğu təkcə dizini
yerə qoymaqla almaq olmaz
İy bilən canlını azdırmaq çox müşkül məsələdir
Sevginin qatları çox olar, nifrətinsə həddi...
MeşƏ vahiməsini özü
yaradar...
Dayan, bax! Bilməyərəkdən tapdaladığın yer bəlkə sənin qəbir yerindir?!
Təsadüf qarşına çıxan
xeyrin ziyanı da ola bilər
Baxır
xəbəri kimə çatdırırsan...
Toplayanda
da əzabla, böləndə də...
Hər canlının öz ovu var...
Əl -
tutmaq üçündür
Çoban əmim deyərdi
ki, qoyun dağda ot yeyib
piylənər, aranda da başqa ot
yeyib iyini, piyini əridər
Qəmli
gözlər həmişə
nəmli olar
İnsan
ölənəcən kamını
ala bilmir
Ümidin
ünvanı olmur, yeri olur
Qonşunun iyi gələn
qazanı sənin ki evində qaynamır!?
Hər canlı yediyi otdan süd gətirə bilməz...
Baxır
dilinnən nə çıxır, əlinnən
nə gəlir
Yatdığın yorğanla dava etməzlər
Yüyənini əldən vermiş
atı minəcəklər
QƏhƏr - küsəyən olur, gəldi, gərək boğmayasan. Həm də o, hər
zaman gəlmir. Təbi və ruhu var...
SƏbrin
böyüklüyü sənin
qazancındır...
İnad
eləmə, imdad elə
İnsaf
- tərəzidir, çox
işlərdə gərəyin
olacaq
Münasibətlər xurcun tayı olsa - hər iki tərəfin
xeyrinədir
BƏrabƏrlik - dostluqda çox
gərəklidir
Alın
yazısı - alının
çölündə deyil
ki, hər yoldanötən oxuya bilsin
Bütün canlılar balasının
yanına sovqatla qayıdanda dünya sevincə qərq olar...
Sənə qudurğanlıq gətirən
təzim səni nə tez faş
elədi...
DişlƏri tez-tez sürtməklə
ağzı təmiz saxlamaq olmaz
Bu dünyada sənin sanınla sonun arasında fərq yoxdur - çox bel bağlama...
Qadir İnsan rəhmətinin əvəzində QƏdrin
görəndə ruhu
şad olar
Hər bəd xəbər - qəlbdən bir tel üzəcək...
Gəlişinlə yox, gedişinlə
yadda qalacaqsan
Ölümü vaxtından tez gözləsən - qəlbini
nəfis basacaq
Qəzəbli sözlər nə
sənə, nə də ona xeyir
gətirəcək - soyudun
özünüzü, isidin
özünüzü...
Səni
sıxan toydan, düyündən uzaq ol!
Elə qazanc var ki,
gərəyin olmayacaq
- necə gəlmişdisə,
elə də gedəcək
Ağılsızın qazancı dünyanı fani göstərər
Qarnın aclığı, ya toxluğu insanın duruşuna da təsir edər
Əlindəki, qolundakı yaraları sağaltmaq olmur, dərisi olmayan içindəki yaraları kim sağaldacaq?!
Bu dərd o biri dərdin yolun kəsməyəcək, əksinə, gedib nə vaxtsa bir-birinə qovuşacaqlar...
Boynun yastığa düşəndə, yaxınlarının dönüklüyü səni o dərddən çox yandıracaq...
Ölüm də vaxtını çox keçirəndə - bihörmət olar, səni də urvatsız edər
Gözünü də döymə, özünü də öymə...
Qadir Allahın ətəyindən əməlinlə tut
Su da söz kimidir: yolunu bağlasan, çirklənər... Gedirsənsə - mənzil başınacan içini təmizlə...
Verdiyini unut, aldığını da yaddan çıxartma!
Bağışlamasan - böyüdüb çürüdəcəksən...
Elə ölüm var ki, vaxtından tez gəlir və bəlkə də səni, vaxtından tez ucaltmaq üçün...
Yaxın dostumla hərdən gülüb deyirik ki, işə bir bax, çörəyimizin duzu yoxdur, qapımızdakı it də bizə hürür...
Hər şey qəlbin təmizliyindən qaynaqlanar
TƏbiƏtin heç bir guşəsi xəlvəti məkan deyil, özünü aldatma!..
İçində gəzən dərdin böyründə gəzən məlhəmi də var
Qapıya gələn ölümü heç FƏlƏk də qaytara bilməz
Saralmış yarpaqlara baxma, ağacı çürüdən də, aşıran da gövdəsidir...
525-ci qəzet 2017.- 19 dekabr .- S.6.