"Yusif Vəzir
Çəmənzəminli. Biblioqrafiya"
təqdim olundu
Dekabrın
19-da Milli Kitabxanada XX əsr Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi, yazıçı, alim,
ictimai-siyasi xadim Yusif Vəzir Çəmənzəminlinin
anadan olmasının 130 illik yubileyi ilə əlaqədar tədbir
və Milli Kitabxana tərəfindən
hazırlanmış "Yusif Vəzir
Çəmənzəminli. Biblioqrafiya" kitabının təqdimat
mərasimi keçirilib.
Tədbiri
Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq
qiymətli elmi-nəzəri əsərlərin müəllifi
Y.V.Çəmənzəminlinin
yaradıcılığından qısaca danışaraq tədqiqatçı-alimin folklorda, ədəbiyyatda, bədii
nəsr tarixində xüsusi yeri olduğunu, alimin ədəbi-bədii
irsinin xalq yaradıcılığı ilə sıx
bağlı olduğunu söyləyib.
Mədəniyyət
və Turizm nazirinin birinci müavini Vaqif Əliyev ictimai-siyasi
və mədəniyyət xadimi Y.V.Çəmənzəminlinin
yaradıcılığının zəngin olduğunu
bildirib, onun tariximizin, musiqimizin tədqiqatçısı kimi
mədəniyyətimizə yorulmadan xidmət etdiyini söyləyib.
Filologiya
elmləri doktoru, professor Tofiq Hüseynoğlu, Azərbaycanda
Atatürk Mərkəzinin müdiri, millət vəkili,
akademik Nizami Cəfərov, Azərbaycan
Yazıçılar Birliyinin
katibi İlqar Fəhmi, professor Buludxan Xəlilov, Y.V.Çəmənzəminli
haqqında "Yenə iki od arasında" romanının
müəllifi yazıçı-publisist Elçin Hüseynbəyli
bu vəsaitin yazıçı haqqında ilk fundamental biblioqrafiya olduğunu, vəsaitdə
alimin əsərləri, həyat və
yaradıcılığı, ictimai-siyasi fəaliyyəti
haqqında zəngin material toplandığını, vəsaitin
ədəbiyyatşünas alimlər, tədqiqatçılar
üçün çox faydalı olduğunu vurğulayblar.
Çəmənzəminlinin
ailəsi adından nəvəsi Leyla xanım
çıxış edərək tədbirin keçirilməsi
və biblioqrafiyanın tərtib və nəşr
olunmasına görə Mədəniyyət və Turizm
Nazirliyinə və Milli Kitabxanaya minnətdarlığını
bildirib.
Sonda
tədbir iştirakçıları alimin həyat və
yaradıcılığını özündə əks
etdirən "Yusif Vəzir Çəmənzəminli-130"
adlı geniş kitab sərgisi ilə tanış olublar.
XƏDİCƏ
525-ci qəzet 2017.- 20 dekabr .- S.8.