Qəbələdə vətənpərvər ruhlu Poeziya günü

 

Şahanə MÜŞFİQ

 

Dekabrın 15-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşkilatçılığı Azərbaycan Yazıçılar Birliyinin (AYB) dəstəyi ilə vətənpərvərlik mövzusuna həsr olunmuş "Poeziya günü" keçirildi.

 

Uzun müddətdir sorağını aldığımız, mən bir neçə qələm dostumun da dəvət edildiyi möhtəşəm tədbir Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzində gerçəkləşdi.

 

Düzü, son günə qədər bizi Qəbələdə nəyin gözlədiyi haqqında dəqiq bir fikrim yox idi. Hələ aylar öncədən vətənpərvərlik mövzusunda antologiya hazırlandığını bilirdim, Yazıçılar Birliyinin təşəbbüsü ilə bizim şeirlərimiz həmin antologiyaya daxil edilmişdi, ancaq təqdimatının bu cür nağılvari olacağını düşünməmişdim.

 

Tədbirdən öncə "Poeziya günü"nün ideya müəllifi Aynur Nurlu quruluşçu rejissoru -Azərbaycan Televiziyasının "Mədəniyyət" kanalının bədii rəhbəri Rövnəq Həsənzadə ilə tanış olur, proqramla bağlı təlimatları öyrənirəm. Rövnəq müəllimin tələskənliyi gərginliyi həyəcanından əlavə, gördüyü işə qarşı sonsuz məsuliyyət hissindən xəbər verir. Mən onu bütün diqqətimlə dinləyirəm ki, onsuz da çox işinin arasında bir mənim əlavə suallarıma vaxt ayırmasın.

 

Nəhayət, musiqi sədaları altında tədbirimiz başladı...

 

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində təşkil olunan tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov, Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri, ədəbiyyat mədəniyyət xadimləri, gənc şairlər, həmçinin, Qarabağ müharibəsinin Qəbələdən olan veteranları, ictimaiyyət nümayəndələri jurnalistlər iştirak edirdilər.

 

Mənimlə birgə yeddi qələm dostumun üzərinə isə daha böyük məsuliyyət düşmüşdü: bu cür möhtəşəm tədbirdə, mədəniyyətimizin ictimaiyyətimizin ən önəmli simalarının önündə şeirlərimizi səsləndirmək.

 

"Poeziya günü"nün açılışında Ümummilli lider Heydər Əliyevin Prezident İlham Əliyevin şair yazıçılara diqqət qayğısından, həmçinin, hərbçilərlə görüşlərindən bəhs edən film nümayiş olundu.

 

Filmdən sonra söz Xalq şairi Nəriman Həsənzadəyə verildi. Nəriman müəllim məlahətli səsi təmkinli çıxışı ilə səhnə arxasında həyəcandan tir-tir əsən ürəyimizə sakitlik toxumları səpdi sanki. Azərbaycan ədəbiyyatında vətənpərvərlik mövzusunun bütün zamanlarda aktual olduğunu, müasir dövrümüzdə isə xüsusi önəm daşıdığını diqqətə çatdıran sevimli şairimiz son dövrlər dövlətimiz tərəfindən ədəbiyyata, sözə, poeziyaya göstərilən böyük diqqət qayğıdan məmnunluğunu ifadə etdi.

 

Nəriman müəllim heç zaman pozulmayan ahəstə addımları ilə səhnəni tərk edərkən sözün gənc şairlərə - bizə verildiyini eşitdim.

 

Yeni nəsil şairlər arasında öz dəsti-xətti ilə seçilən Fərid Hüseyn, Gülnar Səma, Lamiyə İsayeva, Zəhra Bədəlbəyli, Alsu Carçılı, Aynur Nurlu, Heyran Hüseynova müharibə mövzusunda, həmçinin, Azərbaycan Qarabağ haqqında şeirlərini səsləndirdilər. Mən isə doğma paytaxtımız, ömrümün bütün illərini qucaqlayan Bakıya həsr etdiyim "Nağıl şəhər" şeirimi oxudum. Mikrofon qarşısında şeirimi oxuyarkən həm böyük salona nəzər yetirdim. Rəngbərəng işıqlarla bəzədilmiş zal həqiqətən nağıllardakı cah-cəlalı xatırladırdı. Deyəsən, Bakının gecələrinə xas ecazkar sehr şeirimin misralarına hoparaq məndən öncə özünü Qəbələyə yetirmişdi.

 

Şairlərin çıxışını daha yaddaqalan təsirli edən nüanslardan biri bizim şeirlərimizi müşayiət edən Azərbaycan bəstəkarlarının musiqilərinin sədaları videogörüntülər idi.

 

Sonra Leyla xanım Əliyeva özünün "Zəhranın xatirəsinə" "Bakı" adlı şeirlərini oxudu. Üzündən təbəssüm əskik olmayan, hər kəsə mehriban təvazökarlıqla yanaşan Leyla xanımın şeirlərini ifa edərkən səsindəki titrəyiş hər kəsi duyğulandırdı. Bakıya olan sonsuz sevgisi, balaca Zəhranın faciəsinə duyduğu iztirab misralarla bərabər səsində əks olunurdu.

 

Proqram çərçivəsində Xalq artisti Zülfiyyə Xanbabayeva, Əməkdar artistlər Fərqanə Alimqızı Sevda Ələkbərzadə, Azərbaycan Milli Konservatoriyasının dosenti, pianoçu Naibə Şahməmmədova, Əməkdar İncəsənət xadimi Faiq Sücəddinov Qəbələ Uşaq Xorunun ifaları da tədbirə bir başqa ab-hava qatdı.

 

Daha sonra çıxış edən şair Ramiz Rövşən bu cür tədbirlərin əhəmiyyətindən söz açdı, şeirlərini səsləndirdi.

 

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin dəstəyi ilə yenicə çapdan çıxmış "Gənc yazarların vətənpərvərlik mövzusunda şeirlər toplusu" da təqdim olundu. Nəfis tərtibatda hazırlanmış, Leyla xanım Əliyevanın, o cümlədən, 47 gənc şairin, ümumilikdə 61 şeirinin yer aldığı kitab iştirakçılara qonaqlara paylanıldı.

 

Tədbirdən sonra Nəriman Həsənzadə, Rəşad Məcid, Xəyal Rza, Baba Vəziroğlu, Qəşəm Nəcəfzadə kimi tanınmış ədəbiyyat adamları gənc şair dostlarımla olan söhbətlərimizdə hər kəsin məmnunluğu hiss edilirdi. Həmin günün ən yaddaqalan anlarından biri isə şeirlərini sevə-sevə oxuduğumuz şair Ramiz Rövşənin növbəti yaş gününü onunla birgə Qəbələnin möhtəşəm Konqres Mərkəsində qeyd etmək, şairin əlini sıxıb ən xoş arzularımızı ona canlı-canlı söyləmək imkanımızın yaranması oldu.

 

Bununla da Qəbələ səfərimizin yekunlaşdığını səhər Bakıya yola düşəcəyimizi düşünsək , SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının biz qonaqlar üçün hazırladığı proqramın bununla yekunlaşmadığını növbəti gün öyrəndik.

 

Qəbələnin sərin bol oksigenli səhərində ilk getdiyimiz məkan Çuxur-Qəbələdə Dövlət Tarix-Bədii Qoruğu ərazisində yerləşən Qəbələ Arxeoloji Mərkəzi oldu.

 

Ərazisi 6150 kvadratmetr olan mərkəzin üçmərtəbəli binası sərgi salonu, arxeoloji fond, bərpa laboratoriyası, konfrans zalı arxeoloqların çalışdığı otaqlardan ibarətdir. Sərgi zalında 2013-cü ildə Səlbir ərazisindən tapılan II-III əsrlərə aid qoşa qəbir, o cümlədən, müxtəlif dövrlərə aid eksponatlar nümayiş olunur.

 

Burada öyrənirik ki, Qəbələnin zəngin tarixinin üzə çıxarılmasında son illər Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının (SEBA) gördüyü işlər mühüm yer tutur. Azərbaycanlı alimlərin koreyalı mütəxəssislərlə birgə apardıqları arxeoloji tədqiqatlar qazıntılar nəticəsində Qəbələ tarixinin açılmamış yeni səhifələri ortaya çıxıb. 2005-ci ildən bəri rayonda aparılan ardıcıl arxeoloji qazıntılar zamanı əldə olunan maddi-mədəniyyət nümunələri SEBA-nın dəstəyi ilə Qəbələ Arxeoloji Mərkəzində saxlanılır.

 

Sonra hamılıqla Səlbir ərazisində tapılan qədim yaşayış məskəninin qalıqları ilə tanış olduq.

 

Mərkəzin foyesində muzey nümayiş olunan bütün eksponatlar bu regionda tapılıb. Onu da öyrəndik ki, yaxınlıqda arxeoloji qazıntılar aparıldığından muzey eksponatları daim yenilənəcəkdir.

 

Mərkəzin ən çətin işi isə laboratoriyada görülür, burada qırıntılar bərpa edilir, təmizlənir, həmçinin, tapılmış obyektlər araşdırılır.

 

Geniş akt zalında bizə Qəbələnin tarixi Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının (SEBA) bu tarixi öyrənmək istiqamətindəki fəaliyyətləri haqqında film nümayiş olundu.

 

Filmdə gördüklərimiz isə Səlbir Qala ərazilərini gəzib, qədim "Kabalaka" şəhərinin qalıqlarının aşkarlandığı ərazilərlə tanış olaraq, əzəmətli Qəbələ qalasına baş çəkdikdən sonra özünün real təsdiqini tapdı.

 

Bələdçimiz Ceyhun Eminli gördüyümüz, qarşılaşdığımız bütün ərazilər, eksponatlar, tarixi məkanlar haqqında geniş zəngin məlumatları ilə bizi üzərində dayandığımız torpaqların bilmədiyimiz, görmədiyimiz çoxəsrlik tarixinə ekskursiyaya çıxardı.

 

Yavaş-yavaş Qəbələ ekskursiyamız yekunlaşır, axşama doğru, bizi gətirən maşınlara minib Bakıya doğru yola çıxdıq. Maşının pəncərəsindən boylanarkən isə bir gün öncə bizi Bakıdan Qəbələyə gətirən bu yol mənə o qədər uzaq görünür ki, sanki kilometrləri deyil, əsrləri geri qayıdıram.

 

Foto: Nofəl ÜMİD

 

525-ci qəzet.-2017.-20 dekabr.-S.7.