Alim zəkası, müəllim ziyası

 

PROFESSOR ASLAN BAYRAMOVUN 70 YAŞINA

 

Sözə bağlı insanları həyatımda çox görmüşəm. Çoxlarının taleyinə sirdaş olub sözün özü. söz qələmdən inciyib, qələm sözdən... Bəzən isə o ilahi "varlığ"ın sehrinə düşərək, düşüncələrini kağız üzərinə köçürür heç özləri bilmədən sözlə birgə ucalırlar. Əlçatmazlığa... Zaman-zaman ömür adlı bu istəkdən doğan arzu kəlmə-kəlmə sözə dönür...

 

O, bir ömür yaşayır. Şərəfli, ləyaqətli alim ömrü. Əslində, alimliklə bərabər həm müəllim ömrü. Enişli, yoxuşlu həyat yollarından keçərək, zirvələr fəth edən ömrünün 70-ci baharını qürurla yaşayan, haqqında söhbət açacağımız dəyərli ziyalılarımızdan biri, Azərbaycan Yazıçılar Jurnalistlər birliklərinin üzvü, Sumqatıt Dövlət Universitetinin professoru, dilimizin folklorumuzun beşiyi başında yorulmaq bilmədən keşik çəkən Aslan Əhmədxan oğlu Bayramovdur. Tanınmış ziyalı haqqında söz demək həm olduqca məsuliyyətli, həm qürurvericidir. Əsl alimin böyüklüyü onun mənəviyyat dünyası ilə intellektual səviyyəsinin vəhdətindədir.

 

Aslan Bayramov 1947-ci ildə Qərbi Azərbaycanın Ağbaba bölgəsinin Təpəköy kəndində anadan olub. 1966-cı ildə həmin kənddə orta məktəbi bitirib. Orta məktəbi bitirdikdən sonra Təpəköy kolxozunda işləyərək, zəhmətdən yoğrulmuş bir həyat yolu keçib. Alimin həyatında keçən əsrin 70-ci illəri çox önəmli rol oynayıb. Belə ki, Aslan müəllim 1972-1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) filologiya fakültəsində təhsil alıb. Qiyabi təhsillə yanaşı, 1972-ci ildən - gənc yaşlarından Təpəköy kənd orta məktəbində Azərbaycan dili ədəbiyyatı müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. Zəhmətsevərlik Aslan müəllimin xarakterinə çevrilib. 1979-cu ildə isə Maarif Nazirliyinin Fəxri Fərmanına layiq görülüb. 80-ci illərdə məzunu olduğu Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) Azərbaycan dilçiliyi kafedrasının təklifi ilə orta məktəbdə müəllim işləyə-işləyə Qərbi Azərbaycanın doqquz rayonunu əhatə edən yer-yurd adlarını, folklor nümunələrini dialekt şivə sözlərini toplamaqla məşğul olub. Belə ki, Aslan müəllim 1988-ci ildə Azərbaycan Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının dissertantı kimi qəbul olunanda artıq onun dissertasiya yazmaq üçün topladıqığı materiallar tələb olunan səviyyədə hazır idi.

 

Tədqiqatçı 1995-ci ildə "Ağbaba, Şörəyel Pəmbək bölgələrinin türk mənşəli toponimləri" mövzusunu uğurla müdafiə edərək, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Qeyd edək ki, alimin 1996-2005-cı illərdəki pedaqoji elmi fəaliyyəti həm Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə bağlı olub. Alim uğurlu tədqiqatlarının davamı kimi 2011-ci ildə "Kitabi-Dədə Qorqud"da adlar Qafqaz ərazisində onların toponimləşməsi" mövzusunda yazdığı doktorluq dissertasiyasını uğurla müdafiə edib. Qeyd edək ki, bu ərəfədə özünün elmi ictimai fəallığı ilə fərqlənən Aslan müəllim "Kitabi- Dədə Qorqud" dastanının 1300 illiyi ilə əlaqədar olaraq, Sumqayıt şəhərində keçirilən elmi-praktik konfransın təşkilatçısı əsas məruzəçisi idi.

 

Görkəmli ziyalının elmi-pedaqoji fəaliyyətində 2000-ci illər uğurlu bir mərhələ təşkil edir. Belə ki, o, 2000-ci ildə yeni təşkil olunmuş Sumqayıt Dövlət Universitetində AMİ-nin Sumqayıt filialında yorulmaq bilmədən elmi-pedaqoji fəaliyyətini davam etdirirdi. Səmərəli elmi- pedaqoji fəaliyyəti ilə başqalarına örnək olan alim 2002-2009-cu illərdə isə Sumqayıt Dövlət Universitetinin Dilçilik kafedrasına rəhbərlik edib. 2002-ci ildən 2014-cü ilədək Filologiya fakültəsinin dekanı işləyib, fakültənin təşkilatlanmasında böyük rolu olub. Xalqımızın sabahı olan gənclərimizə elm təhsil verən təcrübəli pedaqoq görkəmli tədqiqatçı kimi Aslan Bayramov onu əhatə edən elmi cəmiyyət üzvlərinin diqqət mərkəzində dayanıb. Belə ki, 2007-ci ildə "Azərbaycan Respublikasının qabaqcıl Təhsil işçisi" döş nişanı, 2011-ci ildə İrəvan xanlığının tarixi Mədəniyyəti sahəsindəki araşdırmalarına görə Azərbaycan Respublikası Beynəlxalq Diaspor Mərkəzinin Fəxri Diplomu ilə təltif olunmuşdur. 2012-ci ildə isə Sumqayıt Dövlət Universitetinin 50 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüb. Filologiya üzrə elmlər elmlər doktoru, professor Aslan Bayramov bu gün müntəzəm olaraq elmi araşdırmalarını davam etdirir. İran, Türkiyə, Ukrayna, Qazaxıstan Rusiyanın sanballı elmi jurnallarında elmi məqalələri dərc olunub. Alimin 1986-cı ildən bu günə kimi 11 kitabı (dərs vəsaiti, folklor toplusu, monoqrafiya), 200-dən çox elmi-publisistik elmi-metodiki məqalələri çap edilib.

 

Kitablarının hər biri həllivacib, aktual mövzulara həsr olunub. Alimin "Qədim Oğuz ellərinin - Ağbaba, Şörəyel və Pəmbək bölgələrinin yer-yurd adları" (1996), "Oğuz elindən-Ozan dilindən" (2000), "Kitabi-Dədə QorqudQafqaz" (2003), "Kitabi-Dədə Qorqud" toponimləri və Qafqaz" (2007), "Söz ürəkdən gələndə" (2007), "Tarixi faciələrimiz: deportasiya, repressiya və soyqırımı" (2015), "Ağbaba şivəsi sözlüyü" (2015), "Oğuz elinin söz çələngi: Ağbaba folkloru" (2017) və digər kitabları olduqca dəyərli nəşrlərdir. Alimin ilk kitablarından olan "Qədim Oğuz ellərinin - Ağbaba, Şörəyel və Pəmbək bölgələrinin yer adları" əsərində Oğuz ellərinin tarixi coğrafiyası, etnoqrafiyası və dil tarixini əks etdirən toponimlərdən bəhs olunur. "Oğuz elindən, ozan dilindən" kitabında Ağbaba folklorlarından örnəklər vermişdir.

 

Müəllif yuxarıda adları qeyd olunan bölgələri vaxtında qarış-qarış gəzmiş, xalqın yaddaşında həm yaşayan, həm də qismən unudulan yer-yurd adlarını, folklor örnəkləri və şivə sözlərini toplamış, onların elmi- linqivistiketimaloji təhlilini vermişdir. Təsadüfi deyil ki, Ağbaba, Şörəyel və Pəmbək kəndlərindən topladığı xam folklor materiallarını ilk dəfə olaraq 1990-cı ildə "Novruz" və "Vətən həsrəti" qəzetlərində oxuculara təqdim edib.

 

O, Ümummilli Lider Heydər Əliyevin müvafiq sərəncamı ilə əlaqədar olaraq Oğuz türklərinin möhtəşəm tarixi abidəsi "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyi ilə bağlı iki cidlik "Dədə Qorqud" ensiklopediyasının həmmüəlliflərindən biri kimi böyük xidmət göstərib. Bu uğurlarla yanaşı, daima elmi axtarışlarda olan tədqiqatçı alim Aslan Bayramov dövrün Azərbaycan dilçilik elmi qarşısında qoyduğu aktual problemlərin həllində fəal iştirak edir. Aparılan elmi tədqiqatlar zamanı alimin maraq və fəaliyyət dairəsinin genişliyi diqqət çəkir. Adları çəkilən kitablarla yanaşı, alim 40- dan çox kitaba ön söz və rəy yazıb. Qeyd edək ki, görkəmli tədqiqatçı elminin və təcrübəsinin elə bir mərhələsindədir ki, elm aləminə yeni gələn gənc tədqiqatçılara doğru yol göstərməyi özünün müqəddəs borcu hesab edir. Görkəmli alim bu günə kimi 5 nəfər filologiya üzrə fəlsəfə doktoru yetirib. Aslan müəllim əhatəli elmipublisistik fəaliyyəti ilə öz fərdi və orijinal keyfiyyətlərini təsdiq etmiş nüfuzlu alim kimi tanınmaqdadır. Hal-hazırda SDU-nun Folklorşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri işləyən professor Aslan Bayramovun folklorşünaslıq fəaliyyəti bitmir. Azərbaycan türklərinin etnik-tarixi, milli-mənəvi və psixoloji dünyagörüşünün tərkib olan zəngin folklor örnəklərimizin toplanması, tədqiqi və nəşri ilə müntəzəm məşğul olur. Onun rəhbərliyi ilə "Qərbi Azərbaycan folklorunda arxaik janrların inikası", "Onomastik leksikanın və şivə sözlərinin folklor nümunələrində əks olunması" mövzusunda araşdırmalar davam etdirilir.          

 

70 yaşın mübarək, Aslan müəllim! Sizə yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

 

Balakişi İSGƏNDƏROV

Sumqayıt Dövlət Universitetinin əməkdaşı

525-ci qəzet  2017.- 21 dekabr.- S.8.