"Ustad"la daha bir görüş

 

"Hədəf" nəşrlərinin təsis etdiyi ədəbiyyat və sənət dərgisi olan "Ustad"ın 15-ci sayı işıq üzü görüb.

 

Dərgi "Baş redaktordan" başlığı altında Şəmil Sadiqin "İblisin intiqamı" və ikinci dünya müharibəsi" yazısı ilə açılır. Yazını Alxan Bayramoğlunun "A.Surun təşəkkürü və ..." məqaləsi izləyir.

 

"Nəsr" bölməsində Müşfiq Xanın "5.45", Şəfa Vəlinin "Şimşək ana", Fərid Məmmədovun "Sakinlər", Tural İsmayılovun "Saf Əli"nin qayıdışı" hekayələri yer alıb.

 

"Araşdırma" bölməsində Xəyalə Murad "İsveç ədəbiyyatının simvolu - Selma Lagerlöf və ya Ədəbiyyat üzrə Nobel mükafatı alan ilk qadın", Dilqəm Əhməd "Gök Börü"nün işığında", Murad Adcı Təvəkkül Vəliyevin tərcüməsində "İtmiş sərhədlər və ölkələr" yazıları ilə çıxış edirlər.

 

"Resenziya"da Altay Öktemin "Həmişə çılpaq Artur Miller və Merlin Monro", Salidə Şərifovanın "İsa Muğanna yaradıcılığı Azərbaycan ədəbi-nəzəri fikir tarixində" məqalələri çap olunub.

 

İlham Ələkbərlinin "Yoxolmanın cazibədarlığı", Səma Fuadqızının "Büdcəsiz film çəkməyin 7 üsulu" esseləri dərginin "Kino" rubrikasındadır.

 

Xanəmir Telmanoğlu ədəbiyyatdakı "Leyli və Məcnun" mövzusunu "Poetik mif qazanan əhvalat, yaxud əfsanə" məqaləsində təhlil edir.

 

"Poeziya" bölməsində "Mayın son gecəsində" sərlövhəsi ilə şair Səlim Babullaoğlunun şeirləri təqdim olunur.

 

İlham Qəhrəmanın Sarı Aşıq haqqında qələmə aldığı "Aşıq eldə bir dindi" məqaləsi də dərginin bu sayındadır.

 

"Tərcümə hekayəsi" rubrikasında Robert Haynlayın "Hamınız zombisiniz" novellası Səbuhi Şahmursoyun, Aslı Ərdoğanın "Gecə" hekayəsi Taleh Eminoğlunun çevirməsilə çap olunub.

 

ŞAHANƏ

 

525-ci qəzet 2017.- 21 dekabr.- S.8.