Bəstəkar Nəriman Məmmədovun 90 illiyi qeyd olundu

 

Dekabrın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış bəstəkar, Xalq artisti, professor Nəriman Məmmədovun 90 illiyinə həsr olunmuş tədbir keçirilib.

 

Tədbir Mədəniyyət Turizm Nazirliyi, Bəstəkarlar İttifaqının dəstəyi, "Mədəniyyət" kanalı Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə reallaşıb.

 

Tədbirdə Əməkdar İncəsənət Xadimi, Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova çıxış edərək sənətkarın həyat yaradıcılığından danışıb.

 

Bildirilib ki, 1927-ci ildə Naxçıvanda anadan olan Nəriman Məmmədov şəhərdəki uşaq musiqi məktəbinin tar sinfini bitirdikdən sonra Asəf Zeynallı adına musiqi məktəbində nəzəriyyə şöbəsində oxuyub. O, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında 1951-1956-cı illərdə musiqi nəzəriyyəsi, 1956-1961-ci illərdə isə bəstəkarlıq ixtisasları üzrə ali musiqi təhsili alıb. 1943-cü ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrında musiqi rəhbəri kimi əmək fəaliyyətinə başlayan Nəriman Məmmədov 1946-1947-ci illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının xalq çalğı alətləri orkestrində çalışıb, 1947-1961-ci illərdə Asəf Zeynallı adına musiqi məktəbində müəllim işləyib. O, 1961-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq İncəsənət İnstitutunda çalışıb.

 

Elmi yaradıcılığı pedaqoji fəaliyyətlə sıx əlaqələndirən N.Məmmədov 1962-ci ildən etibarən uzun müddət Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Azərbaycan Milli Konservatoriyasının müəllimi, dosenti, professoru olaraq gənc musiqiçilər nəslinin yetişdirilməsi peşəkar musiqiçi kadrların hazırlanması işinə var qüvvəsini sərf edib.

 

Qeyd edilib ki, bəstəkarın simfoniya, balet, musiqili komediya, oratoriya, kantata kamera-instrumental əsərləri milli musiqi mədəniyyətinin dəyərli nümunələridir. O, yeddi simfoniyanın müəllifidir. Səməd Vurğunun eyniadlı poeması əsasında yazılmış "Humay" baleti ötən əsrin 80-ci illərində Azərbaycan Dövlət Opera Balet Teatrında səhnə təcəssümü tapıb. Baletdə muğamlarımızdan məharətlə istifadə edilib.

 

Bəstəkar bir neçə simfonik poema, kamera orkestri üçün pyeslər instrumental əsər, kvartet, trio sonata bəstələyib. Onun 700-ə yaxın mahnısı Azərbaycanın görkəmli müğənnilərinin ifasında lentə yazılıb.

 

Bildirilib ki, səhnə əsərlərinə böyük maraq göstərən bəstəkar çox sayda dram tamaşalarına musiqi yazıb. Bəstəkar xalq çalğı alətləri orkestri üçün musiqinin ifadə vasitələrini xeyli zənginləşdirməyə müvəffəq olub. Dərin obrazlılıq dolğun məzmun onun orijinallığı ilə seçilən yaradıcılığının başlıca cəhətləridir. Nəriman Məmmədovun Azərbaycan xalq musiqisinin, muğamların nota köçürülməsi sahəsindəki fəaliyyəti təqdirəlayiqdir. Onun nüfuzlu musiqi nəşriyyatlarında çap olunmuş əsərləri Azərbaycan muğam sənətinin tanıdılmasına öz töhfəsini verib.

 

Sonra Nəriman Məmmədovun ailəsi adından bəstəkarın əksər mahnılarının sözlərinin müəllifi, "Şərəf" ordenli, şair Ramiq Muxtar çıxış edərək tədbirin təşkilatçılarına iştirakçılarına təşəkkürünü bildirib.

 

Mədəniyyət incəsənət xadimlərinin qat

 

ıldığı tədbir konsert proqramı ilə davam edib. Yubiley gecəsi Əməkdar artist Faiq Sadıqovun dirijorluğu ilə Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin Əməkdar Artist Tariyel Abbasovun bədii rəhbərliyi ilə Gülarə Əliyeva adına "Dan ulduzu" instrumental ansamblının ifasında musiqilərlə müşayiət olunub.

 

Şahanə MÜŞFİQ

525-ci qəzet 2017.- 21 dekabr.- S.8.