Azərbaycan Xalq Cümhuriyyətinin 100
illiyi qarşısında
Şirməmməd HÜSEYNOV
Neçə
min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan”
adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini
yaratmış, qısa müddətdə olsa da, şərəflə
yaşatmış və dünyaya tanıtmış istiqlal
mücahidlərimiz məcburi fasilə dövründə
mühacirətdə nələr yazmış, nə düşünmüş,
bizlərə nəyi vəsiyyət etmişlər - oxuyaq,
düşünək, bu günümüz üçün fəxr
edək!
İSTİLANIN
ƏSL MƏQSƏDİ
Azərbaycan
petrolunu istismar
9 ildən bəri Azərbaycanda davam edən istila, millətimizə
qaça mal olmuşdur? Sadə rəqəmlərlə bu nə təşkil
edər? Bu məsələnin üzərində
mütəxəssisinin uzun müddət
çalışması lazımdır. Biz
cahan əhəmmiyyətini haiz bulunan və rus
istilasının əsil məqsədini təşkil edən
petroldan bəhs etmək istiyoruz.
"Şimal ayısının" bu, kərə Azəri
qanını əmmək üçün Azərbaycanı
istila etdigi hər kəscə bəlli bir həqiqətdir. 9 ildən bəri
Azərbaycanın bu "axar altunu" Rusiyaya axmaqdadır.
Müqabilində heç bir şey vermiyən, zəli kibi
yurdumuzun sinəsinə yapışaraq onun qanını soran
Rusiya qaç milyon ton petrol çalmışdır?...
Qarşımızda duran rəsmi sovet mənbələrinin
bu xüsuslara aid rəqəmləri müdhişdir. Yalnız petrol degil, yun,
pambıq, ipək, balıq, duz, mis, barıt, miyan kökü,
bal, meyvə, şərab v.s. kibi bədəlsiz
olaraq Rusiyaya götürülən milli sərvətimizin təmin
etdigi varidat, petrol varidatından ayrı olaraq milyonlar təşkil
edər.
Petrola gəlincə,
Rusiya Azərbaycan petrol sənayeindən
aşağıdakı cədvəldə təsbit edilən
petrol və hava qazı miqdarını istismar eyləmişdir:
1920 --
21 də 2.494.000 ton petrol 30.100
ton hava qazı
1921 -- 22
" 2.751.000 " " 24.000 " "
1922 -- 23
" 3.278.000 " " 24.200 " "
1923 -- 24
" 3.901.000 " " 23.400 " "
1924 -- 25
" 4.362.000 " " 59.900 " "
1925 -- 26
" 5.218.000 " " 134.500 "
"
1926 -- 27
" 6.521.000 " " 170.000 "
"
1927 -- 28
" 7.562.000 " " 204.784 "
"
Məcmuu 36.037.000 "
" 670.884 " "
1928-29 sənəsi
petrol hasilatının 7.562.000 tondan fəzlə olacağı
və bu miqdardan 5.368.500 tonunun Rusiyaya götürüləcəgi,
qalanında xaricə çıxarılacağı təsəvvür
edilməkdədir ki, bunu da yuxardakı məcmuə əlavə
edərsək, Rusiyanın 9 sənə əsnasında istismar
etdigi Azərbaycan petrolunun umumi miqdarı 44.087.000 ni bulur. Bu sənənin mütəsəvvür hava qazı
istehsalı dəxi nəzəri etibara alınırsa 9 sənəlik
hava qazı miqdarının rəqəmi dəgişərək
900.000 şəklini alır.
1920 sənəsi
nisanında vüqu bulan istila üzərinə Bakıda
hazır bulunub da Rusiya tərəfindən, bədəlsiz
olaraq, Azərbaycandan çıxarılan 7.500.000 ton petrol
miqdarı dəxi bu hesaba əlavə edildikdə istismar olunan
petrolun məcmuu 51.597.000 ton təşkil edər.
Bu petrol
aşağıdakı vəchilə sərf edilmişdir:
Yanacaq (məhruqat) olaraq istehlak edilmiştir:
1920 --
21 də hasilatın 12,8%
1921 --
22 " " 13,5%
1922 --
23 " " 13,7%
1923 --
24 " " 11,7%
1924 --
25 " " 10,1%
1925 --
26 " " 7,5%
1926 --
27 " " 5%
İstehsal və nəql əsnasında sərf olunan bu
nisbət xaricində olan petrol miqdarı Rusiyaya və qismən
də Moskvanın əlilə xaricə sövq edilmişdir.
Xaricə
sövq edilən petrol miqdarı 9 il
müddətində İrana sövq edilən 13.500.000 puddan
(62 pud = 1 tondur) maəda Avropa məmləkətlərinə
çıxarılan petrol miqdarı aşağıdakı
şəkildədir:
1921 --
22 də -- 6.200.000 pud
1922 --
23 " -- 14.100.000 "
1923 --
24 " -- 32.100.000 "
1924 --
25 " -- 56.100.000 "
1925 --
26 " -- 61.500.000 "
1926 --
27 " -- 82.000.000 "
1927 --
28 " -- 118.000.000 "
1929 sənəsi ixracatı buraya daxil degildir. Fəqət
yeni yapılan etilafları nəzəri-etibarə alaraq, demək
olur ki, bu sənəki ixracat hər halda 118.000.000 puddan
çox fəzlə olacaqdır. Biz 118.000.000
miqdarını belə alırsaq 9 ilin ixracatı 401.500.000 pud
yapar ki, ton hesabilə təqribən 6.451.530 ton deməkdir..
Bu iki fəsl xaricində qalan petrol Rusiyaya
götürülmüşdür. Gərək xaricə
çıxarılanın parası, gərəksə Rusiyaya
götürülən petrol müqabili Moskva kassasına daxil
olmuşdur.
Böyük
sərvətin qiyməti haqqında bir fikir edinmək
üçün bu sövq olunan petrolun sadə xam petrol
olmadığını, xam petrol ilə bərabər bilxassə
benzin, qaz yağı (cövhər), makina yağı,
liğroin, qazolin v.s.-nində mövcud olduğunu və
yalnız benzinin petrol və məhsulatı içərisində
14,8 faiz təşkil etdigini qeyd etmək lazımdır.
Azərbaycan petrol sənayei Rusiyaya nə qədər gəlir
təmin edıyor? Bu xüsusda Azərbaycan neft komitəsinin 1927 sənəsində
çıxartdığı, "Azneft 1920-1927” nam məcmuəsində
“Azneft dövlətə nə verdi?” məqaləsindən
bir parça alalım. Məqalə sahibi diyor ki:
“Dövlətimiz üçün əcnəbi nəqdin
(valyuta) nə qədər lazım olduğu haqqında söz
söyləmək yersizdir. Azərneft ildən-ilə
ixracatını artıraraq dövlət əlinə qiymətli
əcnəbi valyuta veriyor və bunu da ildən-ilə
çoxaldıyor. Keçən il
(1926) neft məhsulatı ixracatından 150.000.000 manat (rublə)
hasil olmuştur. Eyni müddət içərisində
Azərbaycan neft ehtiyacları üçün xaricdən 25
milyon manatlıq materyal gətirilmişdir. Yerdə qalan 125 milyon manat Rusiya kassasına
girmişdir”.
Məqalə sahibi əlavə ediyor ki, “Azər neft”
petrolu dövlətə (Rusiyaya) kəndi üzərinə
oturan fiyata satmaqla daxili bazarda xəzinəyə ildə 100
milyon manatdan fəzlə fayda verir.
Bunlardan başqa “Azər neft” Rusiyaya ildə 80 milyon
manata qədər müxtəlif vergi, istiqraz v.s. veriyor. “Azər neft”in hər il Zaqafqasya federasiyonu büdcəsinə verdigi
hissə 25 milyon manat miqdarındadır. Azərbaycanın
kəndisinə baxıcılıq haqqı belə verməyən
“Azər neft” idarəsi, heç olmazsa, əksəriyyət
etibarilə türk əmələsi
çalışdırsa idi, o da bir şey olurdu.
Fəqət biz nə görüyoruz? 1913 sənəsində
Azərbaycan petrol sənayeində 60 min əmələ
çalışıyordu. Bunların 46 faizi türk, 24,2 faizi rus, 20,3 faizi erməni, 8,8 faizi
gürcü, 0,7 faizi yəhudi idi.
1914 sənəsində
59 min petrol əmələsinin 64 faizi türk, 20 faizi rus, 16
faizi erməni idi.
1916 sənəsində 44 min əmələnin 65 faizi
türk, 20-si rus, 16-sı erməni idi.
1926 sənəsində
Azəri türkləri 9,7 faiz, ruslar 45,7,
ermənilər 14,6, yəhudilər 1,9 faiz idilər.
Azəri əmələsinin əlində olan Bakı
petrol sənayei istiladan sonra türklərdən
alınmış, əksəriyyəti ruslardan ibarət olan əcnəbilərə
verilmışdir.
Azərbaycan petrol sənayei istila altında ruslar tərəfindən,
ruslar üçün, Rusiyanın faydasına istismar olunmaqda
və istismarın təmini üçün Azərbaycan daimi
bir işğal altında bulundurulmaqdadır.
Millətimiz
bu 9 sənədə bu vəhşi istismar, istila və
işğala qarşı nə qədər mücadilə
etdi, nə qədər qurbanlar verdi... Və
Rusiyanın zindanlarına nə qədər qəhrəmanlar
göndərdi...
M.B.Məmmədzadə
”Odlu-Yurd”,
nisan (aprel) 1929, ¹ 3
Məhruqat
- yanacaq
Maədə
- başqa
Etilaf -
müqaqvilə; yüksəliş
“Baş
döndürücü müvəffəqiyyətlər”
(Azərbaycan
komunist firqəsinin onuncu qurultayı münasibətilə)
Mayısın sonunda Bakıda Azərbaycan komunist firqəsinin
onuncu qurultayı açılmışdır. Qurultay 1929 sənəsi mart
sonlarından 1930 sənəsi həziranına qədər gəlib
keçən müddət zərfində komunist firqəsinin
Azərbaycanda “Sosializm yolunda qazandığı müvəffəqiyyətlərə”
bir yekun vuracaq, “baş döndürücü müvəffəqiyyət”
bayrağı altında sağa, sola əyilmədən
“barışıqçılara” yol vermədən “vahid və
mütəsanid” olaraq on altıncı Rusiya komunist firqəsi
konfransına gediləcəkdir. Təbii, Moskvaya
getmədən Tiflisə uğrayaraq “viza” dəxi almış
olacaqdır.
Bu
qurultaya təqəddüm edən qəza və şəhər
konqreləri bu bir il zərfində tək
böyük müvəffəqiyyətlərdən bəhs etməkdədirlər.
Gərək on doqquzuncu Bakı konqresi, gərəksə onuncu
ümumi Azərbaycan qurultayı münasibətilə
yazdığı baş məqalələrində “Komunist” qəzetəsi
diyorki:
- “Mavərayi-Qafqasiya federasyonu təşkilinin ilk mütəşəbbüsü
olan Azərbaycan firqə təşkilatı, federasyonun siyasətən
təşkilində mühüm rol oynadığı kimi,
onun iqtisadi təməl və əsasını təhkim etməkdə
dəxi mühüm rol oynamaqdadır”. (“Komunist”, ¹105, 114)
Azərbaycan
sərvəti hesabına xaricən arxasını Tiflis vasitəsilə
Moskvaya bağladıqdan və Moskvanın çox xoşuna
gedəcək bu “rüşvəti” verdikdən sonra Azərbaycan
komunist firqəsinin gərək sənaye sahəsində, gərəksə
ziraətdə “ümum ittifaq komunist firqəsinin” direktivlərini
kəmali-müvəffəqiyyətlə tətbiq etdiyini,
“Sovet cümhuriyyətlərinin həpsi üçün”
böyük rol oynayan petrol sənayei sahəsində
böyük müvəffəqiyyətlər
qazanılmış olduğunu, ziraətin sosialistləşdirilməsi
yolunda dəxi qayət ciddi bir dönüş
yapılmış olduğunu qeyd etdikdən sonra əlavə
ediyorki:
- “Köylərdə mülkədarların
torpağını müsadirə eyləmək oktyabr
inqilabının birinci addımı idisə, kollektiv ziraətə
keçmək dəxi ikinci və qəti addımdır. Bu addım
sovetlər ittifaqında, sosializm cəmiyyəti quruluşunda
mühüm bir dövr təşkil edər”.
“Əsas:
istehsalat vasitələrinin kollektivləşdirilməsi, bu
istehsalat vasitələri olan xüsusi mülkiyyəti aradan
qaldırmaq və bunları kollektivlərin müştərək
malı yapmaqdır”.
Azərbaycanda torpaqların rəsmən müsadirəsi,
Rusiyada komunist firqəsinin sosializə siyasətindən ricət
dövrünə təsadüf etmişdir. Böylə
şərait altında “neft denilən ufaq mülkiyyət
dekletinin böyük müvəffəqiyyətlə” Rusiyada tətbiqi
zamanında Azərbaycanda bu müsadirə torpaqsız köylüləri
ərazicə təmin, yəni ufaq burjua bayrağı
altında gediyordu. Bu, əsasən
“Müsavat” firqəsinin yapmaq istədiyi bir islahat idi. Fəqət komunist firqəsinin yuxarıda qeyd
olunduğu kimi qayəsi bu deyildi. “Müsavat”dan beş altı-ay zərfində
yapılmasını tələb etdiyi halda, komunist firqəsi
bu islahatı on il müddətində yapıb bitirmədi.
Sovet statistiki keçən sənə bizə Azərbaycanda
üç yüz min torpaqsız yoxsul, 600-700 min az torpaqlı ortabab göstərməkdədir.
Sovet
höküməti və komunist firqəsi ta 1928 sənəsi
sonlarına qədər bu yoxsul və az torpaqlı
köylülərə qarşı qolçomaq
adlandırdığı və 5-6 dönüm torpağı,
2-3 yüz baş mal-qarası olan orta hallı köylülərin
müməssili və müdafəçisi olaraq gəldi... Çünki bunlar aktiv, çalışqan və
yaradıcı müstəhsillərdi. Bunları
himayə etməklə məmləkət iqtisadən kəndisini
doğruldacaq, eyni zamanda “Müsavat”ın həyatı
istinadgahları da əllərindən alınmış
olacaqdı.
Fəqət biz, statistikləri və sovet nəşriyyatını
təqib edərkən qolçomaq zümrənin getdikcə
çoxaldığını, zənginləşdiyini, yoxsul və
aztorpaqlıların miqdarca getdikcə azaldıqlarını
görüyoruz. Bunlar kəndi təşəbbüslərilə,
komunist firqəsinin arzusuna rəğmən torpaqları zəbt
edərək əmlak və ərazi sahibi oluyordu. Halbuki
komunist firqəsi bunları köy proletarı halında az və çıplak saxlamaq və bunlarla
qolçomaqlar arasında köylərdə bir sinif mücadiləsi
davam etdirmək siyasətini güdüyordu.
Rus
qızıl ordusu Azərbaycanı istila eylədiyi zaman var yox
300 əzadan ibarət olan Azərbaycan komunist firqəsi,
proletera malik olmayan məmləkətdə iştə öylə
bir şərait içərisində təəssüs və
təşəkkül etdi.
Əhalisinin 75 faizi köylü olan Azərbaycanda komunist
firqəsi ufaq mülkiyyətçi və ufaq burjua
ünsürlər hesabına artaraq böyüdüyü bu təşkilat
içərisində komunizmi boğacaq bir ruhun qüvvətlənməkdə
olduğunu görməmək qabil deyildi.
Şəhər, qəsəbə və köylərin
ufaq burjuası getdikcə qüvvətləndi. 1928 sənəsi
sonlarına doğru bütün sovetləri, kooperativləri
v.s əllərinə almağa müvəffəq oldu. Bütün ədəbiyat, sənət, məktəb
həp bu ufaq burjua dünyasının münəvvərlərinə
münhəsir olduğuna o dövrün sovet nəşriyyatı
açıq aydın şəhadət etməkdədir.
Azərbaycan
komunist firqəsinin heyəti mərkəziyyəsi əzalarının
və “Komunist” qəzetəsi müdiri-məsulu Həbib Cəbiyev
keçən il yazdığı məqalələrində
(“Komunist”, ¹183 və 184, sənə 1929) getdikcə qüvvətlənən
mülkiyyətçi ufaq burjua mühitinin Azərbaycan
komunist firqəsi sıralarına dəxi təsir etdiyi və
sağ bir təmayül yaratdığını qeyd edərək
diyordu ki:
- “Azərbaycan
şəraiti içərisində bu sağ təmayülü
ən aydın təmsil edən cəhət milliyyətçilik,
xüsusilə türk milliyyətçiliyi olmuşdur və
olmaqdadır...
Bu da pək təbii idi. Ufaq mülkiyyətçilikdən
doğan və komunizm ilə rusluğa qarşı duran Azərbaycanda
olan türk milliyyətçiliyi, ya məruf təbir və ad
ilə “Müsavatçılığı” olacaqdır.
Siyasi həyatdan qovulduğu zənn edilən
“Müsavat” millətçiliyi, ufaq mülkiyyətçi
köylü və münəvvərlər vasitəsilə
komunist firqəsini içəridən partladacaq dərəcədən
qüvvətlənmişdir.
1920-1922 sənələrində, Nərimanov Şərqə
“peyğəmbər” rolunu oynadığı komunist firqəsinin
Azərbaycanı demokratik bir cümhuriyyət elan eləməyə
hazırlandığı Həbibdən öyrənməkdəyiz. Bu da təbii
idi. Çünki ufaq mülkiyyətçilik,
türk milliyyətçiliyi ilə rus və kommunist hökuməti
qabili-təlif olamazdı.
Azərbaycan komunist firqəsində bir zaman hakim olan “Nərimançılıq”
nə deməkdir?
Həbib
bunu bizə izah ediyor:
Bu cərəyan, Azərbaycanın digər sovet
cümhuriyyətdərindən ayrı və müstəqil
olmasını müdafiə eyləmiş, digər sovet
cümhuriyyətlərilə iqtisadi məsələləri
müştərək olaraq həll etmək təşriflərini
daimən rədd etmiş, bu kibi təşrifləri Azərbaycan
istiqlalına bir sui-qəsd tələqqi eyləmişdi. Onlar
“Müsavat” milliyyətçiləri kibi milli hars, milli mədəniyyət
yaratmaq istəmişlər və dövlət müəssisələrinin
türklər əlində olmasına
çalışmışlardır.
1924 sənəsində artıq mərkəz komitəsi
rəisi Eyyub Xanbudaqov başda olmaq üzrə Azərbaycan
komunistləri, Həbibin yazdığına görə rəsmən
Müsavat firqəsilə birləşmişlər. Xanbudaqovçuluq: Azərbaycdanın
tam müstəqil olmasını, Dağlıq Qarabağın
ermənilərə verilməməsini, torpaqsız ermənilərə
Azərbaycan daxilində ərazi təxsis edilməməsini,
dövlət müəssisələrindən, dəmiryolundan,
mədən və fab-rikalardan türk olmayan məmur və əmələyi
atıb yalnız türklərin qəbul edil-məsini tələb
ediyormuş.
1925 sənəsində Azərbaycandan sürülən
Eyyub əvəzində, bir-iki sənə sonra Mahmud cərəyanı
çıxdı. Bu cərəyan “kəndi-kəndini idarə
etmək üçün yetişmiş olan Azərbaycan
proletarının Moskva kontrol və himayəsinə möhtac
olmadığını irəli sürüyordu.
1927-1928 sənəsində
ərzaq istihzarında və sovet seçkiləri zamanında
Azərbaycanda baş verən qanlı və müdhiş
müqavimətlər və bu müqavimətlərə laqeyd
bir tövr alan Azərbaycan kommunist təşkilatları
Moskvayı ciddən düşündürmüşdü. Azərbaycan dairəsində “sağ təmayülçülük”
ilə mücadilə üçün bütün qəzalara
gedən əmrlər tətbiqsiz qaldı. Qəza komitələri bizdə sağ təmayülçülük
yoxdu, deyə mücadilədən imtina etdilər. Müdhiş bir “təmizlik” başladı. Bir
çox əski komunistləri sürgün, hətta edam etdikdən sonra 1929 sənəsi martında
toplanan doqquzuncu qurultayın intihaf eylədiyi heyət
üç ay sonra keçən sənənin yazında “əksi
ixlilal” töhmətilə Moskva tərəfindən tamamilə
iş başından və firqədən atıldı. Moskvadan təyin edilən Çikalo diktatorluğu Azərbaycan
komunist firqəsinin, Bakı dəxi daxil olmaq üzrə,
bütün qəza təşkilatlarını ləğv və
ixrac eylədi.
Mirzoyan və
Yusif Qasımov, “ruslara qarşı azəri-erməni blokunun
mütəşəbbüsləri” kibi Rusiyaya
sürüldülər...
Sorula bilir, nədən bu böylə oldu?
“Komunist qəzetəsi
(¹183, 184) “Pravda” (¹171, 175, 178, 165 sənə 1929) “Zarya Vastoka”
və “Bakinski raboçi”də Yaroslavski, Çikalo, Həbib,
Meyerson, Stolyarov və s. bizi tənvir ediyorlar:
- Azərbaycan
komunist firqəsi mərkəz heyəti, Bakı və qəza
komitələri sağ cərəyanla mübarizə etməmiş,
biləks hər vasitələrlə mücadilə edənlərin
ağzını yummuşdur. Yalnış siyasət nəticəsində
1928 sənədində komunist firqəsində olan əmələnin
18,2%-i, 1929 sənəsi üç ayı zərfində isə
1413 əmələ və firqədə olan
köylünün 37%-i komunist firqəsini tərk eyləmişdi”.
Yıxılan
və inhilal edən Azərbaycan komunist firqəsi
müsavatçılar və daşnaqlar ilə birləşmiş,
türklərlə ermənilərdən başqa bütün
digər millətlərin Azərbaycandan
çıxarılmasını, Azərbaycanın sərvət
və imkanına görə büdcəyə malik
olmasını, federasyon qanununa Azərbaycan istiqlalını təmin
edəcə şəkildə yenidən baxılmasını,
ərzaq, xammal və məxluqata malik olan Azərbaycanı
sağmal inək halından qurtarıb müstəqil sənaye
məmləkəti halına gətirməyi və s. və s.
tələb ediyormuşlar...
Azərbaycan komunist firqəsi üçün istinad edəcək
kadro vücuda gətirmək məqsədilə ufaq burjuazini
bir sinif olaraq məhv etmək, münəvvərləri məmləkətdən
süpürüb çıxarmaq, məktəbləri
türk övladları üzünə qapamaq lazımdı. Çikalo diktatorluğu
1929 sənəsi son baharından bu günə qədər
“baş döndürücü müvəffəqiyyətlə”
radikal addımlar atdı və hücumka keçdi...
“Fəqət köylərdə yeni və sabit istinadgah
yaratmaq” məqsədilə mülkiyyəti ilqa və ufaq
burjuaziyi inhaya mütəvəcceh bu hücum bütün məmləkəti
müsəlləh olaraq ayağa qaldırdı. Hər yerdə
komunistlər amansızca qətl edildilər. Dərəbəylərin
qamçılarından qurtarıldıqları iddia olunan Azərbaycan
köylüsü qızıl feodalların qurşunları,
topları və zəhərli qazları altında minlərcə
can verməyə məhkum oldu. Bu yolda Azərbaycan
komunist firqəsi ciddən “Baş döndürücü
müvəffəqiyyətlər” göstərdi.
Artıq nə istərsiniz, Azərbaycan dağlarında
üsyan bayrağı açmış olan bir çox
partizanların başında komunist firqəsinin sabit, aktiv əzaları
duruyor.
“Böylə bir müvəffəqiyyət” baş
döndürməzmi?...
Mirzə
Bala (Məmmədzadə)
“Odlu
Yurd”, temmuz (iyul) 1930, ¹18
“Rus
inqilabı” haqqında
“Hər inqilab başlı-başına tədqiqədəyər
bir mövzudur.
Rusiyada həyati-ictimaiyyə və iqtisadiyyənin
təməllərini dəyişdirmək və hətta cahan
inqilabını yapmaq kibi qayələrə keçmiş
olan rus inqilabı isə bir qat daha təhlil edilməlidir”.
“Bu əsrin ən mühüm vəqələrindən
biri olan rus inqilabı bilxassə biz türkləri pək
yaxından əlaqədar edər, Rusiyada yaşayan otuz milyona
qərib türkün siyasi müqəddəratına
yapdığı təsirdən maddi, ictimai və harsi həyatlarına
da müsbət və ya mənfi təsir etmiş və edəcək
olan bu inqilabın bütün türklər tərəfindən
yaxından və əsaslı bir sürətdə bilinməsi
lüzumu pək sərih və pək təbiidir. Bundan başqa
tarix türklərlə rusları qonşu etmişdir. Qonşu millətlərin bir-birlərini
tanımaları yalnız siyasi deyil, ictimai və iqtisadi nəticələri
ixbarilə də, əlzəmdir”.
Qardaş
Krım türklərinin milli istiqlal hərəkatını
idarə edən möhtərəm Cəfər Seyid Əhməd
bəyin bir-iki ay əvvəl intişar etmiş və pək
vaqifanə və alimanə, bir çox vəsiqə və əsərlərə
istinad edən “Rus inqilabı” əsərinin müqəddiməsindən
aldığımız yuxarıdakı parçalar,
kitabın hər bir Türk üçün nə qədər
yüksək qiyməti haiz bulunduğunu aşikar göstərməkdədir.
Bilxassə
ki Cəfər bəy, vəqaiə və tarixi, elmi qiyməti
olan əsər və vəsaiqə istinadən obyektiv olaraq
yazmış olduğu bu çox qiymətli kitabda Türk gənçliyinə
rus inqilabını doğuran ictimai, siyasi, iqtisadi amilləri
elmi bir surətdə izah etmək və bolşeviklərin
siyasətləriylə vait və icraları haqqında
ümumi bir fikir vermək istəmiş və buna müvəffəq
dəxi olmuşdur.
Rus inqilabını doğuran amillər nədir? Cəfər bəy
pək haqlı olaraq ingilis və almanların təsirini ortaya
sürən nəzəriyyələri rədd edər.
Onun pək doğru olan fikrincə: xarici təsir və məhdud
təşkilatların hər hansı bir məmləkətdə
inqilaba əsas olan tarixi, iqisadi səbəblər bulunmazsa, o məmləkəti
inqilaba sürükləyəməyəcəklərinə ən
böyük dəlil, komunistlərin üçüncü
internasionalın Almaniyada, İtaliyada, Macarıstanda, Çində
və hətta dünyanın daha pək çox köşələrində
böyük fəaliyyətlərinin paraca mühüm fədəkarlıqlarının
əqamətə uğramasıdır.
Cəfər bəy rus inqilabının səbəblərini
rus cəmiyyətində mövcud və inqilaba əsas təşkil
edən bir çox tarixi, siyasi, ictimai və iqtisadi amillərda
görüyor.
Çarlığın devrilməsi, prens Livov
hökumətinin düşməsi, onu təqib edən Kerenski
hökumətinin iqtidar mövqeyini bolşeviklərə təslim
etməsi həp bu siyasi, ictimai və iqtisadi səbəblərin
və amillərin mövcudiyyətindən irəli gəliyordu.
İştə bunun üçündür ki, Cəfər
bəy hər şeydən əvvəl, rus inqilabını
doğuran tarixi, iqtisadi və siyasi amilləri təhlil etmək
lüzumunu hiss etmişdir.
Rus cəmiyyəti nədir və nə kibi bir şeydir? Məhşur
Rus ədibi və inqilabçısı Gertsenin “Qaranlıq
gecədə atılmış bir qurşun” dediyi
Çadayevin şu sözlərinə baxınız. Rus
tarixini ictimai nöqteyi-nəzərdən ciddiyyətlə,
vüqufla tədqiq etmiş olan Çadayev 1836-da
yazdığı (Fəlsəfi məktublarında) diyor ki:
Biz
başqa millətlərlə bərabər yürümədik...
Biz bəşəriyyətin böyük ailələrindən
heç birisindən deyiliz. Biz nə qərbli,
nə də şərqliyik və biz heç birisinin ənənəsinə
malik deyiliz. Sanki biz zamanın xaricində
qalmışız kibi, bəşəriyyətin tərbiyə
və təkamülünü təmin edən fikirlər bizə
qədər gəlmədi. Bütün
yaşadığımız əsirləri gözdən
keçiriniz, bütün işğal etdiyimiz sahələrə
baxınız, sizə maziyi qüvvətlə xatırladan və
onu canlandıran bir tək xatirə və əhəmiyyətli
bir tək əsər bulamazsınız. Biz
ancaq hal-hazırla yaşıyoruz, nə mazimiz, nə də
istiqbalımız yoxdur. Kəndi fikirlərimizə
istinad etdirəcək təməllərdən məhrum
olduğumuz kimi, qədərin acı bir cilvəsi olaraq, bəşəriyyətin
ümumi cərəyanlarından da kənarda qalmış
olduğumuzdan fikri-bəşərin müəxxər nəticələrini
də alamadıq... Zamanın təcrübələri
bizim üçün heçdir. Bizim
üçün əsrlər və nəsillər səmərəsiz
keçib getmişdir. Mədəni
dünyadan ayrı qalmış olmamızla dünyaya da bir
şey verəmədik. Bir gün bir böyük adam (Böyük Petro) bizi mədəniləşdirmək,
bizə elm və mədəniyyət sevgisi vermək qəsdi
ilə bizi mədəniyyət mantosu ilə örtdu, fəqət
biz mantoyu aldıq, mədəniyyəti buraxdıq...
Çadayevin
rus tarixindəki ənənə qüvvətinin zəifliyi haqqındakı
hökmünü rusların birinci filosofu deyə tanınan və
19-cu əsrdə Qərbin dəxi təqdirini qazanmış
olan Solovyev və hələ bərhəyat bulunan P.Milyukov “Rus
böhranı” nam əsərində bu məsələdən
bəhs edərək diyor ki:
“İctimai adətləri təsbit edən ənənələr,
cəmiyyəti islaha və təqviyəyə yarayan formullar
şəklini alırlar. Fəqət bu ənənə rus tarixində
qeyri-kafidir. Bundan şu nəticəyə
varabiliriz ki, bizim mazimiz bizə kafi bir ictimai tərbiyə verməmişdir”.
P.Milyukov bu “mazisizliyi” rus həyati-ictimaiyyəsinin
bilümum şöbələrində dəxi görməkdədir.
Əsasən rus cəmiyyətinin dövlət təşkilatını
qurmasına, bilxassə türklərə təsir etmişdir. Fransız
müvərrixi Ramband “Rus tarixi” nam əsərində “Türk
və Moğol istilasına qədər rus tarixi yoxdur” deməkdədir.
Cəfər bəy rus cəmiyyətinin zəbtü-rəbti
təsis etmək, para və vergi toplamaq və dövlət
qurmaq fikrini Altın ordu türk dövlətindən nasıl
öyrəndikləri vəsaiqə istinadən şərh və
izah ediyor.
İştə on altıncı əsrə qədər böylə
“adət və hüdudları daima dəyişən prinsliklər
halında” yaşayan və hakimiyyət qurmağı türklərdən
öyrənən ruslar inhilal edən qonşuları
hesabına qeyri təbii-bir surətdə, bilxassə Şərq
və Cənuba doğru şişməyə başladı. Bu cəmiyyət
təzadlarla dolu idi. Adətləri yüzləri
keçən hars, tarix və ənənə etibarı ilə
ruslardan daha mədəni olan millətlər,
qüruni-vüsta həyatı yaşayan və daha
zamanımıza qədər heyvan kimi “kölə” olaraq
satılan və həmən ibtidai mübadilə
dövrünü yaşayan köylülər, bunların
üzərində adələtin ən bəsit tələbini
tanımaq istəməyən dərəbəylər, bir tərəfdən
getdikcə təşkilata bağlanan və sosializm fikrini bir məfkurə
olaraq mənimsəməkdə olan əmələ, hürriyyət
həyəcanları ilə çırpınan münəvvərlər,
digər tərəfdə dəxi qorxunc və qanlı bir
isdibdad...
Cəfər
bəy, “rus fikir həyatı”na təxsis
edilmiş olduğu qismdə böylə bir cəmiyyətdə
doğan ictimai, siyasi fikirlərin tarixçəsini
yapmaqdadır. İslavcılar, qərbçilər, dekabristlər,
anarşist və sosyalist cərəyanları, sosyalistlərin
menşevik və bolşevik kibi cinahlara ayrılması və
bu cərəyanları doğuran səbəblər, təzadlar
haqqında elmi görüşlə çox əsaslı məlumat
verdikdən sonra, inqilabın həll etməyə mükəlləf bulunduğu köylü, əmələ
və millətlər məsələsi üzərində
durmaqdadır.
Əvət,
inqilab bu məsələləri həll etmək ilə mükəlləf
bulunuyordu. O ruslardan daha mədəni olan məhkum
millətlərə hürriyyət və istiqlal vərəcəkdi.
O, məhkum siniflərə vətəndaşlıq haqqı,
yaşamaq haqqı təmin edəcəkdi. Halbuki
çarlığın sükutundan sonra qurulan nə Livot
hökuməti, nə də Kerenski kabinələri bu haqlarla
hesablaşmaq istəmədilər. Onlar, hətta
xalqın bıkmış olduğu hərbin
durdurulmasını və sülhün təmini kibi bəsit
şeyləri belə görəmədilər. İştə onların bu bəsirətsizliyindən
istifadə edən bolşeviklər meydana
çıxdı.Onlar məmləkətə sülh, köylüyə
ərazi və haqqı mülkiyyət, əmələyə
fabrikalar, rus olmayan millətlərə isə “hər millət
kəndi müqəddəratını təyində
hürdür. Hətta Rusiyadan ayrılmağa belə qərar
versələr biz
məhkum millətlərin bu haqlarına hörmətkarız”
vədləri verdilər və bu vədlərini Lenin “Rusiya
müsəlmanlarına” rəsmi bir bəyannamə ilə elan
etdi.
Yuxarıda biz “Rus dövlətinin” türk milləti sayəsində
təəssüs etmiş olduğunu gördük. Bolşevik
höküməti də otuz milyonları keçən
türklərin yardımından və əski rejimə olan
nifrətindən istifadə edərək qüvvətləndi.
Fəqət bundan sonra elani-istiqlal etmiş olan
millətlər qandan və atəşdən keçirilərək
Rusiyaya ilhaq olundu. Əmələ bir kölə,
köylü haqqı mülkiyyət, haqqı intihab,
hürriyyət və vətəndaşlıq haqlarından məhrum
bir əsir halına salındı...
Rusiyayı inqiraza götürən
müsavatsızlıq və ədalətsizliklər yenə
meydanda. İnqilab həllilə mükəlləf
bulunduğu məsələləri həll edəmədi.
Və Rusiyada eyni istibdad rejimi quruldu.
Cəfər bəy bunu təbii buluyor. Çünki: “Mütləqiyyətə
götürməyərək cəmiyyətdə müvazinəyi
və istiqrarı təmin edəcək qüvvət yoxdur. Hars və həyati-fikriyyə bunu
hazırlamadığı kibi, Rusiyanın iqtisadi həyatının,
bilxassə torpaq və köylü məsələsinin sərbəst
bir sürətdə inkişafına imkan verməməsi
üzündən qüvvətli bir mütəvəssit
sinifinin “burjuazi”nin təşəkkül edəməmiş
bulunması ilə Rus cəmiyyəti müəyyən və
sağlam bir istinaddan məhrum qalmışdı”.
“Dövlət, qanun, əxlaq, mülkiyyət, hətta
din fikirlərini həzm etməmiş, milli vicdanını
bulmamış” olan və Rusiyanın təməlini təşkil
edən böyük rusların (velikoruslar) bu vəziyyətlərinə
müqabil məhkum millətlərin siyasi, ictimai, iqtisadi
halları tam başqadır. Məhkumiyyət və
ruslaşdırma siyasəti, zatən harsən ruslardan yüksək
olan məhkum millətləri milli harslarına sarılmağa
və onu bir qat daha qüvvətləndirməyi intac
etmişdir. Onun üçündür ki,
rus inqilabının ilk günündən etibarən milli təşkilatları
ətrafında birləşdirən bu millətlər ilk
fürsətdə istiqlal elan və milli dövlət təsis
etdikləri kibi, hələ də Moskvaya qarşı hərb
etməkdədirlər. Millətlərin bu məşru tələblərinə
qarşı mütləqiyyətçilərdən
başlamış, sosialist, anarşist və komunistlərə
qədər ümumrus firqələrinin vahid cəbhə
halında bulunmaqda olduqlarının səbəbini Cəfər
bəy rus milli cərəyanının “Milli vicdanını”
bulmaq üzrə bulunduğuna ətf etməkdədir.
Sosializm və
cahan inqilabı əsiri olan daxildə millətləri imha,
xaricdə bəşəri sülhü təhdid edən
bolşeviklərin sükutundan sonra təşəkkül edəcək
olan bəyaz Rusiyanın dəxi eyni, bəlkə daha
müdhiş bir təhlükə təşkil edəcəklərini
Merejkovskinin bir əsəri ilə təyidən iddia edən Cəfər
bəy, yalnız haqqın və ədalətin yerinə gəlməsi
üçün deyil, cahanın səlaməti naminə dəxi
məhkum millətlərin rus boyunduruğundan
qurtulmalarını təmənni etməklə bu gözəl,
dərin və geniş düşünülmüş pək
qiymətli əsərinə nəhayət verməkdədir.
M. B.Məmmədzadə
“Odlu Yurd” , temmuz (iyul) 1930, ¹18
Əqamət
- müvəffəqiyyətsizlik
Müəxxər
- təxirə salınmış
Qeyd: Bu
nömrənin yazılarını Şirməmməd
Hüseynovun təqdimatı ilə onun məşğul
olduğu magistrantlar - Nuray Vəliyeva, Samirə Heydərli və
Gülay Bağırova nəşrə
hazırlamışdır. Yazıları
Ş.Hüseynov və elmi işçi Samir Xalidoğlu
orijinalla yoxlayıb redaktə etmişdir.
(Ardı var)
525-ci qəzet 2017.- 23 dekabr.- S.28-29.