Akademik Ömər Eldarovun 90 illiyi qeyd olundu

 

Dünən Azərbaycan Milli Elmlər Akademiyası Alimlər evinin təşkilatçılığı ilə görkəmli heykəltəraş, Xalq rəssamı, bu günlərdəHeydər Əliyevordeni ilə təltif edilən akademik Ömər Eldarovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

 

Tədbirdən öncə akademik Ömər Eldarovun yaradıcılığını əks etdirən sərgiyə baxış keçirilib.

 

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə Xalq rəssamının ömür yolundan, yaradıcılıq fəaliyyətindən, mədəniyyətimizi zənginləşdirən incəsənət nümunələrindən danışıb.

 

Akademik A.Əlizadə onun əl işlərinin dünyanın muzey mərkəzlərində, beynəlxalq müsabiqələrdə sərgiləndiyini qeyd edərək ulu öndər Heydər Əliyev, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva, o cümlədən, bir sıra tarixi şəxsiyyətlərə həsr edilmiş abidələrin məhz Ömər Eldarovun adı ilə bağlı olduğunu vurğulayıb: “Unikal talanta sahib bu insanın əsərlərinə ekskursiya edərək onu demək istəyirəm ki, Zərifə xanımın, Həsən bəy Zərdabi, İbn Sina, Niyazi, Hüseyn Cavid, Müslüm Maqomayevin xatirə heykəlləri, xüsusən Ulu öndərin Fəxri Xiyabanda qoyulan heykəli, eləcə Bacılar”, “İlin 4 fəsliəsərləri onun yaratdığı canlı əfsanələrdir”. AMEA rəhbəri əsərləri sərhədləri aşan sənətkarın  Azərbaycanın dünya heykəltəraşlıq sahəsində tanınmasına töhfəsini verdiyini, məşhur heykəltəraşın yaratdığı mədəniyyət incilərinin tariximizdə iz qoyduğunu deyib.

 

Tədbirdə Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə yubilyarın Azərbaycan mədəniyyət tarixindəki xidmətlərindən danışaraq monumental heykəltəraşlığın inkişafında özünəməxsus üslub formalaşdırdığını dilə gətirib. Ömər Eldarovun müəllifi olduğu abidə kompleksləri, heykəllər, qəbirüstü xatirə abidələrində aparıcı sujet xətti, fərdi üslub incəsənətimizə xas nadir xüsusiyyətlərin hər zaman öz əksini tapdığını bildirib. Hiss duyğulardan ilhamlanaraq daş üzərinə həkk olunan mədəniyyət nümunələrinin janr xüsusiyyətlərindən danışan bəstəkar heykəltəraşlıq abidələrinin musiqi əsərləri ilə müqayisə edilə biləcəyini vurğulayıb.

 

Yubileydə iştirak edən Xalq yazıçısı Çingiz AbdullayevÖmər Eldarov olmasaydı, Bakı belə gözəl şəhər olmazdıcümləsiylə nitqinə başlayaraq onu şəxsən tanıyan bir insan kimi fərdi keyfiyyətlərindən, yaradıcılıq yolundan, Rəssamlıq Akademiyasında rektorluq fəaliyyətindən, tələbələrə qayğısından bir sıra müsbət xüsusiyyətlərindən söz açıb.

 

AMEA Memarlıq İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə bu yaxınlarda institutu tərəfindən Ömər Eldarovun yubileyinə həsr olunmuş elmi sessiya keçirildiyini qeyd edib. Ömər Eldarovun hərəkətsiz abidələri hərəkətə gətirərək göz oxşadığını deyən Ərtegin Salamzadə rəssamın obrazları tamaşaçıya mahir ustaqlıqla təqdim etməyi bacaran nadir sənətkarlardan olduğunu bildirib.

 

Azərbaycan Memarlar İttifaqının sədri, professor Elbay Qasımzadə, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov çıxış edərək yubilyarın xidmətlərindən danışıb, akademikə xoş arzularını çatdırıblar.

 

Görkəmli sənətkar tədbirin təşkilatçılarına çıxışçılara minnətdarlığını bildirib.

 

Tədbir bədii hissə ilə davam edib.

 

Şahanə MÜŞFİQ

525-ci qəzet  2017.- 23 dekabr.- S.32.