Azərbaycan bəstəkarlıq məktəbinin layiqli nümayəndəsi

 

SƏRDAR FƏRƏCOVUN - 60

 

Tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov müasir Azərbaycan bəstəkarlıq məktəbinin layiqli nümayəndələrindəndir.

 

Bəstəkarlıqdan savayı, elmi, ədəbi, publisistik yazıları S.Fərəcovu, həmçinin, musiqişünas, tədqiqatçı, ədib kimi  səciyyələndirir.Bu il bəstəkarımız ümumən musiqi ictimaiyyəti üçün əlamətdardır, çünki S.Fərəcovun 60 yaşı tamam olur.

 

Sərdar Fərəculla oğlu Fərəcov 8 dekabr 1957-ci ildə dünyaya gəlib. Musiqiyə olan böyük sevgi bəstəkarı Musiqi Kollecinə gətirir təhsil illərində o, Bəhram Mansurovdan tar dərsləri alaraq muğamlarımızı, Azərbaycan xalq musiqisini dərindən mənimsəyir. S.Fərəcovun bəstəkarlıq, yazıb-yaratmaq istedadı da bu illərdən özünü göstərir. Belə ki, Kollec illərində bəstəkar Əziz Əzizovdan ilkin bəstəkarlıq biliklərinə yiyələnir. Bu illərdə bir sıra əsərlər - fortepiano üçün "Prelüdlər", "Variasiya", fortepiano üçün Sonatina, xalq çalğı alətləri orkestri üçün "İki rəqs", simli kvartet, iki tar, iki kamança fortepiano üçün kvintet, violin ilə fortepiano üçün "Skertso" "Elegiya" kimi əsərləri meydana gəlir.

 

Bəstəkarlığa olan  dərin maraq  S. Fərəcovun 1977-1984-cü illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) təhsil alması ilə nəticələnir. Onun haqqında kitabçanın müəllifi L.Məmmədova yazır: "Konservatoriyaya daxil olarkən S.Fərəcovun təqdim etdiyi əsərlərə görə imtahan komissiyası onu yüksək qiymətləndirir. Artıq o zaman S.Fərəcovun əsərlərində müəllifin materialla sərbəst işləmək bacarığı, məntiqi düşüncə tərzi diqqəti cəlb edirdi; gənc bəstəkarın əsərləri forma bitkinliyi, melodik inkişafın mükəmməlliyi başqa müsbət xüsusiyyətləri ilə seçilirdi. İntuisiyası sayəsindəmi, yaxud şüurlu surətdəmi, artıq o zaman S.Fərəcovun tembr, harmoniya sahəsində qeyri-adi tapıntıları var idi".  Konservatoriyadakı təhsil illərində S.Fərəcov bəstəkarlığın sirlərinə görkəmli bəstəkar, professor Xəyyam Mirzəzadənin sinfində yiyələnir tələbə olarkən bəstələdiyi piano üçün "Variasiyalar", klarnet, violino piano üçün "Trio", Böyük Simfonik Orkestr üçün 3 hissəli "I Simfoniya" kimi əsərləri festival müsabiqələrdə səslənərək bir sıra mükafatlara layiq görülür.

 

Yaradıcılıq diapazonu geniş olan S.Fərəcov həm iri, həm kiçik həcmli janrlara müraciət edir. Bəstəkar opera, operettalar, tamaşalara musiqi, simfoniyalar, simfonik əsərlər, kamera instrumental vokal əsərlər ərsəyə gətirmişdir.

 

S.Fərəcovun M.Müşfiqin nağılı əsasında uşaqlar üçün "Şəngül, Şüngül" (2000) rok-operası, "Müsyö Jordan" (1998), "Səhnədə məhəbbət" (2000), "Bir günlük siğə" (2004),  "Şəhərdə manyak var" (2008) kimi operettaları, "Tədbirə qarşı tədbir" (2004) müzikli yaradıcılığında önəmli yer tutur.

 

Bəstəkarın simfonik yaradıcılığı da bir çox nümunələrlə təmsil olunur. Belə ki, simfoniyalar,  həmçinin, "Şah Xətai" proqramlı simfoniyası, "Matəm harayları" "Koroğlu əfsanəsi" simfonik freskaları, "Yumoresko", "Oxunmamış lay-lay", "Türk bayramı" digər simfonik əsərlər bu qəbildəndir.

 

Sərdar Fərəcov vokal musiqisi sahəsində çoxsaylı əsərlər yazmışdır. Belə ki, Ümummilli lider Heydər Əliyevə həsr olunmuş, T.Taisoğlunun sözlərinə səs, xor simfonik orkestr üçün "Böyük vətəndaş haqqında" Oda, S.Şahbəylinin sözlərinə xor estrada simfonik orkestri üçün "Teatr himni", "Dədə Qorqud" Oratoriyası, A'capella xoru klarnet üçün Triptix; M.Füzulinin sözlərinə səs simfonik orkestr üçün "Cəfadan qeyri" qəzəl-poeması kimi əsərlər qeyd etmək olar.

 

Tamaşalara yazdığı musiqi bəstəkarın yaradıcılığında mühür yer tutur. 40-dan çox tamaşaya musiqi bəstələyən bəstəkar bir sıra teatrlarla əməkdaşlıq etmiş, yaradıcılıq ünsiyyətində olmuşdur. "Ölüləri qəbiristanlıqda basdırın", "Onun iki qabırğası var", "Sənsiz yaşaya bilmərəm", "Yeddi məhbusə", "Sevirəm səni, Türkiyə", "Anamın gəlinlik paltarı", "Yaxşı padşahın nağılı", "İtkin ər", "Səhra yuxuları", "Yekəburun Cırtdan", "Şübhəli əhvalat" sair əsərlər buna nümunə ola bilər.

 

Görkəmli bəstəkar, musiqişünas Əfrasiyab Bədəlbəyli vaxtilə  yazırdı: "Azərbaycan musiqisi yaratmaq niyyətində olaraq mahnı, romans, simfonik poema, opera, simfoniya, balet ya musiqi sənətinin istər kiçik, istərsə böyük formalı hansı bir janrında əsər yaratmaq istəyən bəstəkar, ya həvəskar öz əsərinin intonasiya aləminin muğamat köklərinə əsaslanmasını labüd bir şərt, zəruri bir yaradıcılıq vəzifəsi kimi öz qarşısında qoymalıdır. Qarşıda duran şərəfli yaradıcılıq vəzifəsi isə Azərbaycan musiqi dilində yeni, orijinal musiqi cümlələri başqa əsərləri yada salmayan əsərlər yaratmaqdan ibarətdir". Bu fikirlər müasirimiz olan  Sərdar Fərəcovun simasında da dolğun ifadəsini tapır. S.Fərəcov öz yaradıcılıq üslubuna, milli musiqi ruhuna bürünən saf melodika yaratmaq vəzifəsinə tam sadiq qalaraq daim bu yolu davam etdirir. Bu, onun yaradıcılığının əsas istiqamətini müəyyənləşdirir.

 

Milli musiqimizin dərin köklərinə bağlılıq, bu ənənəni müasir təfəkkürdə nizamlanmış şəkildə təcəssüm etdirmək, sanki bəstəkarın əsas yolu    məqsədidir. Bu məqamlar S.Fərəcovun istər geniş, istərsə kiçik tərkibli janrlarda yazdığı əsərlərində aydın ifadə olunur.

 

S.Fərəcovun əsərləri dünyanın müxtəlif  ölkələrində -  İngiltərə, Kanada, ABŞ, Rusiya başqa ölkələrində, böyük səhnələrdə ifa olunmuş dinləyici rəğbəti qazanmışdır.

 

Bəstəkarın çoxşaxəli fəaliyyətində elmi işlər də xüsusi əhəmiyyət kəsb edir. O,  daim konfrans və digər tədbirlərdə çıxışlar edir, müxtəlif mövzulu məqalələr yazır, televiziyaradio ilə əməkdaşlıq edir. Xüsusilə, Üzeyir Hacıbəyli irsinin tədqiq olunmasında xidmətləri böyükdür. 2005-ci ildən S.Fərəcov Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru vəzifəsində çalışır. Üzeyir bəyin həyat və yaradıcılığına həsr olunan çoxsaylı məqalələri, ən önəmlisi də bəstəkarın itmiş, yaxud yarımçıq qalmış əsərlərinin yenidən bərpası kimi çox mühüm və dəyərli işlər də S.Fərəcovun musiqi elmimizə bəxş etdiyi töhfədir. O, həm də Üzeyir bəyin bir sıra əsərlərini redaktə edərək yenidən nəşr etdirmişdir.

 

Qeyd olunan bu və digər məqamlarla yanaşı, Sərdar Fərəcov, həmçinin, Azərbaycan Dövlət Televiziyasında, Mədəniyyət kanalında "Musiqi xəzinəsi" adlı  Azərbaycan musiqisinə həsr olunmuş verilişdə uzun illər aparıcı simasında çıxış edir. Verilişdə Azərbaycan şifahi ənənəli professional musiqi janrı olan muğamlar, təsniflər, ustad sənətkarların, xanəndə və ifaçıların, bəstəkarların  həyat və yaradıcılığından söhbətlər aparır. Bütün bunlar bəstəkarın peşəkar mövqeyini şərtləndirən amillərdən biri kimi çıxış edir.

 

Eyni zamanda, S.Fərəcov  2013-cü ildən etibarən Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyəti Dostları Fondu, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Televiziyasının dəstəyi ilə keçirilən "Muğam" televiziya müsabiqəsində münsiflər heyətinin üzvü kimi həm peşəkarların, həm də tamaşaçıların rəğbətini qazanmışdır.

 

Sərdar Fərəcov həm bəstəkar və musiqişünas, həm də ictimai xadim kimi fəaliyyətini bu günədək yorulmadan davam etdirir. Daima öz üzərində çalışan, əməyini Azərbaycan musiqisinin inkişafından əsirgəməyən bəstəkara bu yolda yeni yaradıcılıq uğurları arzulayırıq.

 

Fərdin MƏMMƏDLİ

Musiqişünas

 

525-ci qəzet  2017.- 8 dekabr.- S.4.