Barat VÜSAL
CAVAD HEYƏTİN XƏSTƏSİ
XX əsrin 90-cı illərinin əvvəlində
Qarabağ uğrunda döyüşlərin qızğın
vaxtında məşhur cərrah Cavad Heyət onlarla
döyüşçümüzü aparıb İrandakı
klinikasında müalicə etdirmişdi. Amma bir dəfə
gözlənilməz bir əhvalat baş vermişdi.
Narkozun vaxtı keçsə də, xəstələrdən
biri hələ ki qalxmırdı...
I
Fikirlər
içindədir bayaqdan köhnə həkim,
Çoxdan gedəsi idi... getmir evinə həkim.
Onu saxlayan nədir bu gün belə, yolundan?
Nigarandı,
nigaran
adi bir xəstədən
yox,
yurdun bir mərd
oğlundan...
Onun cərrah
bıçağı sağaltmalıdır onu,
Narkozun
vaxtı ötüb-oyatmalıdır onu,
İlıq
həkim baxışı...
ilıq
ata nəfəsi...
Ancaq xəstə
oyanmır,
gəlmir
nədənsə səsi...
Həkimin
qəlbindən çox
dərdinə qulaq asın,
Belə bir şey olmayıb... xəstəsi oyanmasın.
Daşnak
ermənilərlə döyüşə girən xəstə,
Məşhur
həkim əlində can üstədir, can üstə!
II
Xəstə
ayılmamış... xəstə bayılmış,
Həkim hönkür-hönkür ağlamaq istər.
Bu dəm
ürəyinin döyüntüsündən
Xəstə ürəyinə paylamaq istər.
. .. Xəstənin əhvalı
ağırdır, duyub
Əla xəstəxana...
Əladır həkim.
Cərrah
bıçağını bir yana qoyub,
Başqa bir üsula əl atır həkim.
Bitib,
tükənməyib hələ hər imkan,
Həkim
işə salır son “silahı”nı.
Soruşur
xəstənin silah dostundan:
- Dostun
döyüşlərdən qayıdan zaman,
Ən çox oxuyardı hansı mahnını?
Mümkündür
dəyişmək dərmanı neylə,
Başqadır
aləmi qəlbin də, axı!
Astaca-astaca
zümzümə eylə,
Durub
qulağının dibində, oxu!
...Həkimin
istəyi yerinə yetdi,
Oxuyuram,
deyib yaralı dindi-
Xəstənin
qulağı Quran eşitdi,
Dindi, “Qarabağın maralı” dindi.
Oxudu...
oxudu sanki Qarabağ,
Demə ki, mahnıdan nə qandı xəstə?
Tanrım,
sehirə bax, möcüzəyə bax:
O
mahnı səsinə oyandı xəstə!
Göz
dikib bir məşhur həkim əlinə,
Xəstəmi
sevinir,
bir
xalqmı indi?!
Doğma
Vətən qədər əzizdir mənə
Bir xəstə,
bir həkim,
bir mahnı,
indi!
Mahnı
qılınc çəkdi... bu da döyüşdü,
Üstünə qayıtdı xəstənin canı.
Ölümün
qolları yanına düşdü,
Tapıldı təzə bir həkim dərmanı.
Demədi
hardadı su götürülən arx,
Xəstənin üzünə mahnı su səpdi.
Həkimdən
də qabaq,
dostdan da qabaq,
Xəstənin üzündən bir mahnı öpdü.
... Bir
mahnı ən yaxşı dərman-dəvamı,
Can
üstə xəstəmi...
Can
üstə mahnı...
Yaşa həkim
əli, cərrah inamı,
Yaşa
mahnı-xəstə,
a xəstə-mahnı!
Döyüşdən
döyüşə çapar o əsgər,
Baxma ağır halda yaralı yatır.
Bu
dünya durduqca yaşar o əsgər,
Canı “Qarabağın
maralı”ndadır.
Onun
düşündüyü ana torpaqdır,
Bir də
ki, o gözəl...
vurğundur ona!
Elçilik
edən də tapılacaqdır,
Nə gəlib
anamız Azərbaycana!
Mən
öz törpağımı gözəl tapmışam,
Bu deyil
adi bir
həyat
söhbəti...
Könlümdə
könlünə heykəl yapmışam,
Öpürəm
əlindən Cavad Heyətin!
YADDAN ÇIXMAZ XƏLİL RZA
Sinəmdəki
ürəkdimi, ondakı,
Çatdan əgər Xəlil Rza çıxmasa.
O sevincə
ölər, sevinc demərəm,
Dərddən
əgər Xəlil Rza çıxmasa!
İsti
verməz söyüddürsə o odun,
Palıd
tapın, məni bir az ovudun.
Kül
başına o ocağın, o odun,
Altdan əgər
Xəlil Rza çıxmasa!
Yaddan
çıxmaz kitaba bax, sözə bax,
Hayandasa yaddan çıxıb bu torpaq.
Barat,
heç vaxt yaddan çıxmaz Qarabağ,
Yaddan əgər
Xəlil Rza çıxmasa!
ZİRVƏDƏ
Sənə
söz vermişdim,
ay Sona xala,
Arif qardaşımla görüşəcəyəm.
Demişdim,
özümün göz yaşlarımı,
Qatıb
göz yaşına... döyüşəcəyəm!
Hökmən
çatdıracam ismarıcını,
Demişdim, oğlunu görüb gələcəm.
Qovacaq qəlbindən
ağrı-acını,
Oğlun varan yerə varıb gələcəm.
Qəribə
bir qismət izlədi məni,
Ariflə görüşdüm nəmli səngərdə.
Təzə
yüksəkliyi, təzə zirvəni,
Düşməndən almağa getdiyi yerdə.
Əsgərlər
deyirdi, narahat olma,
Komandir,
zirvədə bərk duracağıq!
İnandı,
arxayın düşmədi amma,
Özüydü
döyüşən zirvədə, artıq!
...Bir
komandir kimi çəkdi tətiyi.
Dinəndə bir əsgər silahı dindi.
Alıb
bir zirvəni, bir yüksəkliyi,
Oğlun
bir zirvədə zirvəyə döndü...
O gündən
ötüşdü günlər, həftələr,
Gözümdən getmədi o hal, o əhval.
Mənim
başımdakı vədlər, vədələr,
Sənin
başındakı qapqara bir şal!
Sanki xəbər
tutub olub keçəndən,
Xəyalın yüyürüb qarşıma
qaçdı.
Gərək
yaddaşımı güllələyim mən,
Gör mənim
başıma nə oyun açdı!
Gözümün
önündə yüz ağrın-acın,
Gözlərin boylanıb oğlunu gözlər.
Dilimin
ucunda bir ismarıcın,
“Bəs nə
oldu?” deyib məni təhnizlər...
Necə də
zəifmiş yaddaşım, heyif,
Görüm yaddaşımı gülləyə gəlsin.
Yadımdan
çıxdı ki, deyəm, ay Arif,
Anan
deyirdi ki, bir öyə gəlsin!
TOXUMLUQ BUĞDA
Əlini
vurmasın qoy ona yetən,
Hər vaxt ələ düşməz, hər vaxt
tapılmaz.
Əzizim,
toxumluq buğdadı vətən,
Ancaq hara
gəldi buğda səpilməz!
Qoyulub
göz üstə, öpülməlidir,
Onsuz çörək itər, onsuz el itər.
Oğul
ürəyinə səpilməlidir,
Oğul ürəyində cücərib bitər.
Yaxşı
gör hüsnündə bu yeri-göyü,
Onun nə minnəti, nə qılığı var.
Üzündə-gözündə
anam tökdüyü,
Halal
kündələrin ağ
işığı var.
Onsuz bir kəsin
də təhnəsi dolmaz,
Onsuz gül də açmaz, bülbül də ötməz.
Əzizim,
hər buğda toxumluq olmaz,
Əzizim,
hər buğda ürəkdə bitməz!
Oğul
ürəyində, oğul qanında,
Nəsildən nəsilə keçir əbədi.
Ölüm
ayağında bir qocanın da,
Toxumluq buğdadır ilk vəsiyyəti.
Onu
qürur sayıb, nur sayanların,
Qəlbi qürurlanıb, gözü nurlanıb.
Toxumluq
buğdası olmayanların,
Həmişə xəlbiri göydə fırlanıb.
Hər
yetən anaya qəlb ana demir,
Adəm də keçməyib buğda sözündən.
Səndən
su istəmir, günəş istəmir,
Günəşi
özündən, suyu özündən!
Bilək
ağzımızda daddı bu buğda,
Hər vaxt ələ düşməz, tapıla bilməz.
Namusdu,
qeyrətdi, addı bu buğda,
Ancaq hara
gəldi səpilə bilməz!
QİSAS
“Alı
kişi dedi: Həsən xan, bu atlar sənin bəyənmədiyin
o qulunlardır. Mən sənə
yaxşılıq eləmək istədim. Məni dünya işığına həsrət
qoydun. İndi səndən qisasımı
almağa gəlmişəm”.
“Koroğlu” dastanından.
Həmin
qulunlardı yedəyindəki,
Həmin qulunlardı, böyümüşdülər.
İlahi
bəxş edən möcüzə təki,
Boy
atıb təzədən görünmüşdülər.
Həsən
xan, o beyni, o gözü qızmış,
Ağlı kəsən kimi yozdu bir işi.
“Görünür
gözünü çıxarmaq azmış,
İndi nə
istəyir bu Alı kişi?!”
Döndü
zülümkarın ürəyi qana,
Qovrulub
Qırata, Dürata baxdı.
Gəlib
hayıf alsın mərdi-mərdana,
Yanında oğulu bir ata, baxdı.
Qorxudan
ağzında dolaşdı sözü,
Yanıldı Həsən xan düz-dünyasını.
Qırat
bir gözüydü, Dürat bir gözü,
Aldı
Alı kişi öz qisasını!
Yaxşılıq
da yadda, pislik də yadda,
Silinmir ürəkdən nə xeyir, nə şər.
Bir
baş dığırlandı ayaqlar altda,
Bir ata, bir oğul dönüb getdilər.
Zalım
öz kamını alası deyil,
Rövşən qalxasıdı Qıratın üstə.
Qisas qiyamətə
qalası deyil,
Bir
eşqin, bir yolun, bir andın üstə!
ÇƏLİKLİ QOCA
Əlində
bir çəlik qoca bir kişi,
Bu gün
iş yerimdə yolumu kəsdi.
Duydum ki,
mənimlə var onun işi,
Sual dolu gözü gözümdə gəzdi.
Ölüb
gedəsidi, yaxında, sandım,
Nəsə qızdırmışdı o, ürək mənə.
Titrəyən
əlinə baxanda, sandım,
Yapış əllərimdən, - deyəcək mənə.
Baxışı
nurluydu, gözü tərtəmiz,
Yaşı haqlamışdı doxsanı, bəlkə?
Dedi,
eşitdim ki, qalıb yiyəsiz,
Xocalıdan olan nə qədər körpə.
- Ay
oğul, bağrımı paraladı qəm,
Bizi qırsalar da, hələ ki sağıq.
Evdə
vicdanımla söhbət etmişəm,
Aparıb birlikdə saxlayacağıq.
Bu
gündən sabaha gümanı yoxdu,
Çətin yeriyirdi, çətin gəzirdi.
Qocanın özünə baxanı yoxdu,
Aparıb baxmağa yetim gəzirdi.
O ahıl kişiyə vuruldum inan,
Köməksiz bir qoca görün, nə etdi.
Bir əli çəliyi güclə saxlayan,
Tutdu bir uçağın əlindən, getdi...
Götürüb
apardı o, bir yetimi,
Yoxuydu, elə
bil, indi vardı o!
Əgər
görməsəydi xəcalətimi,
Aparıb
məni də saxlayardı o!?
Kaş
hamı olaydı
həmin qoca tək,
Əlindən tutmasaq bir ağlayanın.
Bir
gün özümüz də ağlayacağıq,
Gəl mənim
vicdanım, biz də and içək,
Gedib o
qocanı yoxlayacağıq!
SAXLA
Çən-dumanı
dağlara,
Dağları
çənə saxla!
Öz qəbir
yerindən keç,
Ölüb
itənə saxla!
Saf eylə
ürəyini,
Sərf eylə köməyini.
Bir tikə
çörəyini,
Yoldan
ötənə saxla!
Tanrıya
salam yetir,
Gör ki, yaşamaq nədir?
Könlü
özünə götür,
Ömrü Vətənə saxla!
525-ci qəzet 2017.- 9 dekabr.- S.23.