Rus şairlərindən
çevirmələr
Xalq yazıçısı Anar
Aleksandr PUŞKİN
QURANA BƏNZƏTMƏ
Yer hərəkətsizdir yaranan
andan,
Göylərin tağını sən
saxlayırsan
Ey böyük Yaradan, ulu Yaradan!
Sellər
göylərdən axıb
məhv edərdi həyatı
Əgər sən olmasaydın,
Günəş işıqlandırmazdı hər səhər kainatı
Əgər sən olmasaydın.
Yaradana dua qılaq,
O möhtəşəmdi, güclüdü,
mükərrəmdi,
Küləklərə hökm edəndi O,
Bürkü gündə buludları
göndərəndi O,
Mərhəmətlidi, fəzilətlidi.
Həzrət Məhəmmədə
Müqəddəs Quranı O nazil etdi.
Onun yoluyla qoşub
işığa yetdik.
(Bu şeirinin altında Puşkin qeyd edir ki, yerin
hərəkətsiz olması
fiziki cəhətdən
yanlışdısa, poetik
obrazın özü əzəmətlidir)
FAZİL XANA
Bizim sərt Şimala düşübdü yolun,
Bu yeni hünərin
mübarək olsun.
O yerlərdə çox qısadır bahar,
Amma Hafizlə
Sədini xatırlayırlar.
Gecə
diyarıdır yurdumuz
bizim,
Gecələri uzun, qaranlıq, gizlin.
Əlvan
Şərq əfsanələriylə
Bəzə bizim diyarı,
Şimal qarlarında qalsın qoy izin.
(Puşkinlə yolda rastlaşan Azərbaycan şairi Fazil xan Şeyda)
HAFİZDƏN
(Fərhad bəyə)
Döyüş şöhrətinə uyma, ey cavan,
Qarabağlılarla savaşa girdiyin zaman.
Bilirəm ki, əcəl qarşına çıxmaz,
Əzrayıl da görüb yaraşığını
canına qıymaz.
Amma qorxuram ki, cənglər
içində
qeyb edəsən bir gün bu
məlahəti,
utancaq rəftarı, saf məhəbbəti.
Mixail LERMONTOV
Ayrıldıq, amma ürəyimdə
Saxlamışam şəklini,
Qəlbim
yenə isinir
Yada salanda səni.
Bəlkə yenə sevdalarla
başımı qatım,
Qəlbimdəki o şəkli bəs hara atım?
Tərk
olunmuş məbəd
də - məbəddir
yenə,
Yıxılan bütlər də bütdülər mənə.
Darıxıb üzülürəm, əl verməyə kimsə yox,
Qəlbim
ümidsizliyə qapılan
zaman
Nəyi arzulayım? Nə olsun arzular hədsiz
çoxdur çox,
İllər ötüb gedir,
ömrün gözəl
illəri,
Bir də geri gönməyən həftələri, günləri.
Sevmək? Bəs kimi
sevmək?
Müvəqqəti sevgi kimə gərəkdi?
Əbədi sevgi də olmur heç bir vaxt,
Ən çılğın
sevgi də keçib gedəndi.
Öz içinə
baxıb nə görəcəksən?
Keçmişdən qalmayıb əsər-əlamət,
Nə sevinc, nə əzab, nə dərd, nə möhnət.
Ehtiraslar necə? Onlar da solacaq, itib ötəcək,
Şüurun əmriylə çıxıb
gedəcək.
Soyuq-soyuq
baxsan ətrafa hətta
Çox
boş və mənasız şeymiş
həyat da...
Nikolay NEKRASOV
Dünən axşam altıda
küçəyə çıxdığım
vaxt
gördüm qamçılayırlar
cavan kəndli qadını,
Çıqqırın çıxarmırdı
Eşidilirdi yalnız amansız
şallaq səsi,
Qamçıların nəğməsi.
- Bax - İlham Pərisinə bu zaman söylədim mən
Sənin doğma bacındır,
incidilən, döyülən.
Afanasi FET
Sənə heç nə demədim
Niyə təlaşlanasan axı?
Susduğum məsələyə işarə də vurmadım
Onsuz da biləcəkdin bunları
əvvəl-axır.
Gecənin çiçəkləri bütün günü yatırlar,
Amma meşənin üstə günəş qalxanda birdən
Ləçəklərin açırlar,
Mən də hiss eləyirəm ürəyimi beləcə
Çiçəkləyir qəfildən.
Xəstə, yorğun ürəyim
hey əsir, hey titrəyir
Əsib
coşan mehlərdən,
Sənə demədim bunu
Gizli saxladım
səndən.
Pıçıltı, xəfif kədər,
Bülbülün cəh-cəh səsi,
Yuxulu bulaqların
gümüşü titrəməsi.
Gecə
işıqları, sonsuz
kölgələr
Sevimli sifətin dəyişən
zaman
Nələr gəlir ağla,
ah nələr, nələr..
Göydə buludların dumanlı
ağı
Gözlədiyim sübhün ilk şəfəq
çağı.
Məndən aralanma, əzizim,
heç vaxt
Bircə
an belə,
Səninlə xoş keçir
günlərim mənim
Məndən uzaqlaşma heç zaman belə.
Biri o birinə bu qədər yaxın
Heç
kim ola
bilməz. Bir bunu düşün.
Kədərlə başını əyib
aşağı
Məndən uzaqlaşma, bir saat, bir gün.
Dağlara qızıl səpib
Sakitcə sönür axşam,
Hava da sərinləşdi,
Uyu, uyu, balacam.
Bülbüllər ötüb susdu,
Toranlıq düşür müdam,
Uyu, uyu, balacam.
Simlər
bir-bir titrədi,
Ehtiras keçib
gedir.
Yalnız
qəlbimdə səssiz,
Xısın pıçıldayacam.
Uyu, uyu, balacam.
Yuxularından danış
Söylə necəydi yuxu?
Sözlərə sığmırlarsa
Oxu yuxularını
Nəğmə tək mənə oxu.
Boris PASTERNAK
HEFSİMAN BAĞI
Uzaq ulduzların sayrışmasıyla
Yolun dolayları
işıqlanırdı.
Dağın ətəyində Kedron
axırdı
Yollar Zeytun dağının başına
dolanırdı.
Çəmənlik yarıda parçalanırdı,
Göydə Süd yoluna keçirdi ardı.
Gümüşüyə çalan zeytunlar da ki
Sanki bu boşluqda
addımlayırdı.
Kiminsə sahəsi, bağıyda
bura,
Tələbələrin qoyub üzü divara
Söylədi: tək qaldım
həsrət qəlbimlə,
Siz
də oyaq qalın, olun mənimlə.
Birovuz şeylərdən əl çəkən təkin
Artıq
gərəyi yox müqavimətin,
Ataraq qüdrəti və möcüzəni
Adi bir insandı
- hamımız kimi.
Viranəlik yurdu, yoxluq diyarı,
Kainat da boşdu bu
gecə yarı
Heçsizliyə təslim olmuş
çağ idi,
Həyat yeri yalnız bir bu bağ
idi.
Zülmət boşluğuna baxdığı
zaman
Əcəl piyaləsi yan keçsin deyə,
Dualar edirdi Ataya hər an.
Təsiri
altında bu duaların
Keçdi o tayına uca divarın
Torpağın üstünə sərilmişdilər
Oyaq qala bilməyən yuxulu tələbələr.
Onları
oyatdı: - Mənimlə
birgə
Həyat
sürməyiniz - Tanrı
qisməti,
Yoxsa unutdunuz bu həqiqəti
İnsan
oğlunun da vaxtı bitməkdə,
Özünü düşmənə təslim
etməkdə.
Bunu demişdi ki, hardansa birdən
Qullar, sərsərilər çıxdı
qəfildən,
Məşəllər, qılınclar
qabaqlarında
Öndə də İuda - xəyanət öpüşü
dodaqlarında.
Pyotr qılıncla birinin qulağın kəsdi,
Amma səs ucaldı: eləmə, bəsdi.
Dəmirlə davanı həll
etmək olmaz
Heç
vaxt heç zaman
Qılıncı qınına sal, ey insan.
Məgər ki, Atam mənim
qanadlı mələkləri
buraya göndərməzdi
həm də - saysız-hesabsız.
Başımdan bir tük də heç qoparmadan
Düşmən qeyb olardı izsiz-soraqsız.
Fəqət həyat kitabı
gəlib o yerə çatdı,
O yer müqəddəslərdən
qat-qat daha qudsaldı.
Yazılanlar artıq gələcək
başa,
Məqamı çatdı artıq
əzəli Əmrin,
Qoy, icra olunsun bu Hökm
də. Amin!
Görürsən əsirlər masal
kimidir
Yürüyə-yürüyə alışa bilər.
Bu müdhiş əzəmət,
qüdrət yolunda
Könüllü sonluğa razısa
əgər
İnsan
oğlu hər cür əzaba dözər,
Çarmıxa çəkilib qəbrə
gedəcəm,
Üç gün sonra isə zühur edəcəm.
Çaylarla bərələr üzüb gedən tək
karvanlar sayağı yüzillər də ki,
Mənim hüzuruma axıb gələcək.
Tərcüməçinin qeydi: İncil əfsanəsinə görə, Hefsiman bağında Həzrət İsanı xəyanətkar İuda öpüşüylə düşmənlərə nişan verib, tanıdıb. Çarmıxa çəkilib məzara gömülən peyğəmbər üç gün sonra zühur etmişdir. Başqa şeirlərlə birlikdə “Doktor Jivaqa” romanında verilən “Hefsiman bağı” silsilənin son şeiridir.
525-ci qəzet 2017.- 23 dekabr.- S.15.