Yarpaq tökümü
və yaxud düşüncələrim...
İmamverdi İSMAYILOV
Təsəlli - bəzən saman
çöpü olsa da, gərəklidir...
Çox
bar gətirən ağac
da yükünü saxlaya bilmir...
Sınan
və səni sındıran göz yaşlarını hər
adama göstərməzlər...
Duasız
qazanc tez qeybə çəkilər
Üzünə açıq olan
qapı taleyinə bağlı ola
bilər
MƏrhƏmƏti - qarşı tərəf
istəmirsə, nə
xeyri...
Dağ çəkilən qəlbi
dağ havası da ovuda bilməyəcək
Hayına
gələn ayrıdır,
haqqına yetən ayrı
Əyən yükün bəlası
əyilən tərəfdədir,
düzgün yanaş...
Zəhmətsiz gələn tərin
heç də xoş xəbərlə gəlmir
Əhvalın təlx olanda - Bal da ləzzət
eləmir
Aldadılan insanın qəzəbi
sərhəd bilməz
Niyyətin əyridirsə, əməlin
də güc gətirməyəcək
TƏlƏskƏn adam dinclik də bilməz
İki insan eyni cür
addımlaya bilməyəcək
- ritmləri də, ayaq səsləri də - hərə bir cürdür
Qazancın çoxaldıqca səni
dinc qoymayacaq, dartıb arxasınca aparacaq...
Tələsmə, qoy, soyusun!..
Əkdiyin ağacın budağı
ilə səni döysələr, ən ağır zərbə almış olarsan və yarası da heç zaman
sağalmaz
Böyüklüyünü sənə edilən təzimdə axtarma
Ağ vərəq Tarix deyil və heç
nəyə də şahidlik etməyəcək
İçindəki qəzəb selin təkcə sənin ziyanınadır...
Hər şeyin çoxluğu insana ancaq fəlakət
gətirər
Dərdi
gətirən də, dərmanı yaradan da bəşər övladıdır - sənin
yanındakıdır...
Qarğış - hiddət və
hikkənin ifadəsi
Müxtəlif dili olan adam axırda
elə dilinnən də bəlaya düşüb ilişəcək
Rəngləri çox tündləşdirmə!..
Boş cibə qoyduğun əl səni varlı və kasıb göstərməyəcək
Təkəbbürlü insan ətrafını tez bezdirəcək
KövrƏklik yaxşı şeydir,
amma gəlib gedənəcən səni
üzəcək
Dualar da imkanın qədər gətirə bilər.
Oyna, oyna, bir qurtaran
yerin olacaq, ya yox?!
Başın-gözün, saçın-saqqalın
ağarıb, qulağın
da saralıb - əcəl zəngindir...
Gözlərinin dərinliyindəki kədəri
heç göz yaşların da yuyub apara bilməyəcək
XƏzan
səsi - təbiətin
"ölüm simfoniyası..."
Ölümdən sonra birinin varı qalır, birinin adı: bir-birini yaşadırlar
Elə
et ki, duaların eşidilən olsun!..
Hamısını qamarlama - hamısı
sənin deyil!..
Pul örtən gözü heç nə açmayacaq!..
Harınlıq - əlacı olmayan
xəstəlik...
Əlini
də qısma, ürəyini də!..
Özünü çox öyrəşdirmə!..
Səslərin ritmini də ürək özü müəyyənləşdirir
Hər dilin öz duası
var
Gözlərinin dərinliyində gizlənən
bəlanın əlacı
kimin əlindədir görəsən?!
Bu ölüm kimi çox yandıracaq - kaş bunu qabaqcadan
bilmək olaydı!..
Gülüşün şitliyi - münasibətlərdə çat
yaradar...
Damarın yolunu tutan - yağlı tikələrdir,
bir də "yağlı hikkələr..."
Açılan qəlbinə kim
girə biləcək
- əsas məsələ
budur..
Özünü yerişinlə göstərmə!..
Ümidlər çiçəkləyəndə
insan coşar
ƏqrƏblƏr dayana bilər və irəli gedə bilər - geriyə yol yoxdur
Dön bir bax: dalınca
gələn nədir və kimdir?!
Qara fikirlər insanın içində əsər
- ölüm küləkləridir...
Səbrini bassan, zaman sənin xeyrinə işləyəcək...
Şuxluğun yoxsa, yəhərə
minmə!..
Çətin yükün şərəfi
də var
Dağın yanında dayanmaqla
dağ ola
bilməyəcək...
Taqətli insan qamətli olar...
Boynun əyilsə də, belin əyilməsin!..
Əlini
açıb diləyəndə
səxavətlinin qapısını
döy
Sönən qəlbin işığını
kim yandıracaq?
Atın
yüyənini öz əlində saxla!..
Qalxanı qaldırmağın da, qılıncı vurmağın da vaxtı-vədəsində...
Qan gələn yaranı tez bağla...
Naümid
yerdə ümid axtarmazlar...
QƏlbinƏ şeytanı buraxsan
da, elə sən özünsən
Ətəyindən tutub fırlandığın
taleyin gərdişinə
bir bax?!
Dözümlü ol, səbirli ol - uduş sənindir...
Qalın
insanın qapısı
hər şeyə bağlıdır, hətta
xəstəliyə də...
Barmaqlarını gözdən çıxart, dodaqlarını
qabdan
ÜrƏk döyüntüləri - ətrafın və ətrafdakıların ritmləridir
Yatdın,
vaxtı satdın...
Tələsik və yarımçıq
yığılmış tayanın
aqibəti necə olacaq?!
Maşını tormozlaya bilirsən,
özünü yox
Gedən
canındır, qalan əməlin...
O boyda GünƏş də qüruba gedir... Sən kimsən ki?!
Ata bildiyin daşı götür...
Bəşər övladı Allahın qarışqası qədər də düzlənə bilmir
Qışqırma, qışqıracaqlar
Bəd əməlin bədəlini nə vaxtsa ödəyəcəksən...
İçindəki Şeytanı kim qovacaq?!
Əzrayılı da qarşılamağı bacarmaq lazımdır
Dədəm deyərdi ki, bala, sən hələ əlinlə it qoruyub, arxanla qapı açmamısan
Odla suyun arasında nə işin vardı ki?!
Əbləhlərin əməli gendən gəlir
Qoltuğundakı qarpızı sən
kəsməsən də,
kəsəcəklər
Xoruzun banlaması
nədən səni belə təəccübləndirdi?!
Bütün canlılar həvirləşəndə
birlik yaranır, insan həvirləşəndə
qudurğanlıq
Əzablar - qəzəbli olar
və sərhəd tanımaz
Hər bir insanın yerişi - öz həyatının, yaşam
tərzinin ritmləridir...
Solaxay adam düz
gətirməz...
Tərpən, qalx, yeri - ölü qalma!..
525-ci qəzet.-2017.-26
dekabr.-S.8.