Məktəblilər Pərvinin pyesini oynadılar
HEYDƏR
ƏLİYEV ADINA MÜASİR TƏHSİL KOMPLEKSİNDƏ
GƏNC DRAMATURQUN “MAUQLİNİN YENİ İLİ” PYESİ
SƏHNƏLƏŞDİRİLDİ
Dekabrın 25-də Heydər Əliyev
adına Müasir Təhsil Kompleksində gənc dramaturq Pərvinin "Mauqlinin Yeni ili" pyesi səhnələşdirilib.
İngilis yazıçısı Redyard
Kiplinqin “Cunqliya kitabı” əsərinin qəhrəmanı Mauqli bu dəfə tamam yeni təhlükələrlə
qarşılaşdı. Amma sonda uşaqlara qoşulub yeni ili qarşıladı.
Təhsil Kompleksinin bağçasında təhsil
alan uşaqlar
da tamaşaçılar
arasında olublar. Uşaqların cizgi filmlərindən də sevdiyi personaj, onun başına gələnlər balaca tamaşaçıların marağına
səbəb olub..
Qeyd edək ki, pyesə
Əməkdar artist, Gənc
Tamaşaçılar Teatrının
aktrisası Gülər
Nəbiyeva quruluş
verib. Rolları isə Təhsil
Kompleksinin şagirdləri
canlandırıblar. Meymunları Abdinova Gülsu, Budaqzadə Leyli, Babacanova Alisa, Lətifli Məryəm, Məmmədova Nurgün, Məmmədzadə Fidan, Əsgərova Leyla, Əlizadə Aliyə, Şükürlü Aysel,
canavarları İmanlı
Leyla, Verdiyev Eldar, Şirxanı Məmmədova
Aydan, Baqiranı Nasirli Alisa, Balunu Dəvəli Banu, Çaqqalı Qəribova Sofiya, Mauqlini İsmayılzadə Məhəmməd
ifa ediblər.
Tamaşadan öncə pyesə
quruluş verən Gülər Nəbiyeva çıxış edərək
uşaqları salamlayıb:
“Bu gün sizlərin hər birinizin bu səhnədəki dostlarınıza dəstək
olmanızı istəyirəm.
Həmçinin əsərin müəllifi
Pərvin xanım da bizlərlədir. İstəyirəm sonda onunla da söhbət edib fikirlərinizi bildirəsiniz.”
Tamaşadan sonra isə pyesin müəllifi Pərvin səhnəyə
çıxıb uşaqları
təbrik edib: “Ulu öndərin adını daşıyan,
müasir Azərbaycan
təhsil sistemində
özünəməxsus yeri
olan bu məktəbdə,
sizlərlə bərabər
olmaqdan məmnunam. Bu gün sizinlə
bərabər tamaşaya
baxdım və gülüşləriniz, alqışlarınız
məni də uşaqlaşdırdı elə
bil. Tamaşa başlamazdan əvvəl
valideynlər məndən
uşaq yazarı olub-olmadığımı soruşdular.
Uşaq mövzusunda yazdıqlarım
azlıq təşkil
edir. Amma mənə elə
gəlir ki, nə yazılırsa, nə yaranırsa hamısı sizin üçündü, sizin
daha savadlı, daha işıqlı, xoşbəxt gələcəyiniz
üçündü. Ona görə bu gün tamaşada oynayan uşaqların istedadı, həvəsi məni xeyli ruhlandırdı. İlk növbədə
məktəbin direktoruna,
müəllim heyətinə
təşəkkür edirəm
ki, bu cür
istedadlı uşaqların
üzə çıxması
üçün əllərindən
gələni əsirgəmirlər.
Həmçinin pyesimi seçən,
ona quruluş verən Əməkdar
artist Gülər Nəbiyevaya
da minnətdaram.
Sizlərdən çox böyük
fərəhlə ayrılacam.
Sizə qoşulub uşaqlaşdığımı söylədim, ona görə sonda Mauqlinin məşhur sözlərini bir az dəyişərək hər birinizə ünvanlayıram: Biz səninlə
eyniyik – SƏN VƏ MƏN!”
Qeyd edək ki, “Mauqlinin yeni ili” pyesi ilk dəfə Gənc Tamaşaçılar Teatrının
səhnəsində uşaqlar üçün yeni il tamaşası kimi səhnələşdirilib.
NƏZRİN
525-ci qəzet.-2017.-27 dekabr.-S.7.