Azərbaycanda multikulturalizm siyasəti: ənənə
və müasirlik
Ölkəmizdə multikulturalizm, tolerantlıq
və dini dözümlülüyün təşəkkül
taparaq inkişaf etməsinin dövlət siyasəti səviyyəsinə
qədər yüksəlməsi,
ilk növbədə Azərbaycanın
qədim dövlətçilik
tarixi və milli-mədəni dəyərlərin
inkişafından qaynaqlanır.
Tarixin müxtəlif dövrlərinə
diqqət etdikdə, həm Səfəvilər
dövləti dövründə,
həm XIX-XX əsr maarifçilik dövründə,
eləcə də Azərbaycan Demokratik Respublikasının mövcud
olduğu illərdə
bütün etnik və dini icmaların
azərbaycanlılarla dinc,
yanaşı, sülh
şəraitində yaşadıqlarını
görürük.
Tarixi faktlardan
da göründüyü
kimi, uzun bir tarixi dövrdə
bu fenomenin mövcudluğuna baxmayaraq,
"multikulturalizm" termini 1960-cı illərin sonlarında və ötən əsrin 70-ci illərində
siyasi lüğətə
daxil olmuşdur. Bu termin vahid bir
mədəni məkanı
ifadə etmək üçün istifadə
olunur və multikulturalizm mədəniyyətlərin
assimilyasiya edilmədən
inteqrasiyasını nəzərdə
tutur. Əslində, ötən əsrdə
bəzi Avropa ölkələrində immiqrant
mədəniyyətləri ilə bağlı istifadə olunan bir strategiya kimi assimilyasiya siyasəti özünü
doğrulamamışdır. Hətta bu gün də
Avropa ölkələrində
belə maneələrə
rast gəlmək mümkündür. Məsələn, məscidlərin tikilməsinə,
müxtəlif geyim paltarlarına, dini simvolların istifadəsinə
qadağa qoyulmaqla etnik əsaslarda dövri təqib halları baş verməkdədir. Bu, bir çox Avropa ölkələrinin
çoxmədəniyyətlilik prinsipindən imtina etdiyini göstərir və hətta bu gün də
bu dövlətlər
multikulturalizmin uğursuzluğa
məhkum olduğunu etiraf edirlər. Həm regionda, həm də qlobal olaraq, bəzi qüvvələrin öz
mədəniyyətlərinin üstünlüyünü müxtəlif
cazibədar şüarlar
altında təmin etməklə assimilyasiya obyekti kimi digər
mədəniyyətlərin daşıyıcılarına nəzər
yetirməsi mədəni
mühiti daha da çətinləşdirməkdədir.
Azərbaycanda isə müxtəlif mədəni dəyərlərin
cəmiyyətdə yerini
və rolunu müəyyənləşdirmək üçün İtaliyanın
Padova Universitetinin tədqiqatçısı Asessio
Stilonun "Multikulturalizm
hələ də yaşayır" başlıqlı
məqaləsinə nəzər
yetirmək kifayət edər. Məqalə müəllifi
Azərbaycanı tarixin
bütün dövrlərində
tolerant, dini, etnik və mədəni müxtəlifliyi özündə
birləşdirən, atəşpərəstliyin,
Qafqazda xristian etiqadının ilk beşiyi,
daha sonra İslam dəyərlərinin
üstünlük təşkil
etdiyi, fərqli millətlərin mehriban şəraitdə birgə
yaşadıqları ölkə
kimi vurğulayır. A.Stilo qeyd edir:
"Azərbaycanın Ermənistanla
Dağlıq Qarabağ
münaqişəsinə baxmayaraq,
ölkənin rəhbərliyi
çoxmədəniyyətlilik və tolerantlığın
daha da möhkəmləndirilməsi
və inkişafı üçün lazımi
siyasi və sosial şərait yaratmışdır. Tarixi olaraq
bir çox etnik və dini
qrupun nümayəndələri
Səfəvilər dövründə,
19-cu və 20-ci əsrlərdə
və eyni zamanda Sovet Sosialist
Respublikaları Birliyində
yaşayırdılar".
Azərbaycan Respublikasında fərqli mədəni dəyərlərin
dirçəlişinə və
inkişafına dəstək
verməklə yanaşı,
ölkədə müxtəlif
mədəni qrupların
sosiallaşması üçün
geniş imkanlar yaradılmışdır. Təkcə
Bakıda bir çox sayda mədəni icmalar - ruslar, ukraynalılar, laklar, ləzgilər, slavlar, tatlar, tatarlar, gürcülər,
inqiloylar, talışlar,
avarlar, axıska türkləri, Avropa və dağ yəhudiləri, almanlar və yunanların icmaları var. Demək olar ki, milli
azlıqların kompakt
olaraq yaşadığı
bütün regionlarda
belə cəmiyyətlər
var. Bu, dünyanın müxtəlif
bölgələrində ksenofobiya
kimi mənfi hadisələrin sayının
artması dövründə
Azərbaycanda dünyanın
bir çox ölkələri və dünya ictimaiyyəti üçün xüsusi
nümunə ola biləcək dinlərarası
dialoq və tolerantlıq nümunəsinin
yaradılmasını əminliklə
söyləmək imkanı
verir. Şübhəsiz ki, multikulturalizmin
inkişafı maddi və qeyri-maddi irsin mövcudluğunu tələb edir. Şamaxı
şəhərində 743-cü ilə aid məscid, Şəki şəhərində
Qafqaz Albaniyasının
ən qədim kilsəsi, Bakıda Zərdüştlük məbədi
Azərbaycanın zəngin
mədəni irsi kimi tarixən multikultural dəyərlərin
bariz nümunəsidir.
Bu gün ölkəmizdə
dövlət qeydiyyatından
keçən müxtəlif
dinlərin icmaları
fəaliyyət göstərir.
Bu gün Bakı
şəhərində 3, Gəncə
şəhərində və
Xaçmaz rayonlarının
hər birində Rus Provaslav Kilsəsi
mövcuddur. 1999-cu ildə
ölkəmizdə Katolik
icması qeydiyyatdan keçmişdir. 2007-ci ildə Azərbaycan hökuməti ilə Vatikan arasında imzalanmış sazişə
müvafiq olaraq Bakıda Roma katolik kilsəsi tikilmişdir.
Ölkədə 6 yəhudi icması
və 7 sinaqoq vardır. Azərbaycanda məskunlaşmış fərqli dinlərin və mədəniyyətlərin
nümayəndələri Azərbaycanı
ideal birgəyaşayış modeli kimi müsbət
qiymətləndirirlər.
Dövlətin maliyyə dəstəyi ilə respublikada müxtəlif millətlərin
nümayəndələrinin mədəni mərkəzləri
fəaliyyət göstərməkdədir.
Kürd mədəniyyət
mərkəzi "Ronai",
ləzgi milli mərkəzi "Samur",
Azərbaycan gürcülərinin
humanitar cəmiyyəti,
Axısxa türklərinin
milli mərkəzi
"Vətən", Axısxa
türk qadınlarının
mərkəzi - "Sona"
cəmiyyəti, "Yaşlıq"
tatar mədəniyyət
mərkəzi, Krım
tatarları cəmiyyəti
"Krım", "Tuqan-tel"
tatar mədəniyyət
cəmiyyəti, Yəhudilərin
qadın humanitar assosiasiyası, "Kapelhaus"
alman mədəniyyət
icması, Polyak mədəniyyət mərkəzi
"Polonia", Talışların
"Mada", "Avesta"
mərkəzləri, Udin
mədəniyyət mərkəzi
"Orain", "Buduq"
mədəniyyət mərkəzlərini
sadalamaq olar. Müxtəlif millətlərin nümayəndələrinin kompakt
məskunlaşdığı rayonlarda həmçinim, milli və dövlət
teatrları da fəaliyyət göstərir.
Ötən əsrin sonlarına yaxın bir dövrdə Azərbaycanın
ümummilli lideri Heydər Əliyevin səyləri nəticəsində
tolerant siyasi davranış
dövlətin əsas
ideologiyasına çevrildi,
tolerantlıq və multikulturalizmin ənənələri
yeni mərhələyə
qədəm qoydu. Azərbaycanda multikulturalizmin hüquqi əsasları Azərbaycan
Respublikası Konstitusiyasının,
qanunverici aktlarının,
dövlət başçısının
fərman və sərəncamlarının müvafiq
müddəalarında əksini
tapır.
Belə ki, Konstitusiyamızın
48-ci maddəsinə əsasən
hər bir kəsin dini etiqad azadlığı ən yüksək səviyyədə qorunur. Konstitusiyanın
18-ci maddəsi isə
ölkəmizin dünyəvi
dövlət prinsiplərindən
irəli gələrək
dinin dövlətdən
ayrı olması, bütün dini etiqadların qanun qarşısında bərabər
olması, humanizm prinsiplərinə, bəşəri
dəyərlərə zidd
olan dinlərin yayılması və təbliğini qadağa
edir. Eyni zamanda, 1992-ci ildə
qəbul edilmiş
"Dini etiqad azadlığı" haqqında
qanuna əsasən yenə də hər kəs sərbəst surətdə
dini-etiqad azadlığı
hüququndan istifadə
edə bilər.
Bildiyimiz kimi, Azərbaycan Respublikasının
Prezidentinin 15 may 2014-cü il tarixli Sərəncamı ilə
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
yaradılmışdır. Mərkəzin nizamnaməsində
bu qurumun qarşısına cəmiyyətdə
tolerantlıq və fərqli mədəni, dini, linqvistik dəyərlərin qorunmasını
təmin etmək, eləcə də ölkəmizi bütün
dünyada multikulturalizm
mərkəzi kimi təbliğ etmək, qabaqcıl multikultural modelləri araşdırmaq
kimi bir vəzifələr qoymuşdur.
Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 10 yanvar tarixli Sərəncamı ilə 2016-cı ilin "Multikulturalizm ili" elan edilməsi isə bu siyasətin
dövlətin xarici və daxili siyasətində necə mühüm əhəmiyyət
kəsb etməsinin bariz ifadəsidir.
Azərbaycanda multikultural dəyərlər həmişə diqqət mərkəzində olmuşdur. Bu səbəbdən ölkədə çoxmədəniyyətlilik, etnik və dinlərarası münasibətlər və dialoq məsələlərinə həsr olunmuş çoxlu sayda beynəlxalq əhəmiyyətli tədbirlər keçirilməkdədir. 2010-cu ilin aprel ayında Bakı şəhərində "Qloballaşma, din, ənənəvi dəyərlər" adlı tədbir keçirilmişdir ki, burada ənənəvi dünya dinlərini təmsil edən müxtəlif ölkələrdən 200-dən çox nümayəndə iştirak etmişdir. Bu fakt, həmçinin, Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsi, multikulturalizm mühitinin genişləndirilməsi ilə bağlıdır. 2011-ci ildən etibarən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ideyası olaraq Bakıda hər iki ildən bir olmaqla keçirilən "Mədəniyyətlərarası dialoq üzrə Ümumdünya Forumu" isə xüsusi əhəmiyyətə malikdir. Belə forumlar UNESCO, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, Birləşmiş Millətlər Təşkilatının Dünya Turizm Təşkilatı ilə birgə keçirilir. 26 sentyabr 2014-cü il BMT Baş Assambleyasının 69-cu sessiyasında 2016-cı ildə Bakıda VII Qlobal Sivilizasiyalar Alyansının keçirilməsi qərara alınmışdır. Bu qərara əsasən, 2016-cı il aprelin 25-27-də Bakıda BMT-nin Mədəniyyətlər İttifaqının 7-ci Qlobal Forumu keçirilmişdir. Forumda dünyanın 140-dan çox ölkəsindən həm dövlət və hökumət nümayəndələri, həm də qeyri-rəsmi tanınmış şəxslər iştirak ediblər. BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Azərbaycanda keçirilməsi ölkəmizdəki çoxmədəniyyətli və tolerant mühitin mövcudluğunun göstəricisidir. Multikulturalizmin bu formasının yaradılması və geniş tətbiq olunması Azərbaycanın Azərbaycanın dünya ictimaiyyətinə verdiyi töhfələrdən biridir. 26 noyabr 2015-ci il tarixində Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) Baş Konfransının 12-ci iclası keçirilmişdir. Bu iclasda çıxış edən Prezident İlham Əliyev xüsusilə vurğulayıb: "Biz çoxmədəniyyətliliyin gözəl gələcəyə malik olduğuna tam əminik. Bəzi siyasətçilər, ictimai xadimlər çıxışlarında daha diqqətli olmalıdırlar, çünki multikulturalizmə alternativ yoxdur. Alternativ isə ayrı-seçkilik, islamofobiya və ksenofobiyadır. Bu yol gələcəyə apara bilməz. Buna görə də, siyasətimiz və təşəbbüslərimizlə bu regionda olan dinlərarası əlaqələri inkişaf etdirməyə və gücləndirməyə davam edəcəyik".
Kamran İMANLI
Azərbaycan
Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının 1-ci kurs magistr tələbəsi
525-ci qəzet.-2017.-26 dekabr.-S.8.