Şimali Kipr Türk Respublikasının təmsilçisi Musiqili Teatrda
Şimali Kipr Türk Respublikasının Bakı
təmsilçisi xanım
Ufuk Turganer Azərbaycan Dövlət Musiqili Teatrında olub.
Dövlət Musiqili Teatrının mətbuat xidmətindən
bildirilib ki, mötəbər qonağı
teatrın direktoru Əməkdar incəsənət
xadimi, sənətşünaslıq
üzrə fəlsəfə
doktoru Əliqismət
Lalayev qəbul edib. Söhbət zamanı
iki ölkə dramaturqlarının əsərlərinin
səhnələşdirilməsi, rejissor, rəssam, baletmeyster və aktyorların müvafiq olaraq Azərbaycana və Şimali Kipr Respublikasına dəvət edilərək
səhnə əsərlərinə
quruluş verilməsi
ilə yanaşı, qarşılıqlı səfər
və qastrolların təşkili məsələlərinə
toxunulub. "Biz çağdaş dünya
teatrlarında gedən
bütün prosesləri
diqqətlə izləyir,
bu ümumi prosesə öz töhfələrimizi verməyə
çalışırıq. İnanırıq ki, dövlətlərimiz və
xalqlarımız arasındakı
mədəni əlaqələr
bundan sonra daha da inkişaf
edəcək", - deyə
Əliqismət Lalayev
söhbət zamanı
bildirib.
Xanım Ufuk Turganer Azərbaycan
Dövlət Musiqili Teatrının direktoru Ə.Lalayevə səmimi söhbətə və qəbula görə təşəkkür edib. "Teatrınızın
əzəmətli görkəmi
var. Elə ilk baxışdan
hiss olunur ki, burada yaradılmış şərait və peşəkar yaradıcı
münasibət çox
yüksək səviyyədədir.
Əminəm ki, Şimali
Kipr-Azərbaycan qarşılıqlı
mədəni əlaqələri
xalqlarımızın yaxınlaşmasında
və bu əlaqələrin inkişafında
çox mühüm rol oynayacaq. Düşünürəm ki,
qarşılıqlı olaraq
mədəni-kütləvi tədbirlər tez-tez keçirilməlidir", - deyə
Şimali Kipr Respublikasının Bakı
təmsilçisi xanım
Ufuk Turganer söyləyib.
Sonda bu qəbildən görüşlərin
və qarşılıqlı
əməkdaşlığın xalqlarımız arasındakı
mədəni əlaqələrin
və münasibətlərin
inkişafında xüsusi
əhəmiyyətə malik
olduğu vurğulanıb
və bu cür görüşlərin
müntəzəm keçirilməsinin
vacibliyi qeyd olunub.
ŞAHANƏ
525-ci qəzet.-2017.-26 dekabr.-S.7.